Dəstəmaz
Dəstəmaz müəyyən bədən üzvlərinin xüsusi qayda ilə yumaq və məsh etmək yolu ilə edilən təmizlikdir. Dəstəmaz, Qurani-Kərimin “Maidə” surəsinin 6-cı ayəsində Fərz qılınmışdır. Peyğəmbərimiz Hz. Məhəmməd (sav) dəstəmazla bağlı bir hədisdə belə buyurur: “Bir müsəlman dəstəmaz alarkən əllərini yuduqda, əlləri ilə etmiş günahları bağışlanır, üzünü yuduğu zaman gözləri işlədiyi günahlar, başını məsh edincə qulaqları ilə dinləyərək işlədiyi günahları, ayaqlarını yuduğu zaman isə gedərək işlədiyi günahları bağışlanır. (Ət-tərğib vat-təhrib-c.1-s/155)
Dəstəmaz almağa başlamadan öncə ayaqyolu ehtiyacı varsa, görülməlidir. Daha sonra şalvarın balaqları və köynəyin qollarını qatlamaq lazımdır. İmkan daxilində qibləyə doğru çevrilmək daha yaxşı olar. Dəstəmazdan öncə əlləri yumaq sünnətdir.
Damağında qanaxma olanlar, dişlərini dəstəmazdan öncə misvaqlamalıdırlar.
Misvaq sağ əllə tutularaq dişlərin ortasından öncə sağ tərəfə doğru, daha sonra isə sol tərəfə doğru gəzdirilir. Bu hərəkət 3 dəfə təkrarlanır.
* Misvaq yoxdursa: Sağ əlin baş və şəhadət barmağı ilə dişlərin sağ tərəfini, sonra isə sol əlin baş və şəhadət barmağı ilə sol tərəfini təmizləmək lazımdır. Bu da 3 dəfə təkrarlanır.
Diqqət: Gözlərə linza taxılıbsa, dəstəmazdan öncə çıxarılmalıdır.
Fərz və ya sünnət olma baxımından dəstəmazların hamısı eyni-aşağıda göstərilən qaydada alınır:
1. Öncə niyyət edilir: (Niyyət ürəkdə edilir)
Əuzu billahi minəşşeytanir-rəcim.
Bismillahi-Rəhmanir-Rəhim. (şəkil-1)
2. Hər iki əl biləklər də daxil olmaq şərtilə yuyulur. Barmaqlarda üzük varsa, altına suyun keçməsi üçün oynadılmalıdır.
3. Sonra sağ ovucuna su alıb ağzına apar (şəkil-2-3). Boğazını isladacaq şəkildə qarqara edərək suyu astaca tüfür. Eyni hərəkəti 2 dəfə də təkrarla. Oruclu ikən suyu udmamaq üçün ehtiyatlı ol.(3 dəfə ağız yaxalanmalıdır)
4. Sağ ovucuna su doldur və suyu burnuna çək (şəkil-4). Sonra sol əlinlə səs etmədən burnundakı suyu təmizlə. Bu hərəkət eyni qayda ilə ümumi olaraq 3 dəfə təkrarlanır.
Diqqət: Oruclu ikən, suyu buruna asta çəkmək lazımdır ki, boğaza keçməsin.
5. Hər iki ovucu su ilə doldurur və üz yuyulur! (şəkil 5). Bu fərzdir. Üzü yuyarkən saçların bitdiyi yerdən çənə altına qədər olan hissə yuyulmalıdır. Qulaq məməciklərinin ətrafı da üzə daxildir və yuyulur. Bu üç dəfə təkrarlanır.
Diqqət: Dəstəmaz alarkən üzü asta bir şəkildə yumaq lazımdır ki, su ətrafa sıçramasın və ətrafındakı insanları narahat etməsin. Saqqal və bığ varsa, onların dibləri də islanmalıdır. Yerdə qalan qismini isə sağ əli isladaraq daraq şəklində saqqalın içindən keçirmək lazımdır.
6. Sonra sağ qol dirsək daxil olmaqla dirsəkdən aşağı yuyulur.-3 dəfə yumalı (şəkil-6).
7. Ardınca isə sol qol eyni qayda ilə yuyulur (3 dəfə). (şəkil-7)
8. Sonra isə əlinizi (ikisini də olar) başınızın ortasına qədər aparın və geri gətirin. Elə edin ki saçlarınızın dibinə əlinizdəki su dəysin. (şəkil-8). Buna məsh deyilir.
9. Sonra şəhadət barmağınızla qulaqlarınızın içini, baş barmağınızla isə arxa tərəfinə məsh çəkin (şəkil-9).
10. Ardınca isə hər iki əlin baş və şəhadət barmağı çıxmaq şərti ilə yerdə qalan üç barmaq birləşdirilərək barmaqların arxası ilə boyuna məsh çəkilir (şəkil-10). Müstəhəbdir.
11. Daha sonra sağ ayağın altı-üstü topuqla birlikdə yuyulur (şəkil-11). Suyun barmaqların arasından keçməsinə diqqət etmək lazımdır. Ayaqları yumaq fərzdir. (3 dəfə)
12. Dəstəmazda ən son yuyulan bədən üzvü isə sol ayaqdır (şəkil-12). Sağ ayaq kimi topuqla birlikdə sol ayaq da altı və üstü 3 dəfə yuyulur .
Beləliklə, dəstəmaz tamamlanmış olur. Dəstəmaz aldıqdan sonra zikr etməyi unutmayın.
Diqqət:
1. Dəstəmazı azan oxunmadan almaq sünnətdir.
2. Dəstəmaz alarkən suyu ətrafa sıçratmaq olmaz.
3. Suyu israf etmək olmaz.
4. Dəstəmaz alarkən tələsmək və danışmaq olmaz.
5. Dəstəməz alarkən “Görəsən üzümü və ya qolumu yudum, ya yox?” düşüncəsi ilə zənnə qapılsan, (şübhəyə düşsən) o üzvü yumaq lazımdır. Bu hal tez-tez baş verərsə, (vəsvəsə nəticəsində şübhəyə düşürsənsə) o zaman yumağa ehtiyac yoxdur. Bədən üzvlərini yuyarkən “2, yoxsa 3 dəfə yudum” şəklində şübhəyə düşsən, əhəmiyyət vermə və dəstəmaza qaldığın yerdən davam et.
6. Dəstəmaz alınan yer təmiz olmalıdır. Ancaq dəstəmaz alınacaq başqa bir yer yoxdursa, ayaqyolunda da dəstəmaz almaq olar.
7. Dəstəmaz aldıqdan sonra suyun təmiz olmadığını başa düşsən, yenidən dəstəmaz almaq lazımdır. Suyun təmiz olmadığını namaz qıldıqdan sonra başa düşsən, yenidən dəstəmaz alıb namaz qılmaq lazımdır.
Dəstəmaz ala bilməyəcək dərəcədə xəstə olan insana yaxınlarından biri dəstəmaz almağa kömək edər.
Dəstəmazı pozan şərtlər
• Ayaqyoluna getmək (Böyük və kiçik ehtiyacı görmək)
• Qaz çıxarmaq.
• Ağız dolusu qusmaq.
• Məni (sperma) gəlməsi.
• Məzi (spermadan öncə gələn yapışqan su) gəlməsi.
• Vədi (bəzən sidikdən sonra gələn su) gəlməsi.
• Yatmaq.
• Epilepsiya tutması.
• Dəli olmaq, havalanmaq.
• Sərxoş olmaq (haramdır)
• Namaz əsnasında başqalarının eşidəcəyi şəkildə gülmək. (Bu zaman həm namaz, həm də dəstəmaz pozulur)
Üzr və üzrlü
Kişilərdə və qadınlarda öz iradəsindən asılı olmayaraq dəstəmazı davamlı olaraq və yaxud qəflətən pozan səbəblərə “üzr”, bu vəziyyətdə olan insanlara isə “üzrlü” və ya “üzr sahibi” deyilir. Üzrlü sayılmaq üçün, dəstəmazı (öz iradəsindən asılı olmadan) pozan səbəbin tam bir namaz vaxtı ərzində davam etməsi lazımdır.
Üzrlər - Özündən aslı olmadan davamlı olaraq:
• Sidiyi tuta bilməmək.
• Qaz çıxarmaq.
• Fasiləsiz sperma axıntısı.
• Sidik damcılaması.
• Qanayan yaralar.
• Daxili qanaxmalar.
Namaz vaxtı çıxdıqdan sonra üzr sahiblərinin dəstəmazı pozulmuş sayılır və növbəti namaz vaxtı başlarkən təzədən dəstəmaz almaları lazımdır.
Sarğı üzərinə məsh etmək
Dəstəmaz üzvlərindən hər-hansı birində yara, çiban və ya yanıq varsa və bunlar sarğı ilə sarınıbsa, dəstəmaz alan zaman nə etmək lazımdır?
Hər şeydən əvvəl həkim rəyi soruşulmalıdır. Əgər həkim suyun yaraya mənfi təsir göstərəcəyini söyləyirsə, o zaman yara sarğısını açmaq lazım deyil. Sadəcə olaraq dəstəmaz alan zaman üstünə bir dəfə məsh çəkmək kifayətdir. Yara sağalanadək dəstəmaz bu şəkildə alına bilər. Digər dəstəmaz üzvləri isə normal qayda ilə yuyulur.
P.S. Dəztəmazın alınma qaydası həm kişilər və həm də qadınlar üçün eynidir. İnternet şəbəkəsində qadının dəstəmaz halında şəkilləri olmadığı üçün (nəzərə alaraq qadın bu halda başı açıq olur,bu da dini cəhətdən günahdır), əks-cinsin nümayəndəsinin şəkili ilə izxah etməyə çalışdım. Hec bir fərqi yoxdur, alınma qaydası hamı üçün eynidir.Suallarınız olarsa çəkinmədən verə bilərsiniz.
DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İşində nöqsanlar aşkarlanan tibb işçiləri cəzalandırıldı - RƏSMİ
Azərbaycanlı gənc Londonda “Ən Yaxşı Nitq” diplomu qazandı - FOTO
Tarixə təkzib teleqramı
Stress və onun öhdəsindən gəlmə üsulları
Zərərsiz kontakt linzaları yaradılıb
Naxçıvanda zəlzələ oldu
Çörəklə bağlı rəsmi açıqlama
Azərbaycanda daha 7 nəfər koronavirusdan öldü – 590 yeni yoluxma
Məşhur proqnozçudan BÖYÜK ZƏLZƏLƏ xəbərdarlığı-2 gün sonra
2018/19 Payız - Qış aksesuar trendləri
Evdə paltar qurutmayın - XƏBƏRDARLIQ
Revmatizm üçün sınanılmış üsul
Axmaqlar bir-birini cəlb edir...
Məşhur aktrisa Beren Saatın BOŞANMASIndan danşdı
Dərinizi gözəlləşdirəcək köhnə üsullar
"WhatsApp"-da YENİLİK!
Füzulinin 38 şəhid verən kəndində abidə kompleksi açıldı
Con Frenç Sloanın rəsmləri (3)
Azərbaycanın dirçəlişi
Azərbaycanda bəzi insanlara xəbərdarlıq: həyəcanlanma yuxarı səviyyədə olacaq
Məşhurların tanınmayan nəvələri
Azərbaycan idmançısı erməni rəqibini nokauta göndərib dünya kubokunu qazandı
"Miss Brazil-2019" seçildi-FOTO
Uşaqlar üçün smartfon yaradıldı - “PhoneKС–d”
Malayziyanın itmiş təyyarəsindən xəbər var
Şəkər haqqında gələn xəbərlər
İş axtaranlara şad xəbər
Elmə məlum olmayan heyvan tapıldı
Beş yaşlı Samirin 26 barmağı var - FOTO
İşə qəbul zamanı necə fırıldaqçılardan qorunmaq
"Çılpaq" tort (foto resept)
Bu qadın 21 -ci övladını dünyaya gətirdi-FOTO
Qızıl payız
2019-un bahar dəbi
Deniz Çakır hakim qarşısına çıxdı
Notbuk istifadəçilərinə şad xəbər
Uzun gecənin 35 illik həsrəti
Yeniyetmə sərbəst güləşçilər Kiyevdə qüvvələrini sınayacaq
Azərbaycan ordusu düşmənin xeyli sayda hərbi texnikalarını məhv edib - VİDEO
Bu serialın da çəkilişləri dayandırıldı
Qeyri adi ayaqqabılar
Mila Eştonun verdiyi hədiyyədən danışdı-FOTO
Ronaldu Corcinaya evlilik təklif etdi
BÜRCLƏR bizə nə vəd edir?-27 Sentyabr
Barak Obamanın BOŞANMA xəbəri yayıldı
Adam başına düşən mənzil sahəsi genişləndiriləcək
Evinizi qarışqalardan qoruyun
Möcüzə enerji-3
Azərbaycan tarixindən yüz şəxsiyyət-14
Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanlar - SİYAHI
- ŞƏRHLƏR