
“Bakcell”dən DoğmaCIN istifadəçiləri üçün pulsuz dəqiqələr
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti DoğmaCIN tarifinin 2 illiyi münasibətilə bu tarif paketindən istifadə edən abunəçilərə şəbəkədaxili zənglər üçün 10 dəqiqə hədiyyə edir.
Azərbaycanın bölgələrində yaşayan Bakcell abunəçilərinə ən sərfəli qiymətlər təklif edən DoğmaCİN tarifinə qoşulan abunəçilərin sayı gündən-günə artmaqdadır.
10 dəqiqəlik danışıq hədiyyəsini əldə etmək üçün 5979 qısa nömrəsinə pulsuz SMS yollamaq yetərlidir. Bonus dəqiqələrini 25 fevral–10 mart 2014-cü il tarixləri arasında istənilən zaman əldə etmək olar. Bonuslardan istifadə olunması üçün son tarix isə 12 mart 2014-cü ildir.
Qeyd edək ki, DoğmaCIN tarifində şəbəkədaxili danışığın qiyməti 1 dəqiqə üçün 2 qəpik, Azərbaycan daxilində bütün digər nömrələrə isə dəqiqəsi 4 qəpik təşkil edir. Bundan əlavə, DoğmaCIN tarifində olan abunəçilər istənilən Bakcell nömrəsini Sevimli nömrə etməklə həmin nömrə ilə 1 saatlıq danışıq üçün cəmi 2 qəpik ödəyirlər.
http://www.bakcell.com/az/dogmacin linkinə daxil olmaqla DoğmaCİN barədə bütün məlumatı əldə etmək olar.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Azərbaycanda ev şəraitində 83 uşaq doğulub - 6 AY ƏRZİNDƏ
Dohada çəkilən ilk türk serialı
Dilan Çiçək anası ilə-FOTO
İsti hava şəraiti davam edəcək
Bakı sakinlərinə XƏBƏRDARLIQ- Aprelin 18-dən etibarən...
Günün qoroskopu: qəfil gəlir ola bilər
"Kurtlar Vadisi"nin məşhur aktyoru VƏFAT ETDİ - FOTO
Azərbaycanda evdə müalicə qaydalarını pozan koronavirus xəstələri cəzalandırılacaq - FOTO/VİDEO
Yağ: bu qədər qorxu hardandı?
Sabahın HAVAsı
Daşınan sensor vücudu yoxlayacaq
4 uşaq anası vampirə "çevrildi"-FOTO
“WhatsApp”da MÖHTƏŞƏM - YENİLİK
Neftçi" Avropa Liqasında!
Marui Michinin ərzaq illustrasiyaları
“YouTube” təhlükəli videoları qadağan etdi - VİDEO
Dəbli geyim nümunələri
Özünü kişi cildinə salan məşhur aktrisanı tanımadılar - FOTO
Sentyabrda 4 gün iş olmayacaq
Qadınların ən təhlükəli sözləri
Soba alarkən diqqət edin
Sabah QAZ OLMAYACAQ!
Sağlam saçlar üçün bəzi məsləhətlər
Müəllimlər ixtisara düşür?
Göyərtilərin faydalı xüsusiyyətləri
8103 SMS icazə sisteminin qüvvədə olma müddəti uzadıldı - RƏSMİ
Beren Saat göz yaşlarını saxlaya bilmədi
Rəhbərlik bunları sevmir
Hava haqqında
Dünyanın ən gözəl əkiz bacıları - FOTO
Kələm maskası
Paytaxtın əsas magistral yollarında sürət həddi ENDİRİLDİ
Kuboku kim oğurlayıb?-VİDEO
İlham Əliyev yaralı hərbçilərimizə səsləndi: “Maskanı çıxarın, hamı sizi görsün” - VİDEO
Xərçəngdən sağalan qız
Gözəl ayaqlara necə sahib olaq?
Portagal qabıgından əl işləri
Türkiyə tankları Suriyaya girdi
Azərbaycan əsgərindən vətənpərvər şeir parçası - VİDEO
“Cücələrim”in bəstəkarının ad günüdür
Dəhşətli proqnoz: milyardlarla insanın həyatı təhlükədədir - VİDEO
Azərbaycan tarixindən yüz şəxsiyyət-12
Necəsiniz?
Kök qadınlar necə geyinməlidir?
Türkiyə sənətkarlarının tarixi şəkilləri
Xırda qəpikləri götürmürlərsə-CƏZA
Yağ yandırmağa kömək edən çaylar
Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO
Ərəb rəqsinin texnikası
Dodaq yemə vərdişi















- ŞƏRHLƏR