1- Möhsün olmaq: "Allahı görürmüş kimi ibadət etməkdir. Çünki sən onu görmürsən, O səni görür".
2- Ciddi olmaq.
3- Beynimizi və qəlbimizi məşğul edəcək şeyləri aradan qaldırmaq.
4- Oxuduğumuzun mənasını anlamaq (surələrin tərcüməsini bilək).
5- Həyatımızda huşulu olmaq.
6- Camaatla namaza davam etmək.
7- Ürəyimizi dünyadan və dünya sevgisindən xilas etmək.
8- Allaha olan məhəbbəti və sevgini hiss etmək.
9- İslam ümmətinin bir olduğunu hiss etmək.
10- Son namazımız kimi qılaq.
11- Namaz dualarını yavaş-yavaş və tək-tək oxumaq.
12- Cəhənnəm əzabını düşünmək.
Huşu ilə qılınan namaz qəlbin Allaha təzim, sənə itaət və sevgisinin ifadəsidir. İnsan təvazökarlıqla Rəbbinə boyun əyərək bədəni hərəkətlərlə etdiklərini qəlbi ilə təsdiq edir. Namazın rüku səcdə qiyamı, xüsusilə də qiraəti mömini huşulu olmaya sövq edir. Namaz müsəlmanı harada olursa olsun, Allahın hüzuruna hazırlayan bir təhsildir.
Namazda yekun məqsəd huşuya çatmaqdır. Bizim nicat tapmağımıza səbəb olacaq həyatımıza təsir olacaq namaz huşu ilə qılınan namazdır. Bunun üçün huşunu əldə etməyə çalışmalıyıq.
Rəbbim pak bir qəlblə Allahın hüzurunda hörmətli olmaqdır.
Huşu qəlbən ağlımızla, bədənimizlə Allahın hüzurunda olmaq, Ona təslim olmaqdır.
Bütün ibadətlərin özü ruh hüzurumuza və huşumuza bağlıdır.
İxlasla, səmimiyyətlə, huşu ilə qılınan namaz Rasulullahın istədiyi namazdır.
O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!) (Möminin 2)
Bu surədədə açıq-aydın göstərilir ki, xilas olmağın yolu huşudur. Xilas olmaq istəyən bir kimsəyə mömin olmaq kifayət deyil. Mömin olmaqla yanaşı namaz qılması da da vacibdir. Bu da kifayət etmir, huşu ilə namazını qılmalıdır.
Ayədəki huşunun mənası Allaha qəlbən boyun əyərək onun hüzurunda olması ürəyin titrəməsini ifadə edir.
Huşunun əsli qəlbdə, amma əlamətləri bədəndə olan bir üsyandır. Ürəyin huzur və ehtiramla dolması bədənin də sakit və hərəkətsiz olmasıdır. Ürəyin yalnız Allahla məşğul olub Onun zikr rahatlıq tapmasıdır.
Quran bizim namazda və həyatımızda huşu içində olmağımızı istəyir. İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların çoxu (Allaha asi olan) fasiqlərdir! (Hədid 16)
Huşu içində bütün üzvləri Allahın əmrinə boyun əyən əllərini təkbir Allaha qaldıran başını ruku və səcdə anında əyərək və buna qadir olan kəs şübhəsiz, bütün işlərində Allaha itaət edər.
Namazdan çıxıb insanlara qarışdığı zaman dahi təqvaya bürünür. Artıq din onun bütün həyatını əhatə etmişdir. Namaz huşu ilə qılan möminlərə nə xoşbəxtidirlər.
Hər mömin Allaha doğru bir yolçuluq və yüksəlmə (merac) halındadır. "Namaz möminin meracıdır. "Allaha merac (yüksəlmə) halında olanların namazı özlərinə məxsusdur. Namazdan duyduqları həzz və aldıqları nəsib orqanlarına və həyatlarına uyğundur ilahi yolçuluğa çıxmış olanların yol azuqə olan namazlarında huşuya sahibi olmaları lazımdır. Hər kəs özünün həkimi olmalıdır ki, Rəbbim üçün lazım olan çatışmazlıqlarını ən qısa zamanda düzəltsin.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR