Ey kədərləri aradan qaldıran, kədərlərə son verən! Ey dünyada da, axirətdə də Rəhman və Rəhim olan! Muhəmməd və ali Muhəmmədə salam et və kədərimə son ver. Ey Bir! Ey Tək! Ey Saməd (ehtiyaclar üçün müraciət edilən mütləq qani)! Ey doğurmamış, doğulmamış və tayı olmayan (uca Allah)! Məni qoru, təmizlə və kədərimi apar.(Bu vaxt Ayətəl-Kürsi ilə Nas, Fələq və İxlas surələrini oxuyub sonra belə de:) Allahım! Olduqca möhtac, gücü az, günahları çox və səndən başqa ehtiyacını aradan qaldıracaq, gücsüzlüyünü gücləndirəcək və günahlarını bağışlayacaq birini tanımayan biri olaraq, səndən rəhmətini dilənirəm. Ey cəlal və ikram sahibi! Səndən, edənini sevdiyin bir əməl və əmrinin etibarlı olduğuna dair gerçək yəqini olan kimsəyə fayda verəcək bir yəqin istəyirəm.Allahım! Muhəmməd və ali Muhəmmədə salam et və canımı düzgünlük üzrə al. Məni dünyadan müstağni et. Sənə qovuşma iştiyakıyla rəğbətimi qatındakına istiqamətli et və gerçək mənada sənə təvəkkül etməyi mənə nəsib et (Allahım!) Bu günə qədər yazılmış olan ən yaxşı şeyi səndən istəyirəm və bu günə qədər yazılmış olan ən pis şeydən sənə sığınıram. Səndən, sənə qulluq təqdim edənlərin qorxusunu, ucalığının qarşısında alçalanların ibadətini, sənə güvənənlərin (təvəkkül edənlərin) yəqinini və sənə iman edənlərin etibarını (təvəkkülünü) istəyirəm.Allahım! İstəklərimə olan rəğbətimi, dostlarının istəklərinə olan rəğbəti; qorxumu, dostlarının qorxusu kimi et. Məni məmnuniyyətin istiqamətində elə bir əmələ müvəffəq et ki, artıq varlıqlarından hər hansı birinin qorxusuyla dinindən heç bir şeyi tərk etməyim. Allahım! Budur mənim istəklərim! Onlara qarşı içimdə böyük bir rəğbət meydana gətir. Onlardan ötəri məni üzrlü hesab et.Onları istəmək üçün irəli sürəcəyim dəlilləri mənə ilham et və onlarla əlaqədar olaraq bədənimə sağlamlıq ver. Allahım! Kim səndən başqasına etibarı və ya ümidi olaraq səhərlərsə səhərləsin, mən, bütün işlərdə sənə güvənərək və sənə ümidim olaraq səhərləmişim. Bu halda, işlərin nəticə baxımından ən yaxşı olanını mənim haqqımda müqaddar et və rəhmətinlə məni aldadıcı fitnələrdən qurtar. Ey mərhəmətlilərin ən mərhəmətlisi! Və Allah, Allahın seçmə elçisi Muhəmmədə və onun tərtəmiz Əhlinə salat olsun.
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR