Hörmətli istifadəçilər!
Qadin.Net - İlk milli qadın portalı 24 oktyabr 2011-ci il tarixindən Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsinə başlayıb. Layihənin məqsədi istedadı, fərdi xüsusi bacarığı olan bütün şəxslərin üzə çıxarılması, ictimaiyyətə, geniş kütləyə təqdim eidlməsidir.
Bir çox insanlar vardır ki, müxtəlif səbəblərdən yaradıcılıq, bacarıq və qabiliyyətləri nümayiş etdirə bilmirlər. Nəticədə uzun illər sonra nə zamansa, vaxtında atılmamış addımlar üçün bir çox heyifsilənirlər...
Qadin.Net portalı belə bir şans yaradır ki, bu cür təəssüflənmələr olmasın!
Əgər həqiqətən də sizin qeyri-adi bacarığınız, istedadınız varsa o zaman, niyə sizi hər kəs tanımasın?!
Bu günə qədər lahiyə daxilində saytda çox fəallıq göstərən, xüsusi qabiliyyətli istifadəçilərin bacarıqları, istedadları kəşf edilərək onlara məxsus beş ədəd elektron kitab hazırlanıb ərsəyə gətirilmişdir. Hətta bu elektron kitablardan biri (Xəyalə Murad "Görünməyən həqiqət" ) "Azərbaycan" Nəşriyyat Evində nəşr olunub.
Layihə ilə tanış olmayan yeni istifadəçilərimiz üçün əvvəlki kitabları təqdim edirik:
Kitab 1 - 24 oktyabr 2011-ci il - "Pərvanə ilə ləzzət süfrəsi"
Kitab 2 - 22 noyabr 2011 - ci il - "Ömür boyu arzulanan sevgi" Müəllif - Gülşən Qaraşova
Kitab 3 - 27 dekabr 2011 - ci il - "Ayselin mətbəxindən"
Kitab 4 - 27 yanvar 2012-ci il - "İslamı elə yaşa ki..." Müəllif - Şəbnəm Ağayeva
Kitab 5 - 14 mart 2013-cü il - "Görünməyən həqiqət" Müəllif - Xəyalə Murad
Qeyd olunan layihə daxilində özünün fərqli foto reseptləri ilə böyük oxucu kütləsinin diqqət və marağına səbəb olmuş növbəti iştirakçımız (Ləman_) Nigar Hüseynovadır.
Nigar xanım üçün 106 foto reseptdən (rəsimli izahı olan) ibarət "Nigarın ləzzət dünyası" elektron kitabı hazırlandı.
Qadin.Net redaksiyası Nigar xanımın fəaliyyəti, mətbəx sahəsindəki bacarığı, saytda yayımladığı reseptləri toplayaraq bir kitab halına gətirdi və bu kitabı Nıgar xanıma böyük sevinclə hədiyyə edir!
Ənənəyə sadiq qalaraq elektron kitabın ilk səhifəsində Nıgar xanımın ürək sözlərinə yer verilib:
Ön söz
Qeyd edim ki, bu mənim ilk kitabımdır. Mətbəxə hələ uşaqlıqdan böyük marağım vardı. Hər gün fərqli bir resept əldə edib bişirməyə can atardım. Qadın.Net saytına rastladığım andan arzularım çin olmağa başladı. Yaxınlarımın, əzizlərimin sevərək daddığı həmin reseptləri sizlərə məhz Qadın.Net saytı vasitəsi ilə təqdim edirəm.
İlk gündən qəlbimi ovsunlayan Qadın.Net saytı isti ev təəsüratı bağışlamaqla yanaşı, mehriban və səmimi insanların görüş məkanıdır. Mən burada bir-birindən maraqlı reseptlərlə tanış olduqdan sonra öz hazırladığım və "icad" etdiyim reseptlərimi sizə təqdim etməyə başladım.
Bu uğurlarımda saytın baş redaktoru Ceylan Mumoğlunun şəxsi dəstəyini xüsusilə qeyd etmək istərdim. Onun əməyimi doğru yöndə idarəsi nəticəsində tezliklə reseptlərim ən çox oxunan xəbərlər sırasında oldu. Bu məni günü-gündən həvəsləndirməklə yanaşı, gələcək günlərdə bir-birindən fərqli yeməklər hazırlamağıma stimul verdi.
Ceylan xanım reseptlərimi bir "e-kitab" variantında, toplanaraq hazırlana biləcəyini deyəndə çox sevindim. Bu imkanı mənim üçün yaratdığına görə Qadin.Net və əlbəttəki Ceylan xanıma hər zaman minnətdar olacağam.
Oxuyacağınız elektron kitabda siz bir-birindən maraqlı və dadlı reseptlərlə tanış olacaqsınız. Kitabda Azərbaycan yeməkləri ilə yanaşı, dünya mətbəxindən olan nümunələr və həmçinin öz “icadlarım” da yer alır. Reseptlərin mənbəyi müxtəlifdir: ailəm, dostlarım, qohumlarım, mənim resept dəftərim, müxtəlif yemək kitabları və jurnallar.
Təqdim etdiyim foto reseptlər sayəsində çətinlik çəkmədən istənilən resepti hazırlayaraq yaxınlarınızı sevindirə bilərsiniz.
Süfrəniz hər zaman ruzili, bərəkətli olsun!
Nigar
XƏBƏR LENTİ
Kartoflu, pendirli qəlyanaltı (foto-resept)
Qadınlığın uzun və dolanbac yolu
İtlərə hürmək qadağan ediləcək
Azərbaycanda daha 158 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Dəbli ziyafət geyimləri
Sadə kök salatı (foto resept)
Ev alarkən nələrə diqqət etməliyik?
Bolqarıstandan Rusiyaya zərbə
Azərbaycanlılar yerli avtomobilləri güzəştlə ala bilərlər?
Dünyada 2 tip insan var
Kor həyatlar
Alma-yerkökü-çuğundur tandemi: faydası və ziyanı
Bu ata və qızı dünya tanıyır
Ən təhlükəli pəhrizlər
Ana olmağa hazırlaşan qadınlar üçün
Azərbaycan ordusunun işğaldan azad etdiyi 172 məntəqə interaktiv xəritədə - VİDEO
Çimərlikdə istirahət ÖLÜMÜ TEZLƏŞDİRİR - Alim RƏYİ
Həyatın mənasını itirənlər üçün psixoloji və dini cavab
Sevgi münasibətlərində 4 qaydanı pozmayın!
Körpələrdə immunitetin yaranmasının əhəmiyyəti
Nobel mükafatının məbləği artırılıb
Ziyafət ayaqqabıları
Selena Gomezin illərə görə görünüşü
Balalarımızın şirin sözləri (Son)
İllərin izini üzümüzdən silirik
Sürpriz alma şirniyyatı (foto resept)
Dünyanın ən gözəl kitabxanaları
Qeyri-adi şəkillər
Gözəl dəriyə sahib olmaq üçün....
Manatın məzənnəsi
Saçlarımız xüsusi qulluq tələb edir
Niyə arıqlaya və ya kökələ bilmirik?
Son model çantalar
Xoşbəxt evliliyin qızıl qaydaları
Demet Akalın Hadiseyə söz atdı-SƏBƏB
Selena Gomez Justin Biberə mahnı həsr etdi-VİDEO
Arıqlamaq istəyənlərə xüsusi ŞORBA RESEPTİ
Üzgüçülüyün bədənimiz üçün faydaları
Van Dam rəqsi ilə gündəm oldu - VİDEO
Kəlbəcər girovu: "Anam üçün çox darıxmışam"
Tüstüsündə boğulduğumuz problem..
ABŞ-da şəhər satılır-VİDEO
Bakıda mindən çox bina söküləcək
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
İlin ən uzun gecəsinə hazırsınız?
Arıqlamaq üçün ideal bitki-Razyana
Antibiotiklərin orqanizmdə rolu
Saçın tökülməsinə qarşı maska
"Kurtlar vadisi"nin məşhur aktyoru öldü - FOTO
- ŞƏRHLƏR