
"Orada da müəllimlər deyirdilər ki, dərslərə axıra kimi gəlmək lazımdır. Kursu bitirəndən sonra sertifikat veriləcək və sertifikat çox vacibdir. Müxtəlif təlimlərdə də iştirak edərək, müxtəlif sertifikatlar aldım. Lakin işə qəbul olmaq istəyərkən işə götürənlərdən heç biri məndən sertifikat tələb etmir. Hətta sertifikatlarımı göstərmək istəyəndə belə baxmaq istəmirlər. Bu səbəbdən də düşünürəm ki, kursların "sertifikat veriləcək" elanları sadəcə pul tələsidir".
İşədüzəltmə agentliklərindən birinin işə qəbul üzrə mütəxəssisi Fərid Süleymanov bildirib ki, nə bakalavr, nə də magistr səviyyəsində tələbələrə insan resursları ilə bağlı heç nə öyrətmirlər: "Və o sahədə işləmək istəyənlər mütləq sertifikat almalıdırlar. Yəni, işə götürəndə mütləq sertifikata baxırlar. Onlar yoxlayırlar, görəsən, həmin adam təlim keçibmi?"
Sertifikatların etibarlı olmağına gəlincə, F.Süleymanovun dediyinə görə, iri və tanınmış şirkətlərin sertifikatlarına üstünlük verilməlidir: "İri şirkətlər daim təlimlər keçirirlər. Tanınmış şirkətlərin keçirdiyi təlimlərə qatılmaq lazımdır. Sertifikat sadəcə printerdən çıxmış bir sənəd olmamalıdır. Sertifikatda möhür və imza olmalıdır".
Amma mütəxəssis onu da bildirib ki, sertifikat şəxsin bilikli olmasına zəmanət vermir: "Sertifikat almaqla deyil. Sertifikatı pulla da alıb üstündə "əla" yaza bilərsən. İş görüşməsinə gedəndə sizə rusca və ya ingiliscə danışmağı təklif edəcəklər. İşgüzar görüşlərin heç birində "sertifikatınızı gətirin" deməyəcəklər. Sertifikatın öyrənmək üçün əhəmiyyəti var. Amma işə düzəlmək üçün əhəmiyyəti yoxdur".
Süleymanov diqqətə çatdırıb ki, işə qəbul olmaq istəyən tərcümeyi-halını tərtib edərkən aldığı sertifikatları da qeyd etməlidir: "Müasir zamanda diplomun olması birinci şərtdir. Lakin diplomla yanaşı, sertifikatın da olması yaxşıdır. Belə ki, işə qəbul edən ilk növbədə şəxsin ali təhsilli olmasına, savadına fikir verir" deyən həmsöhbətimiz məsləhət görür ki, ali təhsili olanlar məşğul olmaq istədiyi sahə üzrə sertifikat da ala bilərlər.
İşədüzəltmə agentliyinin meneceri Vüsalə Mirzəyeva isə hesab edir ki, işə götürənlər üçün işçinin təcrübəli olması əsasdır: "Sertifikat vacib deyil. İşə götürən üçün işçinin biliyi və bacarıqları vacibdir. Ola bilsin ki, iş axtaranın diplomu və müxtəlif sertifikatları var. Lakin onun biliyi və bacarıqları bunlara uyğun gəlmir. Ona görə də işə götürən üçün işçinin təcrübəsi daha önəmlidir. Lakin sertifikatın olması iş axtaran üçün üstünlükdür. Belə ki, işə götürən iki eyni mütəxəssisdən sertifikatı olanı seçəcək. Ona görə ki, sertifikatın mövcudluğu şəxsin daim yeni nəsə öyrənməyə, bilik və bacarıqlarını inkişaf etdirməyə həvəsinin olduğunu göstərir. Adətən sertifikatı olanlar daim oxumağa davam edir, hər dəfə yeni biliklərə yiyələnirlər. Sertifikat həm də onu göstərir ki, mütəxəssis ixtisaslaşdırılmış ədəbiyyat oxuyub. Yəni mütəxəssis nəzəri biliklərə malikdir".
Təhsil üzrə ekspert Arif Hüseynov isə bildirib ki, təhsilin verdiyi biliklərin kifayət etməməsi gəncləri müəyyən kurslara gedərək sertifikat almasına təhrik edir: "Xarici dilin və kompüter biliklərinin aşağı səviyyədə tədrisinin nəticəsidir ki, gənclər məktəbi və ya ali təhsil müəssisəsini bitirən kimi ingilis və rus dili, kompüter kurslarına üz tuturlar".
Mənbə: Ekspress.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sarımsaq-limon möcüzəsi
Azərbaycanlı zəvvarlardan xəbər var
Yeni doğulmuş uşaqda xaya problemi - kriptoorxitizim
2017-ci ilin ən çox gözlənilən filmləri
20 yaşlı qız xərçəng şişini doğdu
Dadlı salat (foto resept)
Rədd edilən eşq
Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu
Geyim seçərkən etdiyimiz səhvlər
Goranboyda çay daşdı, 10 kəndi su basdı
Yağlı dəriyə qulluq necə olmalıdır?
Azərbaycanda bəzi mehmanxanalara dərəcə sertifikatları verilib
Aysel Teymurzadə
Vaşinqtonda Azərbaycan XİN başçısı ilə ABŞ Dövlət katibi arasında görüş keçirilib - VİDEO
Məşhur müğənni ifa zamanı səhnədən yıxıldı - FOTO/VİDEO
TƏBİB bugünkü test sayını açıqladı
Dabanlarınıza yod çəksəniz...
Olivye salatı (foto resept)
Ceki Çanın oğlu narkopriton saxlamaqda ittiham olunur
Bakının yarısı işıqsız qaldı
Dəbli və gözəl görünmək üçün stil dərsləri
Qadın.Net-lilərin ilk məktəb həyəcanı (2-ci hissə)
Sumqayıtda evlərin qiyməti kəskin ucuzlaşıb - SƏBƏB
Varenna şəhəri
Buddadan 14 dərs
Daxili sülh üçün sakitləşdirici texnikaları
Şeyma Subaşı ETİRAF ETDİ-FOTO
Kələm salatı (foto resept)
Erməni nazir: "Biz Bakıya getməliyik"
Rafael Santinin "Afina məkbəti" əsəri
Qorxunc statistika: Azərbaycanda cinsi tarazlıq pozulur
Günün qoroskopu:Istirahət edin!
Acun "Survivor" iştirakçısını oyundan kənarlaşdırdı-SƏBƏB/VİDEO
Hündür daban yay ayaqqabıları
Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
Nazirlikdən ermənilərin Kəlbəcərdə nadir ağaclara qarşı ekoloji terroru ilə bağlı AÇIQLAMA
Əgər uşaq oğurluq edirsə...
Hər xalqın qadını müəyyənləşdi
Bakı qeydiyyatında olanlar rayondan necə gələcək?
Hindistana səyahət
Azərbaycan tarixindən yüz şəxsiyyət-93
Keçmişin dəbi: gəlinin rəfiqələri
Ən varlı terrorçular
Leninin mumiyasını rekord məbləğə almaq istəyir
Yanukoviç jurnalistlərin qarşısına çıxacaq
Tacikistanda vəhhabilik yasaqlandı
Hamilə qadınlardan gözlənilməz hərəkət
Uşaqda inam duyğusu
İlham Əliyevdən Pərviz Bağırova qızıl medal
23 yaşında aldığı qəsri təzələdi - FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]