Cin (varlıq)
Quranın nəzərinə görə “cinn” ifadəsi varlıqlardan biridir və onun xarici vücudu vardır.
Ayə və rəvayətlər dəlalət edir ki, cin insan kimi, mükəlləf (öhdəçilik daşıyan) və muxtardır (seçim ixtiyarına malikdir). Həmçinin yaradılışındakı olan gerçək hədəf Allah-taalaya ibadət etməsi üçündür.
Cinlər adamların gözlərindən gizli olan varlıqlardır. Allahın yaratmış olduğu bu növ, Quran ifadəsinə görə, xalis oddan (tüstüsüz şölədən) yaradılmışdır. İnsanlar kimi, cinlər arasında da erkək və dişi vardır. Habelə doğulur, nəsil olaraq artır, yaşayır və ölürlər. Quranın ifadəsinə görə, cinlər insanlar kimi, şəriət qarşısında öhdəçilik daşıyırlar.
“Cinn” kəlməsi kök baxımından insanın hissindən örtülü olan bir şey mənasındadır.
Quran ayələrinə diqqət etdikdə məlum olur ki, “cin” ağıla malik bir varlıqdır və insanın gözündən məxfidir.
Onun yaradılışının əsası atəş, yaxud odun saf şöləsindəndir və İblis də həmin dəstədəndir.
Quran baxımından cinlərin bir neçə xüsusiyyəti vardır:
1 – Cin bir varlıqdır ki, odun şölələrindən yaradılmışdır. İnsan isə torpaqdan yaradılmışdır. (Rahmən, 15)
2 – Ağıl, elm, dərk, haqqı batildən ayırd etmək, məntiq və istidlal qüdrətinə malikdir. (“Cinn” surəsinin müxtəlif ayələrinə əsasən)
3 – Təklif (öhdəçilik) və məsuliyyətə malikdir. (“Cinn” və “Rahmən” surələrinə əsasən).
4 – Cin tayfası da kişi və qadından ibarətdir. (Cinn, 6)
5 – Onların bir dəstəsi saleh, bir dəstəsi isə kafirdir. (Cinn, 11)
6 – Həşr, nəşr və məada malikdirlər. (Cinn, 15)
7 – Onlar səmalarda olmuş, xəbər əldə etmiş, gizlicə dinləmiş və sonra bunun qarşısı alınmışdır. (Cinn, 9)
8 – Onlar arasında elə kəslərə rast gəlinir ki, çoxlu qüdrətə malikdirlər. Necə ki, insanlar arasında da belə hal mövcuddur: Məsələn, onlardan biri Süleymana dedi: “Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” (Nəml, 39)
9 – Onlar insanın ehtiyac duyduğu bəzi işləri görmək qüdrətinə malikdirlər: “Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi” (Səba, 12) “(Cinlər) onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər”. (Həmin, 13)
10 – Onların yer üzərində yaradılışı insanın xəlq olmasından öncə olmuşdur. (Hicr, 27)
Peyğəmbərdən belə rəvayət olmuşdur ki, Allah cinni beş sinif (forma) olaraq xəlq etmişdir: Bir sinfi külək və hava kimi görünməz, bir sinfi ilanlar, bir sinfi əqrəblər, bir sinfi yer üzərinin həşəratları, bir sinfi isə insanlar kimidir ki, onlara hesab və cəza vardır. (Səfinətul-bihar, c.1, s.186; Təfsiri-Nümunə)
Deməli, cinlər də insan kimi bir varlıqdır. Onla maddi məxluqdur və insan kimi ruha malikdirlər. (Məarife-Quran, Misbah Yəzdi, s.310)
Ümumi şəkildə, onlar hədəfli və mənaya malik həyata malikdirlər ki, həşr, nəşr və məad kimi xüsusiyyətlər onlar üçün lazımdır. (Əl-Mizan)
Quranda qeyd edilənə əsasən, cinlərin yaradılış fəlsəfəsi və sirri elə insan barədə qeyd ediləndir. Yəni Sübhan Allaha ibadət etmək üçündür. Necə ki, buyurulmuşdur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 56)
Birincisi, cinlərin aləmi təklif və məsuliyyət, sorğu-sual, xitab və danlaq aləmidir. Onların risalət, xəbərdarlıq və bəşarət etməyi qəbul etmək qüdrəti vardır.
İkincisi, məlum olur ki, cinlər aləmi də, aləmin məcmuəsi ilə yanaşı Qiyamətə istiqamətində irəliləməkdədir.
Üçüncüsü, bilidirilik ki, Qiyamət aləmi və ölüm cahanı cin fərdləri üçün qeyb və gizlilik hökmündədir. Cinlərin axirət diyarı barədə elmə, hiss olunan tanışlığa malik deyillər.
Dördüncüsü, nişan verir ki, cinlərin nəfsində və varlığında əldə etmək qüdrəti və vicdan vardır. “Dünya həyatı onları qürrələndirdi (məğrur etdi, aldatdı)” ayəsinə diqqət etdikdə məlum olur ki, cinlər həyata, maddi və görünən yaşayışa malikdirlər. Onlar qızıl, mal-dövlətə sahibdirlər.
Cinlər də insanlar kimi müsəlman və kafirdirlər
Ayələr və rəvayətlərdən belə nəticə çıxarmaq olur ki, cinlər də insanlar kimi müsəlman və kafir olurlar. (Cinn, 14 və 15)
Habelə şiə və qeyri-şiədirlər. “Əhqaf” surəsindən belə nəticə çıxarmaq olur ki, cinlərdən bir dəstə İslam peyğəmbərinə və onun səmavi kitabına iman gətirmişdlər. (Əhqaf, 30)
Heç bir tərəddüdü yoxdur ki, cinlər də biz insanlar kimi müxtəlif əqidədədirlər. Onlardan bir dəstəsi fasiq, facir, zalim və kafir, bir dəstəsi saleh, mömin, müsəlmandırlar. Cinlərin bəzilərinin şiə olmasına gəlincə isə, buna şahidlik edəcək Əhli-beytən nəql olunan bir sıra rəvayətlər mövcuddur. Orada cinlərdən bir dəstəsi şiə ünvanında xarakterizə edilmişdir.
“Əhqaf” surəsinin 29–31-ci ayələrindən belə aydın olur ki, cinlərdən bir dəstə Peyğəmbərə iman gətirmişlər. Belə nəticə çıxarmaq olur ki, İslam peyğəmbəri həm də cinlərin peyğəmbəri olmuşdur. Bəlkə də, sair mürsəl peyğəmbərlər belə, insanlara və cinlərə göndərilmişdir. Necə ki, onlardan bəziləri İslamdan öncə Musa peyğəmbərin dininə iman gətirmişdilər.
Cinlər elə bir varlıqdır ki, onlar seçim etmək qabiliyyətinə malikdirlər. Haqqı qəbul edəcəkləri təqdirdə yaxşı mükafat alacaq, batili seçəcəkləri təqdirdə isə əzaba mübtəla olacaqlar.
Deməli, ibadət və təklif və sair məsələlərdə insanlar kimidirlər.
Farid Abdullah
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi
- ŞƏRHLƏR