Qadin.NET / Kədərimə son ver Allahım

Kədərimə son ver Allahım

Ey kədərləri aradan qaldıran, kədərlərə son verən! Ey dünyada da, axirətdə də Rəhman və Rəhim olan! Muhəmməd və ali Muhəmmədə salam et və kədərmi gedər, kədərimə son ver. Ey Bir! Ey Tək! Ey Saməd (ehtiyaclar üçün müraciət edilən mütləq qani)! Ey doğurmamış, doğulmamış və tayı olmayan (uca Allah)! Məni qoru, təmizlə və kədərimi apar.
(Bu vaxt Ayətəl-Kürsi ilə Nas, Fələq və İxlas surələrini oxuyub sonra belə də:) Allahım! Olduqca möhtac, gücü az, günahları çox və səndən başqa ehtiyacını aradan qaldıracaq, gücsüzlüyünü gücləndirəcək və günahlarını bağışlayacaq birini tanımayan biri olaraq, səndən rəhmətini dilənirəm. Ey cəlal və ikram sahibi! Səndən, edənini sevdiyin bir əməl və əmrinin etibarlı olduğuna dair gerçək yəqini olan kimsəyə fayda verəcək bir yəqin istəyirəm.
Allahım! Muhəmməd və ali Muhəmmədə salam et və canımı düzgünlük üzrə al. Məni dünyadan müstağni et. Sənə qovuşma iştiyakıyla rəğbətimi qatındakına istiqamətli et və gerçək mənada sənə təvəkkül etməyi mənə nəsib et (Allahım!) Bu günə qədər yazılmış olan ən yaxşı şeyi səndən istəyirəm və bu günə qədər yazılmış olan ən pis şeydən sənə sığınıram. Səndən, sənə qulluq təqdim edənlərin qorxusunu, ucalığının qarşısında alçalanların ibadətini, sənə güvənənlərin (təvəkkül edənlərin) yəqinini və sənə iman edənlərin etibarını (təvəkkülünü) istəyirəm.
Allahım! İstəklərimə olan rəğbətimi, dostlarının istəklərinə olan rəğbəti; qorxumu, dostlarının qorxusu kimi et. Məni məmnuniyyətin istiqamətində elə bir əmələ müvəffəq et ki, artıq varlıqlarından hər hansı birinin qorxusuyla dinindən heç bir şeyi tərk etməyim. Allahım! İşdə mənim istəklərim! Onlara qarşı içimdə böyük bir rəğbət meydana gətir. Onlardan ötəri məni üzrlü hesab et.Onları istəmək üçün irəli sürəcəyim dəlilləri mənə ilham et və onlarla əlaqədar olaraq bədənimə sağlamlıq ver. Allahım! Kim səndən başqasına etibarı və ya ümidi olaraq səhərlərsə səhərləsin, mən, bütün işlərdə sənə güvənərək və sənə ümidim olaraq səhərləmişim. Bu halda, işlərin nəticə baxımından ən yaxşı olanını mənim haqqımda müqaddar et və rəhmətinlə məni sapdırıcı fitnələrdən qurtar. Ey mərhəmətlilərin ən mərhəmətlisi! Və Allah, Allahın seçmə elçisi Muhəmmədə və onun tərtəmiz Əhlinə salat olsun.
Kədərimə son ver Allahım

Ey kədərləri aradan qaldıran, kədərlərə son verən! Ey dünyada da, axirətdə də Rəhman və Rəhim olan! Muhəmməd və ali Muhəmmədə salam et və kədərimə son ver. Ey Bir! Ey Tək! Ey Saməd (ehtiyaclar üçün müraciət edilən mütləq qani)! Ey doğurmamış, doğulmamış və tayı olmayan (uca Allah)! Məni qoru, təmizlə və kədərimi apar.(Bu vaxt Ayətəl-Kürsi ilə Nas, Fələq və İxlas surələrini oxuyub sonra belə de:) Allahım! Olduqca möhtac, gücü az, günahları çox və səndən başqa ehtiyacını aradan qaldıracaq, gücsüzlüyünü gücləndirəcək və günahlarını bağışlayacaq birini tanımayan biri olaraq, səndən rəhmətini dilənirəm. Ey cəlal və ikram sahibi! Səndən, edənini sevdiyin bir əməl və əmrinin etibarlı olduğuna dair gerçək yəqini olan kimsəyə fayda verəcək bir yəqin istəyirəm.Allahım! Muhəmməd və ali Muhəmmədə salam et və canımı düzgünlük üzrə al. Məni dünyadan müstağni et. Sənə qovuşma iştiyakıyla rəğbətimi qatındakına istiqamətli et və gerçək mənada sənə təvəkkül etməyi mənə nəsib et (Allahım!) Bu günə qədər yazılmış olan ən yaxşı şeyi səndən istəyirəm və bu günə qədər yazılmış olan ən pis şeydən sənə sığınıram. Səndən, sənə qulluq təqdim edənlərin qorxusunu, ucalığının qarşısında alçalanların ibadətini, sənə güvənənlərin (təvəkkül edənlərin) yəqinini və sənə iman edənlərin etibarını (təvəkkülünü) istəyirəm.Allahım! İstəklərimə olan rəğbətimi, dostlarının istəklərinə olan rəğbəti; qorxumu, dostlarının qorxusu kimi et. Məni məmnuniyyətin istiqamətində elə bir əmələ müvəffəq et ki, artıq varlıqlarından hər hansı birinin qorxusuyla dinindən heç bir şeyi tərk etməyim. Allahım! Budur mənim istəklərim! Onlara qarşı içimdə böyük bir rəğbət meydana gətir. Onlardan ötəri məni üzrlü hesab et.Onları istəmək üçün irəli sürəcəyim dəlilləri mənə ilham et və onlarla əlaqədar olaraq bədənimə sağlamlıq ver. Allahım! Kim səndən başqasına etibarı və ya ümidi olaraq səhərlərsə səhərləsin, mən, bütün işlərdə sənə güvənərək və sənə ümidim olaraq səhərləmişim. Bu halda, işlərin nəticə baxımından ən yaxşı olanını mənim haqqımda müqaddar et və rəhmətinlə məni aldadıcı fitnələrdən qurtar. Ey mərhəmətlilərin ən mərhəmətlisi! Və Allah, Allahın seçmə elçisi Muhəmmədə və onun tərtəmiz Əhlinə salat olsun.
SAHİFƏİ SƏCCADİYƏ.
21 may 2011
GO BACK