Qadin.NET / Şeytanı yandırmağın yolu

Şeytanı yandırmağın yolu

Şeytanı yandırmağın yolu
Övliyaların böyüklərindən Cüneyd-i Bağdadi (ks) Həzrətləri mənəvi kəşflərindən birini belə izah edir: 

"Bir gün bir hal əsnasında gördüm ki, şeytan çılpaq halda insanlarla oynayır. Ona dedim ki:

- Ey Lain, sən o qədər həyasızsan ki, insanlarla çılpaq halda oynayırsan?

Şeytan:

- Bunların arasında insan var? Bunlar insan deyil ki, mən onlardan həya edim. Bunların Allah ilə heç bir əlaqəsi yoxdur - deyə cavab verdi. Ona:

- Səni yandıran insanlar kimlərdir? - deyə soruşdum. Şeytan: 
- Filan məscidə get, orada bəzi insanlar görərsən, bax, onlar məni yandırıb məhv etdilər - deyə cavab verir. Şeytandan: 
- Onlar səni nə ilə yandırırlar?- deyə soruşdum. 
Şeytan: 
- Mən onları aldatmaq üçün yanlarına yaxınlaşıram, dərhal "Allah "deyirlər. Beləliklə məni yandırırlar - deyə cavab verdi. 
Bundan sonra ətrafıma baxdım ki, gecə yarısıdır. Dərhal həmin məscidə getdim. Oradakılara salam verdim və biri mənə dönərək:

- Sən o itə əsla inanma! - dedi.

Anladım ki onlar mənim bu halımdan xəbərdardırlar. "Bax, onlar daim Allah-Zülcəlal ilə birlikdə idilər. İnsan Allahla birlikdə olduğu zaman Onun qüdrət və əzəmətinin qarşısında kimsənin dura bilməyəcəyini anlayar. 
Onun üçün səhabələr Hz. Peyğəmbər (SAV)dən: 
- Ya Rəsulullah, Allahın dostları kimlərdir? - deyə soruşmuşlar. Hz.Peyğəmbər (SAV) də belə cavab vermişdir:

- Baxarkən Allahı xatırladan kimsələrdir. (İbn Macə, İbn Əbid-Dünya) 
Çünki övliyalar daim Allah-u Zülcəlaldan bəhs edərlər. Onun üçün hər zaman yaxşı insanlarla birlikdə olub, onların söhbətlərinə qulaq asmaq lazımdır. Bir atalar sözündə deyilir: "İtlı yatan birə ilə qalxar". Yanlış insanlarla oturub-duranlar bir müddət sonra onların vərdişlərini mənimsəməyə başlayır və beləcə haqq yolundan çıxaraq şeytana uyurlar. 
Gözəl əxlaq oxumaqla əldə edilməz. Ancaq alim və fazil insanlarla oturub-durmaqla əldə edilir. 

Necə ki, Allahu-Təala da bir ayədə belə buyurur: "Ey iman gətirənlər, sadiqlərlə birlikdə olun".

Şeytanı yandırmağın yolu
Cüneydi Bağdadinin sözləri

- Ürəyi abadlıq etmək nemətdir. Dili abadlıq etmək, çox danışmaq isə fitnədir.
- Təsəvvüf haqqın səni səndən öldürməsi və səni özüylə diriltməsidir.
- Fəlakətləri ən yaxşı bilən fəlakətlərə düçar olandır.

- İnsan Allah-Təaladan başqasına ibadət etməyi tərk etdiyi zaman gerçək qul olar.
- Əgər sənin çətinliklərinə dözəcək, ehtiyaclarını aradan qaldıracaq birini axtarırsansa, bu zamanda elə bir qardaşı və dostu tapa bilməzsən. Amma özünə Allah üçün kömək edəcəyin, çətinliklərinə Allah rizası üçün dözəcəyin qardaş və dost axtarırsansa, belələri çoxdur.
- Torpağa pis şeylər də atılar. Lakin torpaq həmişə yaxşı şeylərlə (çiçək, ağac və s.) cavab verər.
- Mənəviyyat qəhrəmanları torpaq kimi olmalıdır.

- Vəcdin elmdə əriməsi elmin vəcd içində itməsindən yaxşıdır.

30 avqust 2013
GO BACK