Sizlərədə məlum olduğu kimi ,hər yazımda özəlliklə Azərbaycanımızın Oğuz Türk yurdu olduğunu və bizlərin qədim,əski və köklü mədəniyyətə ,tarixə malik olan Oğuz Türkləri olduğumuzu qeyd edirəm.Hər zaman törəmizdən-milli dəyərlərimizdən,ədalət anlayışımızdan və xoşgörülü ,yaxşı niyyətli olduğumuzdan bəhs edirəm. Bizlərin ailə qurluşundan, daha doğrusu tarixə nam salan atalarımızın ailə qurluşundan,qadına verdikləri dəyərdən əlimdən gəldiyi qədər əksər məqalələrimdə ,özəlliklə "Türk toplumunda qadının yeri və dəyəri" isimli məqaləmdə bəhs etmişdim.Türk millətinin qadın qəhrəmanlarından söz edərkən həqiqətən qurur duydum və bu hissi sizlərində yaşadığından əminəm. Ama bu məqaləmdə məlum mövzu ilə əlaqədar başqa məqamları qeyd edəcəyəm.
Zamanla hər şey dəyişir və dəyişib.Ama bizlər həddindən çox dəyişmişik. Həm kökümüzdən,həm də milli dəyərlərimizdən çox uzaqlaşmışıq.Buna ya dini bəhanə etmib.dində yeri olmayan bədəvi ərəblərin özəlliklərini mənimsəmişik, ya da " milli mentalitetimiz var" deyib ,bizə aid olmayan sonradan uydurulmuş saxta dəyərlər meydana gətirmişik. Əslində meydana gətirdiyimizi düşündüyümüz "dəyərlər" ilə özümüzü dəyərsizləşdirmişik ama bunun özümüzün belə fərqində deyilik.Maraqlısı budur ki,sonradan meydana gətirdiyimiz saxta ,sözdə dəyərlərlə ən çox da , cəsur və qəhrəman Türk qadınını , atalarımızın dəyərlərini əzdik və ailə münasibətlərində , sosial həyatda öz egomuzu tətmin etmək üçün cəmiyyətdə və ailədə incə ruhlu ,mərhəmətli qadınlarımızı və gələcəyimiz olan uşaqlarımızı zamanla əzdik. " El-aləm" və ya loru dillə desək "camaat", " xalx" deyilən bir qrup boş-bekar ,dedi-qoducu insanların dediklərini həyatımızın mərkəzinə qoyduq.
Bu "el- alem" dediyimiz bir qrup boş-bekar və öz evində- oçağında sözü keçməyən başqalarının həyatına müdaxilə etməyi və başqalarının həyatında səhv axtarmağı özünə borc bilən bəzi insanların düşüncəsini önəmsəyib, vicdanımızı və ədalət qavramını unutduq.Hətta o dərəcəyə gəldi ki , yaradanın bizə verdiyi həyatı belə onlara qurban verməli olacağımız düşüncəsi bizlərə məcburən aşılandı. Bu "el-aləm" və ya "xalx " insanların həyatını yönəltməyə belə başladılar.Örnəyin dünyaya qız övladı gələndə bəzi ailələr yas tutdu .Səbəb isə" el -aləm oğlu niyə olmadı ?"deyər,"bu qızın namusunu necə qoruyacayıq?" qorxusu olurdu.Bununla əlaqədar Molla Nəsrəddin jurnalındakı 1909 -cu iləaid bir karikaturanı sizlərlə paylaşıram.
Birinci karikaturada oğlan doğulan ailənin ,ikinci karikaturada qız doğulan ailənin vəziyyəti əks olunmuşdur.(1) Bu karikaturanın əski olmasına baxayaraq bu gün cəmiyyətimizdə əssən qadına münasibət yenə eyni olaraq qalır.Əks halda yeni doğulan qız övladı zibbilikdə tapılmazdı və qız övladlarının sayında azalma qeyd olunmazı.Bu bir gərçəkdir.
Dünyaya gələndən sonra yaşamam hüququ verilən qız övladı məktəb çağına gəldikdə isə " buna təhsil verək yoxsa verməyək "mövsuzu belə mübahisə edilir və nəhayət qərar verilir ki,buna(qız övladına) təhsil verək,verək ki el- aləm desin "cehizində diplomu var, həm də bu zaman qızı istəyən çox olar, hətta bir pulluya verərik". Əslində bu düşüncə ilə guya ailə doğulan qızının həyatını qurtarır və ona daha yaxşı həyat vəd edir. Halbu ki,təhsil qız övladına öz ayağları üzərində dursun, yeni nəsli güclü ,təhsilli yetişdirsin,vətəninin, millətinin haqqlarını müdafiə etsin deyə verilməlidir. Sonra bu "qız övladının yaşı 25 və ya 30 -a çatmadan mütləq evlənməsi gərəkər,xalx nə deyər?!" düşüncəsi ortaya atılır. Bəzən də evlənən qıza getdiyin evdən" kəfənin çıxar" deyilir. Bu isə nəticədə gərcək olur. Qızlarımız ailə içində şiddətə məruz qalır , övladları dünyaya gəlincə onlar üçün susmali olurlar. Əgər gəldikləri evdəki ailələri zəngindirsə onlara sahib çıxır ,çıxdıqdan sonrda "el-aləmin" sozü ilə qızının başına çaxınc etməyə başlayır ki," getdiyin evdə dolana bilmədin" nəticədə yenə ya həyatına son qoyur ya da əsəb xəstəsi olur,sosiallaşmaqdan məhrum olur.Ama əgər madii durum yoxdursa söylənildiyi kimi o evdən " kəfənlə" çıxır. Beləcə "el-aləmin","xalxın" istədiyi olur. Yəni həyatlar puç olur gedir!
Bilirsiniz, bu yaxında bir ana övladları ilə tam da bəhs etdiyimiz həyatı yaşadı. Düşünün bir ana nə dərəcə həyatdan bezdirilir ki, canından çox sevdiyi övladları ilə bərabər qatar yoluna atılaraq həyatına son verir. Bu böyük bir faciədir. Bütün bu yazılanları oxuyanların bəziləri inkar edəcəklər, "belə bir şeylər yoxdu, biz çağdaşıq" falan. Həqiqətdə isə bunlar sizin görmək istəmədiyiniz və ya görmədiyinizi idda etdiyiniz gərçəklərdir. El-aləmin,xalxın,camaat sayəsində puç olan həyatlar heç də az deyil. İnsanların var olan bu gərçəkləri qəbul etməmələri belə şəxsi eqolarının onlara hökm etməsindən irəli gəlir.
Bütün bu faciələrin önünü almaq üçün isə bizlərin özünə dönməsi mütləqdir.Baxın bu gün intahar edən qadınların,gənclərin və gələcəyimiz olan uşaqlarımızın həyatlarına son verməsinə səbəb olan amillərin başında ,el-aləm qınağı və pisixoloji şiddət durur.
Halbuki bizlərin ataları qadınlar,uşaqlaravə gücsüzə böyük dəyər verər və sosial həyatda ədalət və vicdanla hökm edərlərdi.Çünki Oğuz Türklərinin törəsi və ya milli dəyərləri bunu tələb edirdi.Bizim atalarımız olan əski türklərdə toplumun düzəni və xalqın rəfahı üçün var olan hüquq qanunlarının-törənin və bu qanunların uygulanmasının-həyata keçirilməsinin mütləq "ədalət" anlayışına uyğun olması istənmiş və Türk xaqanları da ölkələrində ədalətin qorunmasına böyük önəm vermişlərdir.
(2) Bir Çin qaynağında qeyd edilənə görə,Tabgaç Türk hökümdarı T"ai-Wu " Mən dövlətimin içində kiçiklərin haydutluq etməsinə və xalqımın əzilməsinə göz yuma bilmərəm" deyərək,ədalətə əməl olunmasına göstərdiyi diqqəti-titizliyi gözlər önünə sərmişdir.
(3) Türklərdə Törəni qazanmaq dövləti qurmaq deməkdir. Bu səbəblə törənin itirilməməsi gərəkməkdədir. Bu mövzuyla əlaqədar bu örnəyi qeyd etmək yerinə düşər." El buraxılar törü buraxılmaz". Türklərə görə.," Türk törüsin ıçgınmış budun" yəni "Türk törəsini itirmiş millət", yox olmuş və ortadan qalxmış bir millətdir. Törə gedincə nə millət,nə el,nə də dövlət qala bilər. Bununla bərabər heç bir qüvvət, Türk millətinin törəsi ilə elini əlindən ala bilməz. Olsa olsa yenə Türk millətinin avaralığı və aldanmasi- yanilması onun elini və törəsini əlindən ala bilər. Bəli, yenə biz öz törəmizi və ya mili dəyərlərimizi unudarıqsa toplumumuz məhv olar.Bu da ilk olaraq türk toplumunun dirəyi, əsası hesab olunan və hər zaman böyük dəyərə dahib olan Türk qadınının əzilməsinə gətirib çıxarar. Ədalət və vicdan qavramlarını unutmamıza səbəb olar. " El-aləmin, xalxın, camaatın" dedikləri vicdanımızı və ədalət anlayışımızı əvəz etməməlidir.
Əgər bu gün deyilənləri və düşünülənlərə önəm vermək istəyiriksə, Tarixə diqqətlə nəzər yetirməliyik. Paramparça olmuş vətən torpağının və yurdsuz qalmış soydaşlarımızın,erməniyə əsir düşən ana-bacılarımızın taleyini düşünməmiz və beynəlxalq səviyyədə "el-aləmin nə dediyini "önəmsəməli və tarixi gələcəkdə oxuyacaq övladlarımızın bizi necə qınayacağını anlamalıyıq. Milli şüurla yanaşmalıyıq başımıza gələ bütün bu hadisələrə. Əlimizdən alınana Qarabağı, erməniyə yurd olmuş İrəvanı,sahibsiz qalmış Kərkükü, Farsın zülümündə əzilən, haqqı, dili əlindən alınmış Güney Azərbaycanı və.s xatırlatmalı, bu acı gərcəkləri unutmamalıyıq.Boş mövzuları və gərəksiz insanların "milli mentalitet" adlandırılan safsataları yayqınlaşdırımaqdansan, övladlarınıza milli iradəni,milli şüuru aşılayın ki, Vətən torpağının qiymətini bilisin,özünə,milli kimliyinə sahib çıxsın.Atalarımızın bizə əmanət etdiyi dilimizi ,torpağımızı qorusun.Övladlarınızı " el-aləmin","xalxın" qınağına görə yetişdirəcəyinizə vətən ,millət üçün yetişdirin.Yetişdirin ki gələcəyimiz parlaq olsun,boş-bekar insalar görə puç olmasınlar. Əks halda vətənini,dilini satan mangurt bir nəsil yetişər.Bu isə bizim özümüzə, türklüyümüzə tərsdir.
Yeni nəslə mütləqa atalarımızın qadına verdiyi dəyərdən bəhs edilməlidir.Bilsinlər ki ataları,Hunlar,Göktürklər qadına böyük hörmət bəsləmiş və Türk qadını daima dövlət yönəlmiş,millətinə hizmət etmişdir.Övladlarınıza Asyada və müsəlman şərqində ilk dəfə qadına seçmək və seçilmək hüququnu M.ƏMİN RƏSULZADƏNİN QURDUĞU Azərbaycan TürK Cumhuriyyətinin verdiyini də söyləyin.Qadının qınaq mərkəzi yox gələcək nəsilləri yetişdirən müqəddəs və ülvi bir varlığ olduğundan da bəhs edin. Bəhs edin ki.doğulan qız övladını torbaya qoyub zibilliyə atmasınlar,bəhs edin ki, qiz övladlarının sayısı azalmasi və yeni bir sosial problem ortay çıxmasın.Bunlardan bəhs edərkən lütfən "el-aləmin,xalxın" qınağının gərəksiz olduğunu və bu boş-bekar insanların həyatlara müdaxilə etmək hüquqlarının olmadığınıda anladın lütfən!.
İstifadə edilən mənbələr:
1.Azərbaycan Milli Kitabxanası
2.Eski Türk devletlerinde adalet anlayışı ve bu kavrama isnat edilen değerle ilgili ayrıntılı bilgi için bkz. TUTAR, Adem; İslâm Öncesi Türk Devlet Geleneğinde Adalet Anlayışı, C. II, Ankara, 2002, s. 868 vd.
3.Donuk, Abdülkadir; Eski Türklerde Hükümdarın Vazifeleri ve Vasıfları, Türk Dünyaları Araştırma Dergisi, Nisan 1982, No: 17, s. 108.
Xüsusi Təşəkkürlər:-Türk komutan İshak Çelik beyə
Siz də el-aləmdən, "xalxın" qınağından qorxursunuz?!
Yazar: Aynur Talıblı Tarix və mədənyyət araşdırmacısı.
İstanbul 2017.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək