ər-Hicr (Daşlı sahə) surəsi
(Məkkədə nazil olmuşdur, 99 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (möcüzə olan) Quranın ayələridir.
- Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər!
- (Ya Rəsulum!) Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər ,(dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!
- Biz heç bir məmləkəti (heç bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçün müəyyən edilmiş vaxt) gəlib çatmamış məhv etmədik.
- Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər.
- (Müşriklər Peyğəmbərə) belə dedilər: Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən!
- Əgər sən doğru danışanlardansansa (Peyğəmbər olduğun barədəki iddian düzgündürsə), mələkləri bizə gətirsənə!
- (Allah onların cavabında buyurdu: ) Biz mələkləri yalnız haqq olaraq (peyğəmbərlərə vəhy gətirmək, kafirlərə əzab vermək üçün) endiririk. O zaman onlara (kafirlərə) heç bir möhlət verilməz!
- Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!
- (Ya Rəsulum!) Biz səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik.
- Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər!
- (Əvvəlki ümmətlər barəsində etdiyimiz kimi) Biz onu (küfrü, istehzanı) günahkarların (sənin qövmündən olan müşriklərin) ürəklərinə belə yeridirik!
- Özlərindən əvvəlkilərin başlarına gələnlər (müsibətlər) göz qabağında olduğu (olub keçdiyi) halda, onlar (yenə də) ona (Qurana) inanmazlar.
- Əgər onlara göydən bir qapı açsaq (nərdivan endirsək) və onunla durmadan yuxarı dırmaşsalar (göydə Allahın qüdrətini və əzəmətini görsələr) yenə də (inanmayıb):
- Gözümüz bağlanmış (xumarlanmış), biz sehrlənmişik (Muhəmməd bizi ovsunlayıb gözümüzü bağlamışdır), - deyərlər.
- Biz səmada bürclər yaratdıq, onlara baxanlar üçün (ulduzlarla) bəzədik.
- Onları hər bir məlun (Allahın dərgahından qovulmuş, rəhmətindən kənar edilmiş, daşqalaq olunmuş) Şeytandan qoruduq.
- Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (məşəl) təqib edər (və üstünə düşüb yandırar).
- Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik.
- Sizdən və sizin ruzi vermədiklərinizdən (qul, kəniz, ev heyvanları və sairədən) ötrü yaşayış üçün lazım olan hər şey yaratdıq. (Ruzini siz yox, Biz veririk. Onun, sadəcə olaraq ixtiyarı sizdədir).
- (Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə yalnız Bizə məlumdur).
- Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik (içirtdik). Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz! (Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi yerə yağdırar).
- Həqiqətən, dirildən də, öldürən də Bizik, (hər şeyə) varis olan da Biz (Sizi məhv etdikdən sonra yer üzünə sahib olub onu istədiyimizə verən də, hər şey fənaya uğradıqdan sonra əbədi qalan da Bizik!)
- Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə, onları da! (Və ya sizdən əvvəl də, sonra da iman gətirənləri bilirik!)
- Həqiqətən, Rəbbin (qiyamət günü haqq-hesab çəkmək üçün) onları bir yerə yığacaq. O, hikmət sahibidir, (hər şeyi) biləndir!
- Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq!
- (Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik.
- (Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!
- Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!
- Bundan sonra mələklərin hamısı ona (təzim məqsədilə) səcdə etdilər.
- Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
- (Allah buyurdu:) Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?
- (Şeytan) dedi: Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!(Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!)
- (Allah) buyurdu: Oradan (Cənnətdən və ya səmalardan) çıx. Sən məlunsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)
- Sən qiyamət gününə qədər lənətlənmişsən!
- (İblis) dedi: Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!
- (Allah) buyurdu: Sən möhlət verilənlərdənsən
- Ancaq məlum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!
- (İblis) dedi: Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!
- Yalnız Sənin sadiq bəndələrindən başqa!
- (Allah) buyurdu: Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!)
- Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!
- Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş (onları gözləyən) yerdir!
- (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər.
- Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar.
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Rusiyaya qarşı sanksiyalara daha 6 ölkə qouldu
Ayaq qoxusunu aradan qaldıran təbii həll
Həkim bu aktrisaya filmlərə çəkilməyə icazə vermir!
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəyalındakı bədənə sahib olmaq üçün əlindən gələni edən insanlar
Eşq ağlı başdan alır
Dəniz kənarında yaşayırsınızsa...
Uşaqlığımızı xatırlayaq
Günün qoroskopu: israfçılıq etməyin
Feysbuk-dakı şəxsi mesajlarımızı oxuya bilirlər
Günün ulduz falı
Deyl Karnegidən 12 məsləhət (1)
Ermənilər Fransada yolu bağladılar, işə gedən türklərə hücum edib beş nəfəri yaraladılar
Tramp yenidən prezidentliyə namizəd oldu
Təhlükəli asteroidlər Yerə yaxınlaşır - Dekabrın 25-də... - VİDEO
Yeni sektor müdiri: "Heyətin formalaşdırılması davam edir"
Dədə Qorqud yad olundu
Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu
Yaddaşı gücləndirən bitkilər
Dəvəquşu yastığı
Faydalı məsləhətlər
“WhatsApp”da YENİLİK!
Hava haqqında - 06.09.2013
Payız geyimləri
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
Zövq oxşayan ayaqqabılar
Xətdə qalan sevgili (ARAŞDIRMA)
Təhsil Nazirliyi doktoranturaya qəbul imtahanları ilə bağlı açıqlama verdi
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
Azərbaycanlı futbolçu "Anji"də
Ölən insanlıq
Cəbhədən xəbər var
Göbələkli, toyuqlu pizza (foto resept)
Dünyanın ən kiçik ölkələri
Saç rezinləri
7 metrlik qanad sahibi quş
Bu şəxslərə icazə verilməyəcək
İrandan İŞİD-ə zərbə
Mobil qurğularda parol necə olmalıdır?
Paytaxtda duman tıxac yaratdı
Avropa Liqasının oyunlarına hansı kanalda baxmalı?
Dünyanın ən böyük məscidləri
Tətil üçün don modelləri
Obamanın da gəliri aşağı düşüb
Çobanın bu tapıntısı alimləri ŞOKA SALDI - FOTO
Gözəl ayaqlara sahib olmaq üçün üsullar
Bütün dünya ölkələri vizadan imtina edə bilər-ŞƏRTİ
Babil qülləsi və Afaziya
Cəbhə bölgəsinə zirehli texnikalar yeridildi
Ancelina Coli vəsiyyətini yazdı - Ağır xəstədir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]