Şeytanın insan üçün qurduğu tələlərdən ikincisi:
Şeytanın tələlərindən biri də möminlərin qəlblərinə qorxu salmasıdır. Onun təlqin etdiyi qorxunun təsiri ilədir ki, möminlər şər əhlindən və şeytanın dostlarından qorxarlar və Allah yolundakı mücadilədən üz döndərərlər. Yaxşılığı əmr etməz, pisliklərdən də çəkindirməzlər. Deyə bilərik ki, şəytanın iman əhli olanlara qarşı ən böyük hiyləsi və tələsi budur. Uca Allah kəramətli kitabında bizə bunu izah etmiş və belə buyurmuşdur: "Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! " (Ali İmran surəsi, 175)
Şübhəsiz, möminlərin imanlarının qüvvəti nisbətində qəlbərindəki şeytan dostlarının qorxusu azalar, sonunda sadəcə Allahdan qorxan həqiqi möminlər olarlar. İmanları zəiflədikcə də qəlbərlindəki Allah qorxusu azalar və artıq onlar şeytan dostlarından qorxar, əmr və qadağaları haqqı ilə qoruyarlar.
Burada şeytanın tələlərindən olaraq onun sehrini də xatırlaya bilərik. Onun sehri insanların ağlını və könlünü müxtəlif xəyallarla təsir altına almasıdır. Onun bu sehrindən ancaq Allahın hidayət və rəhmətinə məzhər olanlar salim qala bilmişdir. O, insanların gözünü və könlünü elə sehrlər ki, faydalını zərərli, zərərlini faydalı olaraq təsvir edər. Qulun əbədi səatədinə vəsilə olacaq ən faydalı, ən gözəl şeyi çirkin, ən pis şeyləri də gözəl göstərir. Hətta elə təlqinlər edir ki, dünya və axiərin ən böyük, ən faydalı və ən uca həqiqəti olan lə iləhə illəllah həqiqətini belə lazımsız və ya zərərli olaraq göstərə bilər. Baxırsınız ki, qul bu İlahi və Qurani tövhidi buraxar və başqa şeylərlə məşğul olar. Bəli, şeytan özünəxas hiylə və tələləri ilə neçələrini sehrləyib fitnə və zəlalətə salmış, onların qəlbləri ilə iman və islam arasına girib fəlakətlərinə səbəb olmuşdur. Neçə-neçə batil və xürəfaları "uca həqiqətlər" şəklinə soxmuş, neçə-neçə haqq və həqiqətləri "çirkin" olaraq təsvir etmişdir. Ağılların dəyərsiz fikir və arzular üzərində israrla durmasını təşviq edən odur! Hər zəlalət vadisində, hər bidət və xürəfa ardında Adəmoğlunu yürüdən yenə odur. Beləcə, insanları zəlalətdən zəlalətə, fəlakətdən fəlakətə sürükləmişdir.
Zavallı Adəmoğullarını bütlərə və müxtəlif əşyaya ibadət etmək qədər alçaldan, öz qız övladlarını öz əllərilə qumlara basdırılacaq şəkildə caniləşdirən, hər növ ar və namus hissini ataraq öz anası ilə nigahlanacaq qədər insanlıqdan uzaqlaşdıran, müxtəlif küfr və şirk yollarından gedərək səadətə çatacağını qəbul etdirən, "bu bir təzimdir" deyib insanları müxtəlif şirk növlərinə salan odur. O, bəzən bunları "ağıl və fəlsəfə belə göstərir" dedirtərək, bəzən də "bunlar zamana uyğundur. Bu zamanımızda işlər belə olur" deyə düşündürərək təşviq edər və beləcə, ağılları sehrləməyi bacarar
Baxınız, atamız Adəm ilə anamız Həvvanı Cənnətdən çıxarılmalarına səbəb olan şeytan o ikisinə qarşı dostluq rolu oynamışdı. Adəmin iki oğlundan Qabil və qardaşı Habili öldürdüyü zaman da o, ona dost idi. Tufanda boğulan Nuh qövmünün dostu, fırtına ilə həlak olan Ad qövmünün yoldaşı, şiddətli bir səslə həlak olan Saleh qövmünün yoldaşı idi. Lut qövmü o çirkinlikləri içində yerə batırıldıqları zaman onların yanında duran, Fironu və qövmünü kibir və qürur duyğuları ilə öldürtdürən yenə də o idi. Musanın qövmündən bir qismini buzova ibadət etdirən, Qureyşə Peyğəmbərimizlə (s.ə.s) Bədirdə savaş etdirən o idi. Hər həlak olanın, hər zəlalət və küfrə düşənin yanında dostu həmişə o olmuşdu.
...Ardı var...
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)