Dua söz olaraq, səsləmək, çağırmaq, istəmək, kömək tələb etmək mənalarına gəlir. Dinimizdə isə dua, Allahın əzəməti qarşısında bəndənin acizliyini etiraf etməsini, sevgi və hörmət hissləri içində lütf və köməyini istəməsini ifadə eder.
Dua, məhdud və aciz olan insanın. Sərhədsiz və sonsuz qüdrət sahibi Allah ilə qurduğu dialoq və körpüdür. Bu səbəblə insan tarixin heç bir dövründə duadan uzaq qalmamışdır. Dua eyni zamanda zikrdir, ibadətdir. Peyğəmbərimiz (s.a.v): "Dua ibadətin özüdür" buyurmuşdur.
Başımız darda ikən duaya etdiyimiz kimi nemətə qovuşanda, səhiyyə və rahat anımızda da ibadət və duaya etməliyik, Rəbbi həmişə yadda saxlamalıyıq bu bizim bir qull olaraq borcumuzdur.
Peyğəmbər(s.ə.s) "Dua edənə istədiyi şey, ya bu dünyada dərhal verilir və ya axirətə qoyulur, yaxud ta üzərindən istədiyi yaxşılıq qədər bir pislik aradan qaldırır" buyurmuşdur. Yenə duaya davam edilməsini tövsiyə edərək, Allahı gözəl adları ilə xatırlanan, dua və tövbə edən kimsənin günahlarının dəniz köpükləri qədər olsa belə əfv ediləcəyini bildirmişdilər".
Dua edərkən qibləyə yönəlmək, əlləri səmaya qaldırmaq, bir şəkildə dayanmaq duanın, şərtidir. Oruclu zaman fərz namazdan sonra, mübarək gün və gecələrdə, səhər vaxtlarında dua etməyin fəziləti böyükdür. Peyğəmbər (s.ə.s) dua edərkən bəzən əllərini qoltuq altları görünəcək qədər yuxarı qaldırır, həmd və zikri hələ bitirməmiş "məxluqlar ədədincə, arşın qədər" kimi ifadələrlə aparır, duadan əvvəl Allaha həmd və Peyğəmbərə salvatı salam gətirməyi tövsiyə edərdi.
Dua edərkən ana, ata, qohum, dost, mömin qardaşlarımızı, cənnət vətənimizi əziz millətimizi, Peyğəmbərin tərifinə mazhar olan şəhidlərimizi, veteranlarımızı heç vaxt unutmayaq ki; Bizim başqalarına etdiyimiz dua daha da qəbula layiqdir. Həzrət Ömər (ə) danışır: Peyğəmbərdən ümrə üçün icazə istədim. İcazə verdi və buyurdu ki, "Qardaşım, bizi də duada unutma, bizi də duasına birgə qıl". Həzrəti Ömər "Bu sözə dünyanı versələr dəyişməzdim" buyurur. Həyatımıza istiqamət verəcək bir hədislə xütbə bitirirəm: "Üç dua vardır ki qəbul olunmasında şübhə yoxdur. Bunlar, məzlumun duası, qonağın duası, ana atanın övladına dualarıdır".
Psixoloji və ruhi cəhətdən dua
Duanın çox istiqamətli psixoloji təsirləri, istər nəzəri, istərsə də təcrübi müşahidələr səviyyəsində açıqlığa qovuşmuşdur. Səmimi inanc sürdüyü müddətcə, insan üzərində duanın təsiri qəti və mütləqdir.. Dua ilə insan iradəsi Allahın iradəsinə tabe olur.
Dua, insanda üzündən bir canlanmaya yol açaraq hər şeydən əvvəl çətinliyi aradan qaldırır. Vəziyyətlər və hadisələr üzərində böyük bir estetik güc və təsirə malik qılar. Dua sayəsində əşyanın mənası getdikcə artan bir şəkildə kəşf edilir. Dua, insanda zehni, mənəvi və əxlaqi qüvvələrin daha yaxşı istifadə edilməsinə, ucalıb güclənməsinə, ümid və inamın canlanmasına, həyəcan, sıxıntı və qorxunun səngiməsinə və şəxsiyyətin ən yüksək dərəcədə inteqrasiyasına imkan yaradan bir təsir gücünə malikdir.
Yaddan heç çıxarmamaq lazımdır ki, ruhun da bədən kimi bir çox ehtiyacları var. Təmin edilməmiş sonsuz istək və arzularımız şüur altına atılaraq, bizdə gözlənməyən zamanlarda müxtəlif böhranlara, müxtəlif daxili çətinliklərə yol açır. Dua ilə ən gizli, ən məhrəm duyğularımızı dilə gətirir, içimizi boşaldır, ümidimizi qüvvətləndirir, qorxu hisslərimizi yüngülləşdiririk. İçimizə misilsiz bir rahatlıq verir, gərginlikləri uzaqlaşdırırq. Dua ilə özümüzü Allaha daha yaxın hiss edərik. Dua ilə mənlik davranışlarını aşarıq. Çünki dua; Maneə və əngəl tanımaz, zaman və məkanlar ona mane ola bilməz. Dua ilə sonsuz əzabımızı uca Allahın sonsuz qüdrətinə bağlama səadətinə çatırıq. Dua ilə ruh gücünü qanadlandırırıq.
Sağlamlıq baxımından dua
Tarix boyunca duanın cismi və ruhi xəstəliklər üzərində çox böyük təsiri olduğu məlumdur. Bir çox din psikoloğu, duanın mükəmməl müalicə vasitəsi olduğunu müəyyən etmiş olur.
Cismani xəstəliklərin müalicəsində də duanın, şəfa ilə nəticələnən müsbət təsirləri meydana gətirdiyi, elmi müşahidələrə əsaslanan olaraq irəli sürülür. Əsasən, hər cür xəstəliyin müalicəsində, istər xəstə, istərsə həkim baxımından əhəmiyyət daşıyan məqamların başında, şübhəsiz ki."Xəstənin mənəviyyatını gücləndirmək və əhval-ruhiyyəni yüksəltmək" gəlir.
Əllərimizi səmaya açıb dünya həyatını hər şeyi undub etdiyimiz dua hər dərdə çarədir.
Dua ibadətin özüdür Məhəmməd peyğəmbər(s.ə.s)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
- ŞƏRHLƏR