"Bir gün bir hal əsnasında gördüm ki, şeytan çılpaq halda insanlarla oynayır. Ona dedim ki:
- Ey Lain, sən o qədər həyasızsan ki, insanlarla çılpaq halda oynayırsan?
Şeytan:
- Bunların arasında insan var? Bunlar insan deyil ki, mən onlardan həya edim. Bunların Allah ilə heç bir əlaqəsi yoxdur - deyə cavab verdi. Ona:
- Səni yandıran insanlar kimlərdir? - deyə soruşdum. Şeytan:
- Filan məscidə get, orada bəzi insanlar görərsən, bax, onlar məni yandırıb məhv etdilər - deyə cavab verir. Şeytandan:
- Onlar səni nə ilə yandırırlar?- deyə soruşdum.
Şeytan:
- Mən onları aldatmaq üçün yanlarına yaxınlaşıram, dərhal "Allah "deyirlər. Beləliklə məni yandırırlar - deyə cavab verdi.
Bundan sonra ətrafıma baxdım ki, gecə yarısıdır. Dərhal həmin məscidə getdim. Oradakılara salam verdim və biri mənə dönərək:
- Sən o itə əsla inanma! - dedi.
Anladım ki onlar mənim bu halımdan xəbərdardırlar. "Bax, onlar daim Allah-Zülcəlal ilə birlikdə idilər. İnsan Allahla birlikdə olduğu zaman Onun qüdrət və əzəmətinin qarşısında kimsənin dura bilməyəcəyini anlayar.
Onun üçün səhabələr Hz. Peyğəmbər (SAV)dən:
- Ya Rəsulullah, Allahın dostları kimlərdir? - deyə soruşmuşlar. Hz.Peyğəmbər (SAV) də belə cavab vermişdir:
- Baxarkən Allahı xatırladan kimsələrdir. (İbn Macə, İbn Əbid-Dünya)
Çünki övliyalar daim Allah-u Zülcəlaldan bəhs edərlər. Onun üçün hər zaman yaxşı insanlarla birlikdə olub, onların söhbətlərinə qulaq asmaq lazımdır. Bir atalar sözündə deyilir: "İtlı yatan birə ilə qalxar". Yanlış insanlarla oturub-duranlar bir müddət sonra onların vərdişlərini mənimsəməyə başlayır və beləcə haqq yolundan çıxaraq şeytana uyurlar.
Gözəl əxlaq oxumaqla əldə edilməz. Ancaq alim və fazil insanlarla oturub-durmaqla əldə edilir.
Necə ki, Allahu-Təala da bir ayədə belə buyurur: "Ey iman gətirənlər, sadiqlərlə birlikdə olun".
- Ürəyi abadlıq etmək nemətdir. Dili abadlıq etmək, çox danışmaq isə fitnədir.
- Təsəvvüf haqqın səni səndən öldürməsi və səni özüylə diriltməsidir.
- Fəlakətləri ən yaxşı bilən fəlakətlərə düçar olandır.
- İnsan Allah-Təaladan başqasına ibadət etməyi tərk etdiyi zaman gerçək qul olar.
- Əgər sənin çətinliklərinə dözəcək, ehtiyaclarını aradan qaldıracaq birini axtarırsansa, bu zamanda elə bir qardaşı və dostu tapa bilməzsən. Amma özünə Allah üçün kömək edəcəyin, çətinliklərinə Allah rizası üçün dözəcəyin qardaş və dost axtarırsansa, belələri çoxdur.
- Torpağa pis şeylər də atılar. Lakin torpaq həmişə yaxşı şeylərlə (çiçək, ağac və s.) cavab verər.
- Mənəviyyat qəhrəmanları torpaq kimi olmalıdır.
- Vəcdin elmdə əriməsi elmin vəcd içində itməsindən yaxşıdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İdmançımız Azərbaycana DÇ-nin qızıl medalını qazandırdı! - YENİLƏNİB
Geyimlərinizi xilas edəcək tövsiyələr
Tacikistanda bir sutkada 4 zəlzələ: onlarla evi dağıldı
Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi
Azərbaycanda internet xidmətlərinin dəyəri aşağı salınacaq
Beren Saat BBC-nin diqqətini çəkdi
Saç ustası koronavirusdan belə qorunur-VİDEO
Avropa İttifaqı Krıma uçuşlara müvəqqəti qadağa qoyub
Abşeron tortu (foto resept)
Azərbaycana Payız gəldi
Halit Ergenç aparıcılıq edəcək
İki həftəlik sərt karantin rejimi avqusta kimi uzadılır? - AÇIQLAMA
"Ustad" dərgisinin 13-cü sayı nəşr edildi!
İtlər getdi balıq tutmağa
Üzüyünü xəstəxana xərclərini ödəmək üçün satdı-FOTO
Azərbaycan etiraz etdi
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Azərbaycanın ən uzunömürlü seçicisi səs verib
BÜRCLƏR bizə nə vəd edir? - 9 MAY
"Ermənilərə boyun əymərik"
Körpələrin dişlərinə qulluq
Qu quşu
Koronavirusla bağlı SON STATİSTİKA
Tənbəllikdən xilas ol
İslamda qeybət edənin cəzası
Dünyanın ən hündür oteli açılacaq
"WhatsApp"dan möhtəşəm yenilik
Pəncənizə görə xasiyyətinizi öyrənin
Depressiya yaradan hallar
"Rafaello" tortu (foto resept)
Beren Saat serialındakı ölümdən yazdı
Qeyri-adi “pasiyent” stomotoloqu qorxutdu - VİDEO
"Fransız" saç kəsimi
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
Balıqçıların əşyaları hərraca çıxarılır
Yuxu yozmaları - S
Sizi gözəlləşdirəcək tövsiyələr
Gözlərinizi qaşımayın
SOS: Hər il milyonlarla adam bundan ölür!
Bakıda yeni institut açıldı
Məşhur cütlüyün məhkəməsi yekunlaşdı-FOTO
Əhvalı yaxşılaşdıran idmanlar
Şəhid generalımız və polkovnikimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
II Yelizavetanın işçisi oğru imiş
Azərbaycanda son günlər hiss edilən yeraltı təkanlar İzmirdəki zəlzələnin əks-sədasıdır? - RƏSMİ
Messiyə həbs cəzası
Meyvələr haqqında gələn xəbərlər - I hissə
"Arıqlamaq istəyən mədə kəsdirir, amma..." - Sevda Ələkbərzadə
Alça marmeladı (foto-resept)
Bu gün Siyavuş Aslanın doğum günüdür
- ŞƏRHLƏR