Azərbaycanın İlkMobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum proqramının üzvləri üçünBahar lotereyasına start verir.Bu lotoreya sayəsində Bakcell abunəçiləri Ulduzum proqramının tərəfdaşları tərəfindən təqdim olunan endirimlərdən faydalanmaqla yanaşı, hər gün ALOV smartfonu qazanmaq şansı əldə edəcəklər. Lotereyanın əsas qalibinə Mançesterə 2 nəfərlik səyahət kuponu təqdim olunacaq. Lotereyada iştirak edən, lakin qalib gəlməyən abunəçilərəisə lotereya bitdikdən sonra 20 dəqiqəlik şəbəkədaxili pulsuz danışıq hədiyyə olunacaq.
Lotereyada iştirak etmək üçün Ulduzum tərəfdaşları olan Megafun, 189 Taksi və ya Hesab.az xidmətlərinin birindən Ulduzum kodu vasitəsilə endirim almaq yetərlidir. Bu xidmətlərdən istifadə zamanı xərclənən məbləğ minimum 5 AZN olmalıdır. Abunəçi balansından istifadə etdiyi hər 5 AZN müqabilində 1 uduş şansı qazanmış olur. 20 AZN və dahaartıq məbləğdə ödənişlər olduğu halda uduş şansları 2 dəfə artır.
Qaliblərin müəyyən edilməsi qaydaları:
- Gün ərzində yuxarıda adı çəkilən 3 partnyorun xidmətlərindən Ulduzum kodu vasitəsi ilə istifadə edən abunəçi lotereyada iştirak şansı qazanır. Hər günün qalibi yeni daxil olan həftənin ilk iş günü ərzində xüsusi proqram təminatı vasitəsi ilə təsadüfi yolla seçilir.
- İstənilən günün qalibi əsas uduşun sahibi ola bilər. Əsas uduşun sahibi yalnız 1 nəfər ola bilər.
- Uduşda lotereyanın ilk günündən son gününədək şans toplayan bütün iştirakçılar iştirak edir. Əsas uduşun sahibi 25 may 2015-ci il tarixində xüsusi proqram təminatı vasitəsi ilə təsadüfi yolla müəyyən ediləcək.
Qeyd edək ki, Ulduzum proqramının 120-dən çox partnyoru siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.Hazırda Ulduzum proqramının 1 milyin nəfərə yaxın abunəçisi var.
Bahar lotereyası və Ulduzum proqramının üstünlükləri barədə daha ətraflı məlumatı www.ulduzum.az səhifəsindən əldə etmək olar.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Xaricdə təhsil almaq istəyən tələbələri sevindirən xəbər
ABŞ tarixində ilk qadın prezident?
Məktəblər açılsa, hansı şərtlərə əməl olunmalıdır?
“Dünya düzdür” deyənlərdən şok iddia: "Peyk görüntüləri NASA-nın oyunudur"
Leyla Əliyevadan uşaqlara sürpriz Moskva səfəri
Asan salat (foto resept)
Bu günün hava proqnozu
Namaz: ucadan, yoxsa astadan?
Bakıda bayram namazı qılınır - CANLI YAYIM
Kəbədə ilk təravih namazı qılındı
Tuğba sevgisindən danışdı-FOTO
Bakı Polisindən bu gündən fəaliyyətini bərpa edən kafe-restoranlarla bağlı XƏBƏRDARLIQ
Məşhur aktrisanın öz üzündən əsər qalmadı - Foto
9 gün iş olmayacaq
Sılanın qanlı köynəyini istəyirlər
Evdə hazırlaya biləcəyiniz 2 əl kremi
Rəngarəngliyi sevən xanımlara
Moskvanın mərkəzində Azərbaycan rayonu
"Arka sokaklar"dan sonra heç bir serialı alınmır
ABŞ-da fövqəladə vəziyyət: təyyarələr də uçmur
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
Toy tortları
Ramazanda Qədr gecələri nə vaxt olacaq?
Merkel Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Xocavənd istiqamətində hərəkət edən düşmənin şəxsi heyəti məhv edildi - RƏSMİ
Qara qızıl qara günlərini yaşayır
2010 GƏLINLIK SAÇ DÜZÜMLƏRI
Mona Lizanın sirri tapıldı
Yeni ilin ilk hədiyyələri!
Temperatur yüksəlir
Saçınız sağlam olsun
Diqqətli olun - havalar soyuduqca ürəyiniz də çox enerji sərf edir
Qar YAДћACAQ?
Gənc göstərən makiyaj tövsiyələri
"Bizim ən çətin rəqibimiz Azərbaycan millisidir"
Sağlam qidalanmanın 5 yolu
İzlənmə rekordları qıran sevgililər günü VİDEOsu
Rəngli modern dekorasiya modelləri
Fransadan qoşunların təmas xəttində zorakılıq halları ilə bağlı açıqlama
İşğal altında olan Qarabağdan ən son fotolar
Makiyaj məhsullarını daha səmərəli istifadə etməyin yolları
General-mayor Ramil Əsgərov vəzifəsindən azad edildi
Kartoflu Pilaki (foto-resept)
Qara dəliklər
Övladınızın ilk müəllimi olaraq izləməli olduğunuz 5 yol
Dünyanın beşinci ən iri almazı satılıb
Gözəl geyimlər
Kolumbiyada qeyri-adi TAPINTI
Bakı metrosunda yenilik
İlham Əliyev: "Ermənilər günahsız azərbaycanlı uşaqları öldürüb"
- ŞƏRHLƏR