Qızın atanın icazəsi olmadan izdivac qurması səhihdirmi? İzdivac etsə və sonra təlaq oxutdurmaq istəsə hökmü nədir?
İslamın və Əhli-beyt davamçılarının məzhəbinin nəzərinə əsasən, həddi-büluğa çatmış və rəşidə – yəni öz məsləhətini ayır edə bilən bir qız ərə getmək istəsə, bakirə olduğu halda atasından, yaxud ata babasından icazə almalıdır. Əgər atası və ata babası ortada olmasa, onlardan icazə almaq mümkün olmadığı, həm də qızın ərə getməyə ehtiyacı olduğu təqdirdə ata və ata babasından izn alması lazım deyil. Habelə, əgər qız bakirə olmazsa, bəkarəti ərə getməklə aradan getmiş olsa, ata və ata babasının icazəsini almaq lazım deyil. Ancaq şübhəli əlaqə, yaxud zina vasitəsilə aradan getmiş olsa, müstəhəb ehtiyata əsasən icazə almalıdır.
Əgər qız atadan icazə almadan izdivac etsə, aşağıdakı vəzifələrdən birinə əməl etməlidir:
Seyid Xamenei qeyd edir ki, bakirə qızın izdivacı vacib ehtiyata əsasən, ata, yaxud ata babasının icazəsilə olmalıdır. Əgər atanın icazəsi olmadan gerçəkləşsə, vacib ehtiyata əsasən, ya atadan icazə alınmalıdır, ya oğlan (müvəqqəti əqd etdiyi halda) yerdə qalan müddəti bağışlamalı, ya da (daimi əqddə olan təlaq yolu ilə) bir-birlərindən ayrılmalıdırlar.
Nasir Məkarim Şirazi qeyd edir ki, imkan daxilində atanın razılığı alınmalıdır. Əks təqdirdə onların əqdi işkallıdır (şübhəli sayılır). Vacib ehtiyat odur ki, oğlan yerdə qalan müddəti bağışlasın və əgər daimi əqd olmuşsa, bir-birlərindən ayrılsınlar, ona təlaq versin.
Safi Gülpayqani qeyd edir ki, vacib ehtiyata əsasən, həddi-büluğ olmuş bakirə qızın nikahı ata, yaxud ata babanın icazəsi ilə olmalıdır. Əgər icazəsiz baş versə, ehtiyat odur ki, ər təlaq versin və sonra, əgər onunla izdivac etsə, ya atadan, ya da ata babadan icazə alaraq olsun. Bəli, əgər icazəsiz yerinə yetirilsə və ata onu rədd etməmiş olsa, razılıq versə, birinci əqd kifayət edir.
Hadəvi Tehrani qeyd edir:
1 – Bakirə, rəşidə qızın izdivacı üçün atanın icazəsi ehtiyata müvafiqdir. Hərçənd izdivac əqdinin düzgün olması üçün şərt deyil.
2 – Əgər bakirə, rəşidə qızın izdivacının düzgün olmasında atanın icazəsi şərt olmuş olsa, onun reallaşması ilə, əqddən sonra olsa belə, əqd səhih olacaqdır.
3 – Hər halda burada təlaq çıxış yoludur və ailənin razılığının orada bir rolu yoxdur.
Buna əsasən; əgər atanın icazəsi ilə izdivac etsə, müctəhidlərin rəyinə əsasən, izdivacdan sonra onlar icazə versələr, izdivac səhihdir. Əgər istəsə, ərindən də təlaq vasitəsilə ayrıla bilər. Belə ki, cinsi münasibət qurulmamışsa, təlaqdan dərhal sonra ayrılmış olur və daha iddə saxlamağa ehtiyac yoxdur. Ancaq nəzərə almaq lazımdır, təlaq Allahın bəyənmədiyi əməllərdəndir və bu əmələ adi və yüngül yanaşılmamalıdır.
Hər bir halda, bəzi ictimai və ailəyə uyğun həssaslığı nəzərə almaq lazımdır ki, məşəqqət və sıxıntılara səbəb olmasın. Amma təlaq barədə qərara gəlsələr, valideynlər üçün əlavə problem yaranmadan onların razılığını qazanmaq daha münasibdir.
Farid Abdullah
XƏBƏR LENTİ
İlk şəkillər
Bakıda 67 min uşaqda xəstəliklər aşkarlandı
Hava haqqında
Sevgi, ugur yoxsa varlı olmaq?
Akın Akınözdən evlilik xəbərlərindən danışdı
Üz və dodaqların göyərməsi… - Koronavirusun yeni simptomları açıqlanıb
"Asan yolla arıqla" pəhrizi
Megan Markl oğlunun paltarlarını dərnəyə bağışladı
Beren Saatın ayaqqabısı heyvansevərləri qəzəbləndirdi-FOTO
Məşhur fransız brendi saxta çıxdı - FOTO
Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcək
Pozitiv olmağın mənfi tərəfləri
Şahmar Ələkbərovun 70 illik yubileyi keçirilib
Günün qoroskopu: şəxsi münasibətlərdə mənasız məqamlarla vidalaşın
Əhalinin sayı açıqlandı
Hava xəbərdarlığı
Depressiyaya qarşı pəhriz
Zidan evlənir
Qoxuları necə yox etmək olar?
Gədəbəydə müəmmalı yanğınlar: "Gecə yata bilmirik"
Uşaqların zehni inkişafı üçün faydalı qidalar
Prezident Qənirə Paşayevanı təltif edib
Rəngarəng hamam otaqları
Düzgün pəhriz antidepressantları əvəz edə bilər
ABŞ kəşfiyyatı: Çin smartfonları almayın
"Şam ağacı" tortu (foto resept)
Manana Yeni İmicdə-VİDEO/FOTO
Kəs və yapışdır-23
Kəpəkli saçlar üçün maska
Günəş haqda qorxunc proqnoz
Badamlı keks (foto resept)
Öldü Dedilər Qəbirdə Dirildi-FOTO
Payız - dərini nəmləndirmə zamanı
Məşhurlar makiyajsız necə görünür?
Əllərimiz mikrob mənbəyidir
Fahriye Evcenin atası öldü-SƏBƏB/FOTO
Nəhəng meteoriti Günəş kül etdi
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Üç nəfər öldü
Vaxtilə xalqının imtina etdiyi gözəl
Qutunu açanda ölümcül infeksiyaya yoluxdu - FOTO
İstirahətdən sonra iş rejimini necə bərpa edək?
Handenin qumar oynadığı məlum oldu-FOTO
Dünya şöhrətli fotoqrafdan Bərdədəki erməni terrorunun daha bir kədərli səhifəsi...
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 4273 yeni yoluxma
Professor koronavirus haqqında BİLMƏDİYİMİZ FAKTLARI AÇDI
Zobun müalicə üsulları
Bakıda 37 metrlik yolka
Ronaldo uşaqları ilə
Simge tənqid olundu-SƏBƏB
Mişel Baldini və iştah açan yeməkləri
- ŞƏRHLƏR