Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) salavat gətirməyin fəziləti
ALLAHHUMMƏ SALLİ ALƏ SEYYİDİNƏ MUHƏMMƏDİN VƏ ALƏ ALİ SEYYİDİNƏ MUHƏMMƏD.
Ayə və hədis-i şəriflərdə bildirildiyi kimi salavat-ı şərifə gətirmənin bir çox faydaları vardır. Bunlara ümumi nəzər yetirsək:
1 - Salavat Əhzab surəsi 56. ayədə bildirildiyi kimi Cənabi-Haqqın əmrinə itaətdir.
2 - Salavat günahların bağışlanılması üçün səbəbdir.
3 - Peyğəmbərə (s. a. s.) yaxın olmağın ən gözəl və ən asan yolu ona salavat gətirməkdir.
4 - Rasulullah (s. a. s.) ona salavat oxuyana cavab olar.
5 - Salavat və salam oxuyan kimsə, Allaha və Rasuluna olan məhəbbətini digər söhbətlərdən üstün tutduğu üçün, Onun əxlaqı ilə əxlaqlanmış olar, pis əxlaqdan xilas olar, fəzilətə çatar.
6 - Allahu Təalanın Muhəmmədin (s. a. s.) elçiliyi vasitəsilə bizə ehsan etdiyi nemətlərinin hesablanmayacaq qədər çox olmasını nəzərə alaraq, salavat və salam ilə Peyğəmbərimizin (s. a. s.) üzərimizdəki haqqını çox az olsa belə ödəməyə çalışmış olarıq.
7 - Allahu Təalanın rəhmətinin üzərimizə enməsinə səbəb olar.
8 - Salavat unudulan sözün xatırlanmasına səbəb olar.
9 - Salavat duaların qəbuluna vəsilədir.
10 - Salavat qiyamətin o çətin günündə ərşin kölgəsində kölgə salmağa səbəb olur ki, hədisi-i şərifdə belə buyurulmuşdur:
"Qiyamət günündə üç adam Allahın ərşinin kölgəsində kölgələnər:
- Kədərli adamın çətinliyini təsəlli edən adam.
- Mənim sünnəmi canlandıran kimsə.
- Mənim üzərimə daha çox salavat gətirən kimsə".
Peyğəmbərə (s. a. s.) salavat gətirməyin fəzilətləri:
Allah Zülcəlal Qurani-Kərimdə belə buyurmuşdur: "Şübhəsiz ki, Allah və mələkləri, Onun Peyğəmbərinə salavat edərlər. Ey iman edənlər! Siz də Ona salavat gətirin; tam bir təslimiyyətlə salam verin". (Əhzab, 56)
Ənəsdən (r. a.) rəvayət olunan hədisdə Rasulullah (s. a. s.) belə buyurmuşdur: "Cümə günündə mənə çox salavat gətirin. Çünki bir az əvvəl Rəbbimin əmri ilə Cəbrayıl (ə. s.) mənim yanıma gəldi və Allahın belə buyurduğunu bildirdi: Yer üzündə olan hər hansı bir müsəlman, sənə bir dəfə salavat gətirsə, Mən və mələklərim ona on salavat gətirərik".(Təbərani)
Hüseyn ibn Əlidən (r. a.) rəvayət olunan hədisdə Rasulullah (s. a. s.) belə buyurmuşdur: "Xəsis kimsə yanında anıldığım halda mənə salavat gətirməyən kimsədir". (Nəsai, İbn Hibban, Hakim,Tirmizi)
Kə'bin (r. a.) belə dediyi rəvayət olunmuşdur: Qiyamət günü gəldiyi zaman, Adəm (ə. s.) Muhəmməd (s.a.s.) ümmətindən bir nəfərin cəhənnəmə aparıldığını görür. Dərhal səslənir:
"Ya Muhəmməd!"
Rasulullah Əfəndimiz (s. a. s.) belə buyurur: "Səsini eşitdim, ey Əbul-Bəşər, buyur!"
Adəm (ə. s.) belə deyir: "Sənin ümmətindən bir nəfəri cəhənnəmə aparırlar".
Rasulullah Əfəndimiz (s. a. s.) dərhal onun ardınca gedib çatır və belə buyurur: "Ey Rəbbimin mələkləri, bir az gözləyin".
Mələklər belə deyirlər: "Ya Muhəmməd, haqqımızda gələn uca Allahın bu əmrini oxumadınmı?
"Onlar uca Allahın onlara verdiyi əmrə qarşı gələ bilməzlər. Aldıqları əmri yerinə yetirirlər".(Təhrim, 6) bundan sonra belə bir səs gəlir: "Muhəmmədin əmrini dinləyin; itaət edin".
Rasulullah Əfəndimiz (s. a. s.) onu tərəzinin yanına gətirir; əməli çəkilir, amma pis əməlləri yaxşı əməllərindən ağır gəlir.
Bundan sonra Rasulullah (s. a. s.) cibindən bir kağız çıxarır. Kağızda cəhənnəmə aparılan kimsənin dünyada ikən Peyğəmbərə (s. a. s.) oxuduğu salavat vardır.
Rasulullah (s. a. s.) o kağız parçasını onun yaxşı əməlləri üzərinə qoyur; kağız parçası tərəzinin yaxşı əməllər olan tərəfini ağırlaşdırır.
Bunu görən o kimsə sevinir, belə deyir: "Anam atam sənə fəda olsun, sən kimsən?"
Rasulullah Əfəndimiz (s. a. s.) belə buyurur: "Mən Muhəmmədəm (s. a. s)".
Həmin insan dərhal Rasulullahın (s. a. s.) ayaqlarına düşür, öpür və belə deyir: "Ya Rasulullah! O kağız parçası nə idi?"
Rasulullah Əfəndimiz (s. a. s.) belə buyurur: "O, sənin mənə dünyada ikən oxuduğun salavat idi. Mən onu sənin üçün saxlamışdım".
Bunun qarşılığında həmin insan belə deyir: "Vay mənim Allah qatında boşa keçirdiyim günlərə!" (Kənzül-Ahbar adlı əsərdən götürülmüşdür.)
Hz. Ömər (r. a.) deyir ki: "Öyrəndiyimə görə dua yerlə göy arasında bir yerdə asılı qalır, Peyğəmbər Əfəndimizə (s. a. s.) salat-ü salam gətirməyincə dua edənin heç bir cümləsi göyə yüksəlməz". (Tirmizi)
İbn-i Abbasdan (r. a.) rəvayət olunan hədisdə Rasulullahın (s. a. s.) belə buyurduğu qeyd edilmişdir: "Mənə salat-ü salam gətirməyi qəsdən unudan kimsə cənnətin yolunda yanılar". (İbn Macə, Təbərani)
Əhməd ibn Hənbəl bu hədisi rəvayət etmişdir: "Peyğəmbərə (s. a. s.) bir dəfə salat gətirən kimsəyə Haqq Təala mələkləriylə birlikdə yetmiş dəfə salavat edər". (Əhməd ibn Hənbəl)
Peyğəmbər Əfəndimizə (s. a. s.) salavat gətirənə Allah-Zülcəlal və mələklər də salavat gətirirlər.
Bundan özümüzü məhrum etməməymiz lazımdır.
Peyğəmbər Əfəndimizin (s. a. s.) şəfaətini və yaxınlığını istəyən, Allahın və mələklərin rəhmətini (mərhəmətini) arzulayan hər bir müsəlman Peyğəmbər Əfəndimizin (s. a. s.) üzərinə bacardığı qədər çox salavat gətirməlidir.
Allah-Zülcəlal hamımızı Peyğəmbərimizin (s. a. s.) üzərinə çox salavat-ı şərifə deyənlərdən etsin. Amin.
ALLAH cümləmizə Peyğəmbərimizin (s. a. s.) şəfaətin qismət etsin. Amin.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR