Seva
Mən 9-cu sinfə qədər oğlan kimi hərəkətlər etmişəm, ağaca, hasara dırmaşmışam, heç nədən qorxmamışam. Özümü Van Dama, Çak Norrisə, Arnold Şvartsneggerə və başqalarına oxşatmışam. Qardaşımla çox dalaşırdıq. Bir gün anam dedi: "Mən yatıram, səsiniz gəlməsin". Gördük ki, evdə dava etmək mümkün deyil, o məni vurub həyətə qaçdı. Blokda yaxalayıb mən onu vurdum. Elə həyətə düşmüşdüm ki, idman ayaqqabısının altı o vaxtlar pis materialdan idi (sürüşkən olurdu), yıxıldım, bədənim bir qolumun üstə göydə qaldı. Özüm təkbaşına poliklinikaya getdim, həkimlər anamın iş yoldaşları idi. Anam əsəbindən mənə yaxın da durmadı. Bir dəfə də arı pətəyinə təpik vurmuşam, arı da düz gözümün altını necə sancdısa, qışqırığım aləmi bürümüşdü. Eh, nələr etməmişəm. Bir də anam danışır ki, ad günüm olanda məni öpənlərə deyirdim: "Sağ ol, ağzın şirin olsun. Sənə iynə vuraram".
Sabina87
Mən uşaqlıqda nənəmin yanında yaşamışam, yəni məni nənəm saxlayıb. Uşaqlıq xatirələrim çoxdur. Yadımdadır, 3 və ya 4 yaşım olardı, bizim bir rus qonşumuz var idi. Mən onun qızı ilə dost idim. Adı Vika idi. Bir gün Vikanı çağırdım ki, "Bizim həyətə lalə gülü bitib, gəl ona bax". O da gəlib baxdı. Sağ olsun, gülü dərdi, mən də onu döydüm, toyuq hininə saldım. Kim soruşurdursa "Vika hardadı", bilmədiyimi deyirdim. 3-4 saatdan sonra gördüm ki, bu işin axırı yaxşı qurtarmayacaq. Dedim: "Onu salmışam toyuq hininə". Açanda gördülər ki, Vika yerdə uzanıb yatıb. Bir də 4-5 yaşım olardı, anam bacımla məni bağçadan gətirirdi. Bacım qaçıb bir həyətə girdi. Mən də bacımın dalınca girdim. Gördüm ki, bacım əlində bir güllə şəkil çəkdirir. Mən də durdum yanında ki, mən də şəkildə olum. Sən demə, bu evin yiyəsi fotoqraf olan bir rus kişi imiş. Bir neçə gündən sonra şəkli gətirib anama verdi. Anam bir neçə il o şəkillə bizi qorxudurdu. Deyirdi: "Şəkli atanıza göstərəcəyəm ki, siz bizdən icazəsiz şəkil çəkdirməyə getmisiniz".
SunRusu
Uşaqlığımla bağlı iki xatirəmi sizinlə paylaşacam. Bir dəfə böyük bacımla oyun oynayırdıq. Məni hirsləndirdi, gedib evdən çəkic gətirdim. Dedim: "Elə eləmə ki, bunu sənin başına vurum". Dedi: "Vura bilməzsən". Mən də dedim: "Eləmi? İndi bax". Çəkici vurdum başına. Özü də yumru yox, o biri tərəfi ilə. Başını qan götürdü, tez qaçıb evdəkilərə xəbər verdim. Özüm də qaçıb gizləndim. Qapını da bağladım ki, məni döyməsinlər. Bir də əmimgil tərəfdə yelləncəkli park var idi. Anamgil tək getməyə qoymurdu. Mən, böyük bacım və əmimin qızı evdəkilərdən gizlin qaçıb parka getdik. Yelləncəyə minməyə pulumuz da var idi. Çoxlu oynadıq, evə getmək vaxtı çatanda onlar döyüləcəklərindən qorxub evə getmək istəmədilər. Mən də dedim: "Onda siz aşağıdakı yelləncəkdə gizlənin, mən gəlməyincə çıxmayın". Sonra evə getdim. Anamgil soruşdu: "Qızlar hanı?" Dedim: "Bilmirəm". Evdə oturdum, oynadım. Onlar tamam yadımdan çıxıblar, bir də gördüm evdə hay düşüb ki, qızlar heç yerdə yoxdular. Polis çağırdılar, bizim şəhər də balaca şəhərdir, hər yeri axtarırlar. Sən demə, qızları yuxu tutub, yatıblar. Polis görüb ki,parkda 2 qız yatıb. Oyadib evə gətirdilər. Anamgil biləndə gizlənməyə deşik axtarırdım. Məni az qala öldürəcəkdilər. Anam da deyir: "Böyük olmaqla deyil ki, bapbalaca qız gör sizə neyləyib. Siz də onun sözü ilə ordan çıxmamısınız". İndi yada düşəndə anam hələ də hirslənir ki, başlarına bir iş gəlsəydi, nə olardı.
Sərras
Uşaq vaxtı, fikirimcə, o qədər də dəcəl olmamışam (anam da belə deyir). 7 ayıma qədər gecə-gündüz dayanmadan ağlayırmışam. Anam hey yırğalayırmış məni. Amma sonra sakit qiz olmuşam. Mənim uşaqlığım kənddə, nənəmgildə keçib. Birinci nəvələri olmuşam deyə, neyləsəm də dinməyiblər. Bir dəfə nənəm pomidor əkmişdi. Mən də görmüşəm ki, nənəm əkin yerindən çıxıb. Qardaşımı da çağırmışam, gedib pomidorları bir-bir yerindən çıxarmışıq.
Kənddə tək qaldığım üçün uşaq da yox idi, dayımla oynayırdım. Onlar da məni hədsiz çox istəyirdilər, mən də dayımı çox istəyirdim. Hər gün dayım işə, yaxud küçəyə çıxmasın deyə ayaqqabılarını atırdım əkin sahəsinə. O da hər dəfəsində tapırdı, geyinib gedirdi. Gecə 2-də, 3-də gəlirdi. Görürdü ki, hamı yatıb, mən oturmuşam həyət qapısının yanında, onu gözləyirəm. İndi də dayım onu deyir. Bir dəfə də nənəm məni qonaq aparıb. İçəri girən zaman mənə deyiblər ki, otur. Mən də demişəm: "Döşəkçə gətirin oturum". Onu da deyim ki, indi də eləyəm. Ağlayaraq nənəmə demişdim: "Gəlincik düzəldərsən, özü də saçı sənin saçından olsun". Yazıq arvad saçından kəsib gəlinciyə qoydu. Hər gecə o gəlinciklə yatırdım.
Mən hər gün kök yeyib yatırmışam. Bir gecə demişəm: "Kök hanı?" Nənəm deyib ki, "Bu gün yoxdur". Demişəm: "Dünya dağılsa da yeməliyəm". Dayılarım gecə bir həyətin əkin yerindən kök tapıb gətirmişdilər. Özü də təssəvür edin ki, qış idi, qar yağmışdı.
1-ci sinifdə oxuyanda babam məni Bakıya tətilə aparmışdı. Axşam yerdə mənə yataq salıblar. Mən də özümü yerə vurmuşam ki: "Yox, yerdə yatmayacam". İndi də Bakıya həmin evə gedəndə bunu danışırlar.
1-ci sinifdə oxuyanda babam qardaşımla mənə pul verərək deyib: "Gedin ananıza 8 mart hədiyyəsi alın". Biz də mağazaya getmişik, pulu vermişik. Bir dənə qazan dəsti xoşuma gəlmişdi, onu almaq istəmişik. Ona da pulumuz çatmayıbmış. Ağlamışam, özümü vurmuşam yerə ki, bunu verəcəksən. Anam deyir: "Bir də gördüm sürüyə-sürüyə gətirirsiz". Anam o qazan dəstini mənə cehiz verib. İndi də o qazan dəstini görəndə utanıram.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR