əş-Şüəra (Şairlər) surəsi
(Məkkədə nazil olmuşdur, 227 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Ta, Sin, Mim!
- Bunlar (haqqı batildən ayıran, möcüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir.
- (Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?)
- Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.
- Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.
- Onlar (Quranı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Quranın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün məyus olacaqlar).
- Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi?
- Şübhəsiz ki, bunda (Quranı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər.
- Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
- (Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: Get o zalım tayfanın yanına
- Firon tayfasının yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, İsrail övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?
- (Musa) dedi: Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram!
- Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!)
- (Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram.
- (Allah) buyurdu: Xeyr! (Firon səni əsla öldürə bilməz!) Hər ikiniz möcüzələrinizlə (Fironun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Firon tayfasının nə dediyini) eşidəcəyik!
- Fironun yanına gedib belə deyin: Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik!
- İsrail oğullarını bizimlə birlikdə (Şama) göndər! (onlara əzab-əziyyət vermə!)
- (Musa Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra Firon onu tanıyıb) dedi: Biz səni körpə uşaq ikən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?
- Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!
- (Musa) dedi: Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı).
- Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.
- Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?)
- Firon dedi: Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)
- (Musa: ) Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir! deyə cavab verdi.
- (Firon) ətrafındakılara: Eşitdinizmi? dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir).
- (Musa) dedi: O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!
- (Firon ətrafındakılara: ) Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir! dedi.
- (Musa) dedi: Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!
- (Firon: ) Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm! dedi.
- (Musa) dedi: Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?
- (Firon) Əgər doğru deyirsənsə, di onu gətir! dedi.
- (Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu.
- Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü (parlaq bir nur kəsildi)
- (Firon) ətrafındakılara dedi: Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır!
- O öz sehri ilə sizi (qorxudub) yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz? (Nə edək?)
- Onlar dedilər: Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar (yığanlar) göndər ki,
- Bütün bilikli (bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!
- Nəhayət, sehrbazlar məlum bir günün müəyyən vaxtında (bayram günü günorta çağı) yığıldılar.
- (Fironun xidmətçiləri tərəfindən camaata) deyildi: Siz də yığılırsınızmı?
- Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!
- Sehrbazlar gələn kimi Firona dedilər: Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?
- (Firon) dedi: Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!
- Musa onlara dedi: (Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!
- Onlar iplərini və əsalarını yerə atıb: Fironun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik! dedilər.
- Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.
- Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar.
- Və dedilər: Biz iman gətirdik aləmlərin Rəbbinə!
- Musanın və Harunun Rəbbinə!
- (Firon) dedi: Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!
- (İman gətirmiş sehrbazlar) dedilər: Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın hüzuruna) dönəcəyik!
- Biz (sənə tabe olan, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!
- (Sonra) Musaya belə vəhy etdik: Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərəfindən) təqib ediləcəksiniz!
- Firon şəhərlərə (əsgər) yığanlar göndərdi.
- (O, belə deyirdi: ) Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır!
- Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər).
- Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!
- Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq.
- Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik.
- (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.
- (Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər.
- İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: (İşimiz bitdi!) Artıq yaxalandıq!
- (Musa) dedi: Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!
- Onda Musaya belə vəhy etdik: Əsanla dənizə vur! (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.
- O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).
- Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
- O biriləri (Firon tayfasını) isə suya qərq etdik.
- Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.
- (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
- (Ya Rəsulum!) Onlara İbrahimin hekayətini söylə!
- O zaman ki, o öz atasına və tayfasına demişdi: Nəyə ibadət edirsiniz?
- Onlar: Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik! deyə cavab vermişdilər.
- (İbrahim) demişdi: Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi?
- Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?
- Onlar: Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük! deyə cavab vermişdilər.
- (İbrahim) demişdi: İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?-
- Sizin və ulu babalarınızın
- Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir.
- Məni yaradan və məni doğru yola yönəldən Odur!
- Məni yedirdən də, içirdən də Odur!
- Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.
(Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsi)
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
- ŞƏRHLƏR