Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Ulduzum proqramının üzvləri üçün növbəti lotereyasına start verdiyini elan edir. Lotereyada oynanılan əsas mükafatın şanslı qalibinə Bakcell tərəfindən Mançesterə səyahət paketi təqdim olunacaq.
Lotereya çərçivəsində Bakcell abunəçiləri 10 ədəd 100 AZN-lik, 20 ədəd 50 AZN-lik, 40 ədəd 30 AZN-lik və 90 ədəd 20 AZN-lik hədiyyə kartlarını udmaq şansını qazanacaqlar. Lotereyada oynanılan həftəlik uduş fondu, ümumi məbləği 5000 AZN təşkil etməklə, 160 ədəd hədiyyə kartından və final oyunda oynanılan bir əsas mükafatdan – Mançester şəhərinə səyahət paketindən ibarətdir.
Lotereyada iştirak etmək üçün “KOD” yazıb 5555 nömrəsinə SMS göndərmək yetərlidir. Bu zaman “Bakcell”dən abunəçiyə Ulduzum proqramının L’occitane, Katv1, Domino’s Pizza, Kids World, Tusi-Bohm Planetarium, Poppy gallery, Karen Millen, Megafun, Flo, Puma kimi tərəfdaşlarından birində istifadə etmək üçün Ulduzum kodu gələcək. Bu xidmətlərdən istifadə zamanı xərclənən məbləğ minimum 10 AZN olmalıdır. Qeyd olunan tərəfdaşların mağazalarında edilən hər 10 AZN məbləğində alışın müqabilində Bakcell abunəçiləri avtomatik olaraq Ulduzum lotereyasında iştirak etmək üçün imkan qazanacaqlar. Etdikləri alışların sayından asılı olaraq, Bakcell abunəçiləri həftəlik və final lotereya oyunlarında iştirak etmək imkanlarının miqdarı barədə məlumat mesajı alacaqlar.
Ulduzum lotereyası 10 yanvar 2017-ci il tarixindən 21 mart 2017-ci il tarixinədək keçiriləcək. Bu müddətdə həftəlik uduşların nəticələri hər Çərşənbə axşamı elan ediləcək. Həftənin qalibi olmuş istənilən iştirakçı eyni zamanda lotereyada oynanılan əsas mükafatın şanslı qalibi ola və Mançester şəhərinə səyahət edə bilər. Lotereyanın final oyunu 27 mart 2017-ci il tarixində keçiriləcək.
Qeyd edək ki, Ulduzum proqramının 220-dən çox partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var. Hazırda Ulduzum proqramının 2000000 nəfərdən çox abunəçisi var.
Ulduzum Lotereyası və Ulduzum proqramının üstünlükləri barədə daha ətraflı məlumatı www.ulduzum.az səhifəsindən əldə etmək olar.
XƏBƏR LENTİ
Qələmlə sənət əsəri yaratmaq
Azərbaycan milli uşaq oyunları-7
Məşhur aktrisa maska taxmayanları tənqid etdi
Luka Vardanyanın atası uşağın Bakıya gəlməsinə etiraz edib
Həyatınızın açarı olun
Məşhur həkimdən BƏDBİN PROQNOZ - Koronavirusun fəsadları illər boyu davam edəcək
Rus alimlər ömrü uzatmaq üçün yeni dərman hazırlayıblar
24 saat dayanmadan spirtli içki içdi bu hala düşdü-FOTO
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
Nə üçün axşam vaxtı dırnaq kəsmək yaxşı deyil?
Sadə və gözəl paltarlar.
18-ci toy il dönümünü bu cür qeyd etdilər-FOTO
2012-ci ilin qış papaqları
Hikmətli sözlər
Şəkər xəmiri hazırlanmasının iki üsulu (foto anlatım)
Viktoriya Bekhem yaşından danışdı
Qara rəngi sevənlər üçün yay kombin tövsiyələri
Abort edənlər üçün koronavirusun ölümcül təhlükəsi açıqlanıb
Qadın.Netlilərin ən sevdiyi geyimləri
Dünyada ən çox qazanan aktyor kimdir?
Mikayıl Cabbarov rektorlar barədə
BMT-dən Ermənistana yardım
Polşanın çiçəkli bölgəsi: Zalipie
23 il sonra Lələtəpədə Quran səsi eşidildi
Ayaq bilərzikləri-1
Kral ailəsindən bayram FOTOsu
Danışırsan, doğru danış
Artıq çəkili insanlarda koronavirusun ağır gedişatının səbəbi açıqlandı
Leyla Əliyevanın qeyri-adi kafesi
Anasının FOTOsunu paylaşdı, hər kəs HEYRƏTLƏNDİ
Milli Geyim Gününün təsis edilməsi ideyası dəstəkləndi - FOTO
Hamiləlikdə riskli hallar
Süni agciyər hazırlandı
Hadise gözəlliyi ilə TƏƏCCÜBLƏNDRİDİ-FOTO/VİDEO
Şəhər daxilində postların ləğv edilməsinin məqsədi açıqlandı
"Mən türkəm"
Bu "ağıllı" qapı ev heyvanlarını tanıyır
Günəşdə növbəti qasırğa
İtlər getdi balıq tutmağa
Hava haqqında - 20.02.2014
ABŞ Marsa astronavt göndərəcək
Tərk edilmiş evdə xəzinə
"Çukur"da surpriz
Vera Bakıda çıxış etdi-FOTO
Telefonunuza aksesuar seçərkən diqqətli olun
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Hansı təmizlik vasitələrindən necə istifadə edirsiniz?
Abort qadağasına məşhur modeldən ETİRAZ-FOTO
Rihanna yeni brendini təqdim edib - FOTO
Dünyanın ən varlı adamı 25 illik xanımından BOŞANDI