Dezmond Doss kimdir?
Dezmond Tomas Doss 1919-cu ildə Lychnburg, Virginiada dünyaya gəlmişdir. Atası Villiam Tomas Doss xarrat idi. Anasının adı isə Berta Oliver Doss idi. Dezmond şiddətli dərəcədə İncilə inanırdı və onun bütün əmrlərinə tabe olurdu. Xüsusilə " Sən öldürmə" sözünə tabe olmağa çalışırdı. Həmçinin şənbə günləri bütün işlərdən azad olub, kilsəyə getməyi özünə borc bilirdi. Bütün dinə bağlılığı ilə 1942-ci ilin 1 aprelində Amerika Ordusana qoşuldu.
Silah daşımağı niyə rədd etdi?
Dossun silahı İncil və Allaha olan inamı idi. Onun silah daşımaqdan imtina etməsi, dostlarının və əsgər yoldaşlarının ondan uzaqlaşmasına səbəb oldu.
Dezmond Quam və Leyte adalarındakı döyüşdə iştirak edir. Mərmilər onun yanında partlayır, güllələr havada uçuşur. Dezmond böyük cəsarətlə dostlarına kömək edir, yaralananları kürəyində etibarlı yerə daşıyır. Cəsurluğuna görə 2 bürünc medalla təltif olunur.
Sonra Okinavaya göndərilir. 1945-ci ilin mayında, yaponlarla amerikalılar arasında qızğın döyüş gedir. Maedadakı sərt enişli təpəni əl keçirmək uğrunda qızğın döyüşlər gedirdi. Amerika əsgərləri yaralı halda yerdə yatırdılar. Heç bir kömək göndərmək mümkün olmurdu. Doss yoldaşlarını tək qoymayaraq, onları tək-tək təpənin başına gətirib iplə aşağı endirirdi. Şəxsi nitqində qeyd edir ki; "hər bir nəfəri xilas edəndən sonra Allahım birini daha.. deyə yalvarırdım. Sonra yenidən birini daha xilas etmək üçün güc ver deyirdim." O bu üsulla 1945-ci ilin 5 mayında 75 nəfərin həyatını xilas etdi.
Mükafatları:
Amerika prezidenti Harry. S. Truman tərəfindən medalla təltif olundu. İkinci Dünya Müharibəsində forma geyinən 16 milyondan insandan cəmi 431 nəfər bu mükafatla təltif olunmuşdur.
Desmond Doss 2006-cı ilin 23 martında 87 yaşında vəfat etdi.
Onun qəhrəmanlığı ilə bağlı Mel Gibsonun rejisorluq etdiyi "Hacksaw Ridge" filmi çəkilmişdir. Filmdə onun cəsurluğunun daha aydın təsvirini görə bilərsiniz.
Ustaclı

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR