
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və inanılmaz kampaniyalarla sevindirməyə davam edir. ““Xalq Bank”la “Ulduzum” hədiyyələr qazandırır!” kampaniyasında iştirak etməklə “Ulduzum” abunəçiləri gözəl hədiyyələr qazanmaq şansı əldə edirlər.
15 mart 2018-ci il tarixdən 15 sentyabr 2018-ci il tarixinədək keçirilən ani lotereyanın şərtlərinə əsasən, “Xalq Bank”ın filiallarında müvafiq bank əməliyyatlarından (təcili pul köçürmələri, kommunal, rabitə, internet, TV xidmətlərinin, yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələrin ödənilməsi, bank hesabları üzrə bəzi əməliyyatlar, depozit seyflərinin icarəsi, ödəniş kartının əldə edilməsi və s.) istifadə edən hər bir şəxs 8000-dən artıq hədiyyədən birini qazanacaq.
Ani lotereyada iştirak edib hədiyyələri qazanmaq üçün “Xalq Bank”ın istənilən filialında yuxarıda göstərilən bank əməliyyatlarından istifadə zamanı, XALQBANK sözünü 5555 nömrəsinə pulsuz SMS vasitəsilə göndərməklə alınan “Ulduzum” kodunu Bankın əməkdaşına təqdim etmək lazımdır. Həmin kod bank əməkdaşı tərəfindən elektron lotereya proqramına daxil edilir. Proqram təsadüfi seçim yolu ilə müştərinin hədiyyəsini müəyyən edir və hədiyyə yerində təqdim olunur.
Qeyd edək ki, kampaniyada iştirak edən müştərilər 20-yə qədər pulsuz Bakcell dəqiqəsi, 10 litrə qədər yanacaq təmin edən “Azpetrol” kuponları, “Autolux”dan endirim kuponları və digər gözəl hədiyyələr əldə edəcəklər.
Lotereya haqqında daha ətraflı məlumatı telefonla bankın “138” Məlumat Mərkəzindən, www.xalqbank.az və www.ulduzum.az saytlarından əldə etmək mümkündür.
2.7 milyon nəfərdən çox abunəçisi və 230-dək tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.
“Bakcell”in təqdim etdiyi “Ulduzum” loyallıq proqramında bütün Bakcell abunəçiləri iştirak edə bilər. Bunun üçün heç bir xüsusi ödəniş və yaxud abunə haqqı tələb olunmur. Ulduzum proqramına qoşulmaq üçün “1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək kifayətdir. Həmçinin, “Ulduzum” proqramından daha rahat şəkildə istifadə etmək üçün Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
