Ramazana hörmət Qurana hörmətdir, Qurana hörmət Allaha hörmətdir. Vəhyin enməyə başladığı Ramazana hörmətin ölçüsü isə onu oruclu keçirməkdir.
Zamanı və insanı yaradanın, vəhyi endirənin, zamanı və insanı vəhylə şərəfləndirənin adıyla başlayıram.
Zaman da, eynilə insan kimi bir sirr yumağı. Zaman yumağının içində nəyi gizlədiyini ancaq Allah bilər. Yaşanmış zamanın qeydini tutan, yaşanacaq zamana dair xəyallar qurub planlar edən yeganə məxluq insandır.
Zaman, insan və vəhy…
Üçünün birləşdiyi nöqtə "şahidlikdir".
Allah zamana və onu meydana gətirən parçalara and içər. "Əsrə and olsun… Açılan səhərə and olsun… Quşluğa and olsun… Gündüzə and olsun… Keçib getməkdə olan gecəyə and olsun… Şəfəqə and olsun…" Hamısı da vəhy olan bu andların məqsədi, zamanın insana şahid olduğunu xatırlatmaqdır. Bu xatırlatmanın bir məqsədi də insanın zamanı yaxşı, doğru və verimli istifadə etməsidir. Əksinə bir vəziyyətdə insan özünə lütf edilən zaman nemətini əleyhinə şahid etmiş olacaq. Bu iki növ ziyandır: Birincisi zaman əmanətini məhv etmək surətiylə, ikincisi onu əleyihində bir şahidə çevirmək surətiylə.
Zamanı insana şahid tutan Allah, insanı da öz şəxsinə şahid tutmuşdur. Sözü şahidlik, bu şahidliyin ən baliğ ifadəsidir. Allaha şahid olmağa çağırılmaq bir şərəf, həm də şərəflərin ən böyüyüdür. Çünki Allaha şahid olmaq, şahidliklərin ən böyüyüdür və ən böyük olana şahidlikdir. Ən böyüyə şahid olmaq, ən böyük şərəfə nail olmaqdır. Şəxsiylə qaim, əvvəlsiz ön və sonrasız son, mütləq diri və sonsuz varlıq sahibi Allahın insanın şahidliyindən əldə edəcəyi heç bir mənfəəti yoxdur. O şəxsinə şahid tutmaqla insanı şərəfləndirmək istəmiş, ona bəxş etdiyi ağıl və iradənin önünə sonsuz bir üfüq açmışdır. Deyilmi ki? Allah zu'l-mearic, yəni "təkamül mərtəbələrinin sahibi"dir (Mearic surəsi 3). İnsana da bu mərtəbələrə ucalması üçün imkanlar təqdim etmiş, fürsətlər bəxş etmişdir.
Allahın bəxş etdiyi bu ucalma və yüksəliş imkanlarının ən başında vəhy gəlir. Vəhy də eynilə zaman və insan kimi şahiddir. Şahid olduğu üçündür ki, vəhy özünü məcid, kərim, ‘əziz kimi sifətlərlə təqdim edər. Bu sifətlərin hamısı da "fail" (şahid) kimidir. İlahi kəlam insana enmişdir və insan o kəlamı daşıyıb daşımadığından ötrü hesaba çəkiləcək. Vəhy endiyi insanın özünə qarşı davranışı haqqında şahidlik edəcək. "Yeriyən Quran" olan peyğəmbərin "şahid" (şahidən) olaraq göndərilməsi də vəhyin şahidliyi məzmununda aydın ola bilər.
Bəli, görüldüyü kimi zaman, insan və vəhyin hər üçü də şahidlik nöqtəsində birləşərlər. Lakin, bu üçlüdən zaman və vəhy insana şahiddirlər, insan isə Allaha şahiddir. Baxın, insanı müstəsna edən də budur. Buna görədir ki, zaman və vəhy insan üçün, insan isə Allah üçündür. İlahi sinifləndirmə budur. Zamana məhkum olmaq və məruz qalmaq bu sinifləndirməni pozmaqdır. Çünki bu vəziyyətdə "zaman insan üçün" olmaqdan çıxıb "insan zaman üçün" olmuş olar. Bu isə ilahi sinifləndirməni pozmaq, şərəflilik siyahısına müdaxilə etməkdir.
Belə bir sual gələ bilər ağla: "Bu sinifləndirmədə zamanın və vəhyin yeri haradır?"
Baxin, Ramazan bizə məntiqən bu sualın cavabını verir. Bu cavabı verməsi üçün, Ramazan ayının dəyərini haradan aldığını ifadə edən bu ayəni xatırlamamız şərtdir:
"Ramazan ayı elə bir aydır ki, insanlığa rəhbər olan (hidayət), bu rəhbərliyin açıq-aşkar sənədlərini daşıyan (bəyyinat) və haqqı batildən ayıran (furqan) Quran bu ayda endirilmişdir: Sizdən biri bu aya yetişdiyində oruc tutsun; xəstə ya da yolçu olan kimsə də başqa günlərdə tutsun! Allah sizin üçün asanlıq istər, sizi çətinə salmaq istəməz; oruc günlərinin sayını tamamlamanızı, sizi doğru yola çatdırdığı üçün ONU ucaltmanızı və şükr etmənizi istər" (Bəqərə:185).
Bu ayə, Ramazan ayını müstəsna edən səbəbi açıq və dəqiq olaraq göstərən ayədir. Bu səbəb Quranın bu ayda endirilməyə başlanmasıdır. Bu həqiqəti Qədr surəsinin ilk ayəsi də təsdiq edir. Ramazan Quranın doğum ayıdır. Quran vəhyinin doğum günü olan Qədr Gecəsi, Ramazan ayının içində bir gecədir. Bu gerçək, Bəqərə surəsinin 185-ci ayəsiylə Qədr surəsinin 1-ci ayəsinin müqayisə etməli oxunması nəticəsində açıq və dəqiq olaraq ortaya çıxar. Bu deməkdir ki, əgər Quranın endiyi Qədr Gecəsi Ramazan ayı içərisində bir gecə olmasaydı, Ramazan ayı müqəddəsliyini və bərəkətini qazanmayacaqdı. Ramazan bütün müqəddəs və bərəkətini, vəhyin enməyə başladığı gecəni içərisində saxladığı üçün almışdır. Bu müqəddəs və bərəkətin böyüklüyünü Qədr surəsi bəyan edir:
"Əlbət onu qədr-qiymət gecəsində Biz endirməyə (başlamışıq).
Bilirsənmi o qədr-qiymət gecəsi nədir?
O qədr-qiymət gecəsi, min aydan daha xeyirlidir.
Mələklər, vəhylə birlikdə o gecə enərlər də enərlər, Rəblərinin icazəsiylə, həyatın hər sahəsinə dair tərifsiz bir xoşbəxtliyin (düsturlarını gətirərlər); bu vəziyyət, şəfəq doğana qədər davam edər" (Qədr surəsi 1-5)
Endiyi gecəni-günü bir ömürə əvəz edən vəhy, endiyi ayı da "Ayların Sultanı" olan Ramazan ayı etmişdir. Ramazan "sözlərin sultanı"nı gətirməsəydi, "Ayların Sultanı" ola bilməzdi. "Endiyi gecəni bir ömürə əvəz edən vəhy, bizim həyatımiza ensə, hər günümüzü bir ömürə əvəz edər. İçinə vəhy enmiş bir ömürün əvəzi isə yalnız cənnət ola bilər!"
Demək ki, müqəddəslik və bərəkətin səbəbi zaman deyil vəhydir. Vəhyin səbəbi hidayət, yəni "rəhbərlik"dir. Hidayətin səbəbi isə bütün vəhylərin xüsusiyyəti olan bəyyinat və furqandır. Bəyyinat, "müdafiə olunan həqiqəti isbat etmək üçün kafi olan açıq-aşkar sənədlər" mənasını verər. Furqan isə "yaxşını pisdən, haqqı batildən, doğrunu səhvdən, ədaləti zülmdən ayırmağa yarayan xüsusiyyət və ya qabiliyyətdir". Ramazan orucunu əmr edən Bəqərə 185-ci ayədə Quran bu iki xüsusiyyətiylə təqdim edilər. Bu boşuna deyil. Çünki vəhy həmsöhbətinə rəhbərlik etmə (hidayət) məqsədini ancaq bu iki xüsusiyyəti sayəsində reallaşdırar. Bunların birincisi olan bəyyinat Quranın özündə olub qarşısındakına təqdim etdiyi, ikincisi olan furqan isə həmsöhbətində inşa etdiyi bir xüsusiyyətdir. Yalnız Quranın inşa etdiyi bir təsəvvür və ağıl furqan olma xüsusiyyətini qazanar. Belə bir təsəvvür və ağılla baxan bir göz ancaq bəyyinatın dəlalət etdiyi həqiqətləri yerli yerində görər və qavrayar.
Bütün bunların ardından soruşulması lazım olan can alan sual budur: Quranın doğum ayı olan Ramazanın ihyası niyə oruc olaraq qanun qılınmışdır? Bir başqa ifadəsiylə: Quranın doğumu niyə oruc surətində qeyd olunmaqdadır?
Bu problemin cavabı, eyni zamanda vəhyin, onu anlamanın və həyata keçirmənin də açarıdır.
Farsca "gün" mənasını verən "oruc"un Quran dilindəki qarşılığı savmdır. Savm, həm "tutmaq" həm də "tərk etmək" mənasını verir. Sözün kök mənası "yemə və içmədən kəsilmək, ağızı bağlı olmaq, daxilə əlavə bir şey almamaqdır.
Savm, "tutmaq"dır. Dilimizdə "oruc tutmaq" deyərik. Namazı "edərik", dəstəmazı "alarıq", zəkatı "verərik", kəlmeyi-şəhadəti "gətirərik", həccə "gedərik", orucu isə "tutarıq".
Oruc tutmaq, başda orucun tərəfini tutmaqdır. Yəni, "mən orucun tərəfindəyəm!" deməkdir.
Oruc tutmaq özünü tutmaqdır. Başımıza nə gəlirsə özümüzü tuta bilmədiyimiz üçün gəlir. Günahların mənbəyi, hirsini tuta bilməmək, nəfsini tuta bilməmək, şəhvətini tuta bilməmək, dilini tuta bilməmək və s. kimi səbəblərə söykənir. İnsan orucu nə qədər tutarsa, oruc da insanı o qədər tutar. Kim orucun başını dik tutarsa, oruc da onun başını dik tutar. Oruc onu qula qul olmaqdan qoruyan bir qalxan, qulu qul əldə etməkdən qoruyan bir ağıl olar. Bu mənasıyla oruc "aç qalmaq" deyil "bəslənmək"dir. Aç buraxılan bədəndir. Bunun mənası insanın maddi yanının "ikinci dərəcədə" olduğunu vurğulamaqdır. Birinci olan tərəfi ağıl edən, düşünən, xatırlayan, öyüd alan, inanan, dəyər çıxaran, yaxşını pisdən ayıran tərəfidir.
Quranın doğum ayı olan Ramazanın bədənin aç buraxılaraq canlandırılmasının səbəbi burada ortaya çıxmaqdadır. Bu səbəb möminin ağılı və ruhi mələklərini təhrik və təşviq edərək onun anlama və düşünmə qabiliyyətini artırmaqdır. Bunun Quranla əlaqəsi açıqdır: Onsuz da vəhyi "oxumaq" da budur. Çünki oxumaqdan məqsəd anlamaqdır. Bir şey aydın olmursa, eyni zamanda oxunmur deməkdir. İqra' əmri, "oxu" əmrindən ayrı olaraq bir də "anla" əmrinə möhtac deyil. İlk enən ikinci surə olan Müzzəmmildəki Quranı tərtil ilə oxuma əmrinin gərəyi də budur. Təbii ki anlamaqdan məqsəd yaşamaqdır. Nə var ki, bir mesaj başa düşülmədən yaşana bilməz. Bu səbəblə Ramazan Quran ayıdır. Ramazan bizə Quranı gətirdiyi üçün Ramazandır. Ramazanlarımız Quranı oxuduğumuz, anladığımız, yaşadığımız və yaşatdığımız qədər mübarəkdir.
Əlbəttə Quranla əlaqə Ramazana həsr edilməz. Onsuz da Ramazan, vəhyin Quranın "endiyi" deyil "enməyə başladığı" aydır. Quran bir Ramazan gecəsi olan Qədr Gecəsi enməyə başlamış və bir nəsilin həyatını inşa edəcək qədər uzun bir müddət enişini davam etdirmişdir. Vəhyin təsiri endiyi illərlə sərhədlənə bilməz. Hər vaxt və zəmində endiyi günkü kimi saysız qadın və kişinin ürəyinə hökm etməyə davam edəcək.
Vəhy ilahi bir inşa proyektidir. Məqsədi, özüylə inşa olmuş insanlar vasitəsilə həyatı inşa etməkdir. Ramazanın təsiri də eynilə vəhy kimi yalnız bir ayla sərhədlənə bilməz. Ramazan gətirdiyi məna iqlimini mömin insanların bütün ömürünə yaymaq və onun ömürünü Ramazan etməyi məqsədi daşıyar.
Unudulmaması lazım olan həqiqət budur: Ömrü Ramazan olanın axirəti bayram olar. O bayram cənnətin özüdür. Belə birində Ramazan bu sözü söyləmə şüurunu inşa edər: Küfrə, şirkə və zülmə qarşı orucumu pozsam, kəffarəm cəhənnəm olsun!
XƏBƏR LENTİ
Balıq soyutması (foto resept)
Koronavirusa görə kimlər birdəfəlik ödəmə alacaq? - Nazirlikdən AÇIQLAMA
Tailand(Tay) Adaları
"Eurovision-2011”də Azərbaycanın təmsilçiləri seçildi
Azərbaycanda böyük zoopark yaradılır
Necə nəfəs alırıq?
İngilislərin "Brazuka" topu ilə bağlı maraqlı iddiası
Günün qoroskopu: sərt və aqressiv olmayın
Gürcüstan prezidenti ölkənin müsəlman vətəndaşlarını təbrik etdi
Qadınlarımız adətlərə qurban gedir - 11 TEZİS
Badambura (foto-resept)
Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
Bu qəsrdə ruhlar yaşayır
Övladınız üçün erkən cinsi həyatın təhlükələri
Toyları saxta çıxdı
Keyt Middletonun geyimi səs-küy yartdı-FOTO
MTRŞ ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yayıb
Azərbaycandan Avropaya şok cavab
Ayaqların donması və tərləməsi
Azərbaycanda hava şəraiti dəyişəcək
Herpes virusu
Stuldan yıxıldığına görə 1 milyon dollar istəyir
Azərbaycan və Türkiyə Qarabağ münaqişəsini müzakirə ediblər - FOTO
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Maaş artımı ərzaq bahalaşmasına təsir edəcəkmi?
Ermənilərə Qarabağı qaytarmaq üçün 15 gün vaxt verildi
Hande Ataizinin gözəllik sirri
Şagirdlərin tətil günlərinin sayı açıqlandı
Riyazi foks
Toz fırtınası Azərbaycana təsir edəcək? - Rəsmi açıqlama
Instagram yeniləndi
İlk gündə 20 medal
Ən çox "zibil" bu ölkədən gəlir
Mehmet Ali Erbilin VƏSİYYATNAMƏsi
Bakı Yay Olimpiya oyunlarından imtina etdi
Manat yeni "iş" yerləri açdı
Qalmaqallı teleaparıcı dovşanlarına malikanə tikdirdi
Bakıda karantinə nəzarət gücləndirildi
"Azərbaycanda satılan dərmanların 30-35 faizi saxtadır"
Yağlı dəri daha yaxşıdır?
Tibb bacılarına çavuş rütbəsi verildi
Hava xəbərdarlığı
Tramp həyat yoldaşı barədə açıqlama verdi
Əmək pensiyası ilə bağlı yeni qərar
Xəyalə Murada etiraf et!- Layihəsi
"Sovetski"də söküləcək ticarət-iaşə obyektləri ilə bağlı yeni xəbər
İkili münasibətlərdə dəyərinizi bilin!
Murat Yıldırımdan təqdirəlayiq addım
Qeyri-adi gücləri olan 4 insan
Azərbaycanın bank sistemində elektron imza xidməti tətbiq edilir
- ŞƏRHLƏR