Dəniz kənarında yaşayanların mütləq etməli olduğu şeylər var. Belə insanlar dənizi görmədən xoşbəxt ola bilmirlər, onunla nəfəs alırlar. Dəniz kənarında dünyaya göz açıb, böyüyüb, boya-başa çatan insanlar dənizin bir başqa cür vurğunu olurlar. Dəniz onlar üçün eşqdir, tutqudur, çörəkdir. Əgər siz də dəniz kənarında yaşayan o xoşbəxt insanlardan birisinizsə, o zaman etməli olduğunuz şeylər var. Əgər dənizdən uzaqda yaşayırsınızsa, bir gün mütləq özünüzə zaman ayırın və dəniz kənarına gedərək bunları edin. O zaman həmin gün enerjiniz bir başqa olacaq və siz həyatın gözəl anlarını yaşayacaqsınız.
Səhər tezdən durun
Yatmağı bir kənara qoyun və səhər erkən durun. Xüsusilə turizm bölgəsində yaşayırsınızsa və orada yaşayan adam sayı azdırsa, o zaman dənizin dadını çıxarın. Səhərin ən erkən saatları dənizin ən gözəl vaxtıdır.
Çay və simit
Bu ikili ən gözəl ikilidir və bu ikilinin də yaraşdığı ən gözəl yer elə dəniz kənarıdır. Bu səhər isti simitinizi və çayınızı dənizin ətrinin müşayiəti ilə yemədən evə qayıtmayın.
Qəhvə keyfi
Qəhvədən alınacaq ən gözəl ləzzət dənizin müşayiəti ilə içilən andadır. Yanınızda ən yaxın dostunuz, yoldaşınız varkən onunla birlikdə qəhvə işərək dənizə baxa-baxa söhbət etmək qədər insanı rahatladan bir şey yoxdur. Bundan əmin ola bilərsiniz.
Yalnız qalın
Bəzən insan heç kimlə danışmaq istəməz, darıxar, amma bunu deyə bilməz, əsəbiləşər, amma bunu qarşısındakına uyğun bir şəkildə izah edə bilməz. Belə hallarda tapa biləcəyiniz ən gözəl çıxış yolu dəniz havası almaqdır. Dənizə gedin və tək oturaraq düşünün, həyatınızı çək-çevir edin, səssizlikdə dincəlin və bunu özünüzdə vərdiş halına gətirin.
Kiçik bir stulunuz olsun
Yanınızda kiçik açılıb-yığılan bir stulunuz olsun. Dənizə gedərkən hər zaman onu yanınızda götürün. Heç çəkinmədən dəniz kənarında əyləşin və anın kefini çıxarın.
Kitab oxuyun
Kitab oxumaq ən gözəl vərdişdir. Bir yandan beyninizi təmizləyər, digər yandan da inkişaf etdirər. Fürsətiniz olduqca kitabınızı dəniz kənarında oxuyun. Dəniz kənarına gedərkən məqsədiniz kitab oxumaq olsun. Bu zaman ən gözəl vərdişin yanına bir də kef qatılacaq və həyatın dadını çıxaracaqsınız.
İdman salonlarından çıxın. Açıq havada qaçısın yerini heç nə vermir. Hələ bu qaçışı dəniz kənarında edəcəksinizsə, bunun tamam ayrı bir keyfi olacaqdır. Səhər lap tezdən durun və sizin ixtiyarınıza qalmış dənizin sahili boyunca qaçın.
Balıq tutun
Əgər balıq yeməyi sevirsinizsə, o zaman bir də öz tutduğunuz balığın dadını çıxarın. Verdiyi sakitlik, xoşbəxtlik bir kənara dursun, bu, həyatınızda yediyiniz ən gözəl balıq ola bilər.
Ən gözəl yemək
Dəniz kənarında edilən qəlyanaltı, nahar kimisi yoxdur. Ailənizlə birlikdə qəlyanaltını dəniz kənarında edin. Süfrənizi dəniz kənarına daşıyın. Özünüzü dünyanın ən gözəl yerində hiss edəcəksiniz.
Həyatın ritmini tutun
Nə qədər ki, yaşayırıq, bu həyatın ritmini tutmalıyıq. Bədbin olaraq həyatı məhv etmək axmaqların seçimidir. Hər səhər erkən oyanın. Günəşin doğumunu izləyin və yeni gününün başlandığına şahid olun. Həyatınızı israf edərək ölümə yaxınlaşacaq kimi axmaqlıqlar etməyin. Ölüm haqqdır. Hər yerdə, hər zaman bizi haqlaya bilər. Bunu düşünün və hər anınızdan həzz alın. Hər anınızı son anmış kimi yaşayın. Bax, bu zaman həyatın nə olduğunu tam mənasıyla dərk edəcək və xoşbəxt olacaqsınız.
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR