Yağmur damlası (nəzarətçi)
Mən hələ uşaqlıqdan müəllimə olmaq arzusunda olmuşam. Müəllim sənəti şərəfli bir sənətdir, onlar olmasa biz heç bir ixtisasa yiyələnə bilmərik. Allahdan razıyam bu gün müəlliməyəm, indi işləməsəm də adım müəllimədir. Hər kəsə uğurlar diləyirəm və bu şerimlə yazımı bitirirəm:
Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə,hər şəhərdə
Sənin meyvələrin var.
Əkdiyin ağacların,
Gülü,çiçəyi solmaz,
Dünyada sənin kimi
Varlı bağban tapılmaz.
Endless Love-Gulare (Mirvari)
Mənim ixtisas arzularım çoxşaxəli və rənarəng olub. Deməli uşaqlıqdan mən milli rəqqasə olmaq istəyirdim. Həmişə rəqqasə Məryəm rəqs edəndə özümü elə təsəvvür edirdim. Amma məni rəqsə qoyan olmadı. Sonra həkim olmaq istədik bacımla birlikdə. Ancaq anam bizi iyrəndirdi ki, həkimin bütün günü əli çirkli, qanlı olur. Nə isə, bu ixtisasdan da imtina etdim. Tarix və azərbaycan dili müəlliməsi olmaq istədim. Bunlardan da vaz keçdim. Bir zaman arxeoloq olmaq istəyirdim. Anam da deyirdi ki, bircə bu qalmışdı, 30 yaşına kimi torpaq içində kişilərlə nəsə axtarasan. Sonda tərcüməçi olmaq istədim. Şükür, oxuyub diplomumu əlimə aldım, amma bu sənəti sevmədiyim üçün ingilis dilini izlədim. Hazırda da ingilis dili müəlliməsi kimi işləyirəm. Amma uşaqlıqdakı ixtisas arzularımla indiki işimin əlaqəsi var. Çünki lazım olanda ingiliscə tarix öyrədirəm, xaricilərə Azərbaycan dilini öyrədirəm, azərbaycanlılara isə ingilis dilini öyrədirəm. Hər kəsə sevdiyi işi etməyi məsləhət görərdim. Çünki insan işini sevməlidir ki, onu həvəslə yerinə yetirsin.
Uşaqlığım Qarabağ hadisələri dövrünə təsadüf edib.. Bir gün atamla televizora baxırdıq, birdən çiynində kamera, əlində silah yaraşıqlı bir oğlan gördüm TV-də. Atamdan kim olduğunu soruşdum, dedi Çingizdir... Vuruldum o oğlana, sevgi deyildi bu. Qibtə idi məncə... Onun kimi olmaq istədim, yaddaşımda qaldığı qədərilə 4 yaşım vardı. Arzu etdim ki, onun kimi olum, mən də səngərdə reportaj hazırlayım, düşmənin 1 addımlığına gedim.. Sadəcə arzu idi, uşaqlıq arzusu.
15 iyun 1992-ci il idi. TV-də demək olar ki, vahid AZTV kanalı var idi, günümüz ona baxmaqla keçirdi... Birdən sevimli qəhrəmanımın ölüm xəbərini verdilər xəbərlərdə. Arzu məqsədə çevrildi artıq! Mütləq jurnalist olmalı idim və onun kimi şəhid olmalı idim. Həmd olsun ALLAHA, dualarımı qəbul etdi, arzuma çatdım, jurnalist oldum. İndi qalıb ikinci arzum.
LoVe SToRy (Yaqut)
Xəbərdə mənə yer verdiyin üçün çox sağ ol, canım. Mənim uşaqlıqdan arzum həkim olmaq olubdur, bu həvəs məndə dayıma görə keçib, çünki o ürək həkimidir. Sonralar 9-cu sinifdə oxuyanda bankda işləmək arzusu ilə 2-ci qrupa hazırlaşmaq qərarına gəldim, lakin nəsə oldu bilmədim, 10-cu sinifdə qərar verdim ki tibb universitetinə hazırlaşmalıyam. Elə də oldu hazırlaşdım, lakin ora balım çatmadı, hal-hazırda Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsiyəm, əlaçıyam, əlaçı stipendiyası alıram, əslində bu günümə şükür edirəm demək qismətim beləymiş, bəlkə də Tibb Universitetində oxusaydım bu qədər nailiyyət əldə edə bilməzdim. Müəllimlərimin sevimlisiyəm, bu günümdən çox razıyam. Sağ əlim ali təhsil almaq istəyən abituriyentlərin başına.
S.S.90...SAMİR ...(İstifadəçi)
Uşaqlıqdan hər kəsin bir arzusu olur, böyüyəndə kim olacaq. Mənə də balaca vaxtı sual veriləndə ki, böyüyəndə kim olacaqsan? Cavabım isə çox uşaqlar kimi - polis, kamaz şoferi, usta.
Vaxt-vədə yetişdi, böyüdük və ixtisas seçimi üçün hazırlıqlara başladım. Anam çox istəyirdi ki, övladlarından biri hüquqşünas olsun, amma təəssüf ki, nə qardaşım, nə də ki, mən onun arzusunu reallaşdırmadıq. İxtisas seçimimdə atamın da razılığı ilə sənədlərimi Azərbaycan Dövlət İqtisad Universitetinə verdim və universitetə daxil oldum. Çox şükür ki, universiteti də sağ-salamat bitirdim. Artıq bu gün işləyirəm...Bu günə qədər mənə dəstək olan valideynlərimə hər zaman borcluyam.
Bütün uşaqlar kimi mənim də böyük arzularım var idi. Mən böyüyəndə müəllimə olmaq istəyirdim. Amma nədənsə evdə valideynlərim məni hec dəstəkləmirdilər. Onlar məni həkim görmək arzusunda idilər. Orta məktəbi bitirdim. Sənədlərimi valideynlərimin arzusu ilə tibb universitetinə verdim. Az bal topladığımdan qəbul ola bilmədim. Əvəzində tibb kollecinə qəbul oldum. Çox həvəssiz 3 ili bir təhər başa vurdum. Oranı bitirdikdən sonra müəllimlər instituna qəbul oldum. Oranı da bitirib ailə qurdum. Beləliklə, həm valideynlərimin arzusunu, həm də öz arzumu yerinə yetirdim. İndi eyni vəziyyəti öz ailəmdə yaşıyıram. Oğlumun arzusu tamam başqa sahəyədir, bizim arzumuz başqa. Fikirləşirəm ki, uşaq gərək özü qərar versin, öz istədiyi arzuladığı ali məktəbə qəbul olsun. Düzdür, o qədər əzab-əziyyət çəkib oxudum, amma işləmək arzusu ürəyimdə qaldı. Çünki hər şeyi ailəmə qurban verdim.
Əvvəla onu deyim ki, xəbərin uğurlu və davamlı olsun canım. Çox sağ ol xəbərində mənə də yer ayırdığına görə. Bu ixtisas arzuları xəbərinin çıxacağını biləndə çox sevindim, çünki mənim həyatda yerinə yetən arzularımdan elə ən birincisi çox sevdiyim iki ixtisasa yiyələnmək olub. Buna görə mən Allahıma hər gecə dua edirəm. Orta məktəbin aşağı siniflərində oxuyanda hərdən xalamla onun işlədiyi bağçaya gedirdim, burada mənim sevdiyim və heyran olduğum ilk sənət bağça müdirəsi sənəti olmuşdu və çox şükür ki, mən ilk olaraq məktəbəqədər təhsilin pedaqogikası və metodikası üzrə ali təhsil aldım. İkinci sevdiyim sənət ibtidai sinif müəlliməsi olub. Elə orta məktəbin böyük siniflərində oxuyanda, bəzi vaxtlar müəllimə olmayanda dərs hissə müdiri məni ibtidai siniflərdə dərs keçməyə göndərirdi. Elə o vaxtdan çox sevdim bu sənəti və çox şükür Allahıma ki, bu ixtisas üzrə də ali təhsil aldım. Həyata keçməyən arzularımdan biri isə televiziya verilişləri və xəbər aparıcısı, müxbir olmağım idi. Yadımdadır ki, həmişə evdə əlimə bir qəzet, jurnal keçən kimi götürüb başlayırdım oxumağa, guya ki xəbərləri aparırdım öz aləmimdə. Çox sevmişəm həmişə bu sənəti də, elə indiyə kimi bu sənətin arzusundayam. Amma əslində buna görə heç səy də göstərməmişəm nədənsə. Nə bilim qismət... Bəlkə də elə bu səbəbdəndir ki, Qadin.Netdə çoxlu xəbərlər hazırlamağın həvəskarıyam, düşünürəm ki, bu arzuma da elə Qadin.Netdə xəbərlərimi hazırlamaqla çatmışam. Buna görə Qadin.Netdə bizə bu şəraiti yaradan rəhbərliyə öz təşəkkürümü bildirirəm.
KEMALE MEMMEDOVA (İstifadəçi)
Xəbərində mənə yer verdiyin üçün sevindim, bacı. Mənim ixtisasım dərzilikdir. Subay olanda bu sənətimi çox sevirdim. Çünki mənim çörək ağacım idi. Gözəl paltarlar tikdiyim üçün müştərilərim olurdu. Maraqlı peşə idi. Zaman keçdi, ailə qurdum, ailəmin maddi vəziyyəti yaxşı olduğu üçün dərziliyi atmalı oldum. Evdar qadın olduğum üçün evdə çox vaxt bekar olurdum. Ona görə də ikinci sənətim olan toxumağı ön plana gətirdim və həvəskar toxucu oldum. İndi evdə istəyən hər bir kəsə pulsuz toxumaq dərsi keçirəm. Sənətlərimin ikisini də sevirəm. Ailədə 9 övlad olmuşuq. Atam və anam həmişə bizə dəstək olublar. Allah hər kəsi sənəti ilə tanıtsın. Qəsəbəmizdə hamı mənim gözəl toxucu olduğumu deyir. Allah səndən də razı olsun. Məndən bu qədər.
kerimova sabrina (İstifadəçi)
Mənim sənətim tibb bacısıdır. Məktəbi bitirən il Universitetə imtahan verdim, amma texnikuma qəbul oldum. Sənətimi çox sevməyimə baxmayaraq texnikumu bitirən kimi ailə qurdum və işləyə bilmədim. Hazırda işləmirəm, evdar qadınam. Xəbərində mənə də yer ayırdığın üçün çox sağ ol.
GÜLÇİN (İstifadəçi)
Mən ali təhsil almamışam, lakin həmişə arzum olub. Məktəbdə də əlaçı olmuşam. 9-cu sinfə kimi həkim-cərrah olmaq istəmişəm, daha sonra jurnalist olmağa qərar vermişəm. Əslində hər iksinə meylim olub. Müəyyən səbəblərdən arzum ürəyimdə qaldı, amma oxumaq heç vaxt gec deyil, inşAllah təhsilimi davam etdirmək istəyirəm. Mənim eləcə yeddi illik fortepiano təhsilim var. Musiqi məktəbini fərqlənmə diplomu ilə bitirəndə mənə "İmtahansız səni Asəf Zeynallı adına musiqi kollecinə götürəcəklər", dedilər. Evdə də çox istəyirdilər, lakin mən universitet oxuyacam dedim. Sonra da qismət deyərdim, mənə elçi çıxdı, atam da yox deyə bilmədi. O insan da "Qiyabi oxuyarsan, amma işləməyəcəksən" dedi. Mən də tərslik, uşaqlıq etdim "Oxumaq istəmirəm" dedim. İndi çox peşmanam belə etdiyim üçün. Amma həyatımdan çox razıyam. Hər kəsə təhsil almağı arzulayıram.
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR