Bir dəstə belə düşüncədədir ki, tövbə və istiğfar arasında fərq yoxdur. İkisi də eyni şeydir. Belə ki, tövbə istiğfarın təkididir. Lakin digər dəstə bu ikisi arasında fərq qoymuşdur. Ona görə ki, istiğfar tövbədən öndə gəlir. Qeyd edək ki, istiğfar Allahdan bağışlanma diləməkdir. Deməli, tövbədən öndə olmasının mənası odur ki, insan özünü günahlardan təmizləməli, sonra isə özünü ilahi vəsflərə bəzəməlidir. Həqiqətdə istiğfar günah yolunda ayaq saxlamaqdır. Özünü yumaqdır. Tövbə isə Allaha sarı qayıdışdır.
İstiğfar yuyunmaq, tövbə isə kamal kəsb etməkdir. Məsələn, bir nəfərin paltarı batsa, əvvəl paltarını əynindən çıxarır, özünü yuyur və əyninə təmiz paltar geyinir.
Tövbə və istiğfar arasında fərqlər:
1. Günahları tərk etməkdə əzmkarlıq tövbənin şərtlərindən və əsaslarındandır. Amma istiğfarın şərtlərindən deyil. Deməli, istiğfar daha ümumidir. Digər tərəfdən istiğfar ləfzə bağlıdır. Tövbə üçün isə xüsusi ləfzə ehtiyac yoxdur. Burada isə tövbə istiğfardan daha ümumidir. O yerdə ki, tövbə və peşmançılıq istiğfarla birlikdə olur və günahları tərk etməkdə əzmkarlıq göstərilir, həm istiğfardır, həm də tövbədir.
2. İstiğfar bir növ duadır. Necə ki, İmam Sadiq buyurmuşdur: İstiğfar duaların daha çox cəm edənidir. (Daha ehtivalısıdır). Halbuki tövbə dua deyimindən sayılmır.
3. Tövbə yalnız tövbəkardan sadir olur. Amma istiğfarda başqası üçün də bağışlanma diləmək olar. Məsələn, hz. Yəqub övladları üçün bağışlanma dilədi. Habelə mələklər möminlər üçün, pryğəmbərlər öz ardıcılları üçün bağışlanma diləyir.
4. İstiğfar bəyənilən bir işdir. Amma tövbə vacibdir.
-----------------
Tövbənin növləri varmı?
Bəli, günahlar müxtəlif olduğu üçün hər günahın öz tövbəsi var. Əgər bəndə həmin günaha görə tövbə etməsə, təmizlənmir və Qiyamətədək haqq boynundan götürülmür.
Günahları növünə görə üç hissəyə ayıra bilərik:
1. Vacib ibadətlərin, lazım olan itaətlərin tərk edilməsi: Məsələn, namaz qılmamaq.
2. Allahın qoyduğu qadağaları saymamaq. Amma burada fərd daha çox özünə zülm edir. Məsələn, spirtli içki içmək, zinakarlıq etmək, qumar oynamaq və s.
3. Bir sıra günahlarda isə Allahın əmrindən çıxmaqla yanaşı, başqalarının haqqını tapdalamaq da vardır. Məsələn, qətl, oğurluq, yetimin malını yemək, rüşvət və s
Birinci dəstədəki günahların tövbəsi edilməyəni yerinə yetirməkdir. Məs: qəzaya verilən namaz və orucları yerinə yetirmək.
İkinci dəstə günahların tövbəsi istiğfar və peşmançılıqdır. Günahın tərk olunmasında ciddi əzmkarlıq göstərməkdir. Yəni bir daha həmin günaha qayıtmasın.
Üçüncü dəstə günahların tövbəsi isə camaatın haqqını qaytarmaq və özünü özgənin haqlarından pak etməkdir.
Allah bizi həqiqi tövbəkarlardan etsin!
Farid Abdullah
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakıda evlərin kreditlə satışında qadağa
Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, üç dövlət qurumu LƏДћV EDİLDİ
Uşaqları istilərdən necə qorumalı?
Qurbanlıq barədə ən çox verilən suallara cavablar
ƏRZAQLARIN QRAMLA ÖLÇÜ CƏDVƏLİ
“Forma-83” elektron formada veriləcək
Günəşin zərərindən qorunaq
Mən necə arıqladım?
Zakir Həsənov şəhidlərimiz və yaralanmış hərbçilərimizlə bağlı göstəriş verdi
Naringili dondurma(foto resept)
Hadisənin ələ salınan papağının ŞOK qiyməti
Qar və buz festivalı
ÜST Vyetnamda yeni yayılan virusla bağlı məsələyə aydınlıq gətirdi
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerlərinə sənəd qəbulu elan edir
Notr-Dam kilsəsinin sirli tarixi
Erməni yazıçı azərbaycanlı xanəndəyə poema həsr etdi
Azərbaycanda hava kəskin dəyişəcək
İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan olundu
2016-cı ildən Azərbaycanda xüsusi vergi rejimi tətbiq olunacaq
Küçəyə atılan it özünə iş tapdı
Gediş haqqıyla bağlı AÇIQLAMA
İnsanlar və əsərlər arasındakı uyğunluq
Mehriban Əliyeva: “Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun”
Azərbaycan avstriyalı idmançının müalicə xərcini üzərinə götürdü
Meyvə və tərəvəzlərdən əl işləri
Bilmədiyiniz maraqlı faktlar
Bakıda səbrsizliklə gözlənilən qar evlərin istiliyini apardı
Ozan Güvəndən ilk açıqlama-FOTO
Strasburq Universitetinin prezidenti azərbaycanlı tələbələrə müraciət etdi
“Vosmoy bazarı” bağlanır - ÖZƏL/FOTO
“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı - RƏSMİ
Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə hərbçiləri Azərbaycanda
Yanmış təyyarədən sağ çıxdı - Lotereyada 1 milyon dollar uddu - FOTO
Pomidor şirəsində skumbriya balığı (foto resept)
Fatma Girik vəsiyyətnamə yazdı-FOTO
Azərbaycanda internetin qiyməti aşağı salınır?
Kənan Doğulu Beren Saata mahnı həsr etdi
Orta qulaq iltihabı uşağınızı kar edə bilər
Bayramqabağı bazarlarda qiymət
100 milyon dollarlıq hədiyyə
Məcburi köçkün uşaqlarının yemək xərci kəsiləcək
Sabunla həll edə biləcəyiniz problemlər
Azərbaycanda 3 mindən çox ailə Facebook-a görə boşanıb
Çimərliklərə xarici dil bilən ofisiantlar cəlb edilir - Turistlər artıb
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycan diasporu fəalının rəhbərlik etdiyi fond Moskvada xiyaban salıb
Səbinə Əliyevanın Şuşanın işğaldan azad olunması ilə bağlı xalqımızı təbrik edib
Azərbaycanda kolleclərə qəbulda yenilik
"Huawei" istifadə edənlərin DİQQƏTİNƏ: Artıq işləməyəcək
- ŞƏRHLƏR