Hörmətli istifadəçilər!
Qadin.Net ilk milli qadın portalı Xaqan Musa media evinin təşkilatçılığı, Türkiyənin tanınmış elektrikli ev əşyaları istehsalçısı "Arzum" markasının sponsorluğu ilə müsabiqə elan edir.
Bu dəfə iştirak edəcəyiniz müsabiqənin şərtləri olduqca sadədir və müsabiqədə iştirak üçün heç bir xüsusi şərt yoxdur.
Mart ayının 5-i, 6-sı və nəhayət 7-si tarixlərində aşağıda gördüyünüz hissədə, zamanla beş rəqəm nümayiş olunacaq. Son rəqəm 07.03.2013-cü il tarixində, günün sonunadək yayımlanacaqdır. Bütün rəqəmlər nümayiş edildikdən dərhal sonra, sualın cavabını bilən istifadəçilər 08.03.2013-cü il saat 23:59:59 tarixinədək öz cavablarını qeyd edə bilərlər.
Hər bir istifadəçi yalnız bir dəfə cavab yazma hüququna sahibdir. İstifadəçinin digər cavabları keçərsiz sayılaraq silinir.
Müsabiqənin yalnız bir qalibi olacaq!
Bu səbəbdən qalibə "Arzum" elektrikli ev əşyaları kolleksiyasından 3 fərqli hədiyyə, 1 ədəd çörək qızartma sobası, 1 ədəd blender və 1 ədəd saç düzləşdirici makina təqdim ediləcək.
Bütün rəqəmlər nümayiş olunduqdan sonra, sizi maraqlandıracaq sual belə səslənəcək: bu rəqəmlər nəyi ifadə edir?
Suala doğru cavab verəcək şəxs müsabiqənin qalibi olacaq!
P.S. - 8 mart Beynəlxalq qadınlar günü olduğu üçün, xanımlara kiçik bir köməklik etməyi özümüzə borc bilirik: bu rəqəmlərin parça ilə bağlılığı var.
Daha bir köməklik, bu rəqəmlərin məhz 8 mart beynəlxalq qadınlar günü ilə də bağlılığı var.
İştirak edəcək bir hər bir kəsə uğurlar!
Sual:
56978
Bu rəqəmlər nəyi ifadə edir?
Düzgün cavab:
1857-ci il 8 mart - Nyu-York, tekstil fabrikində çalışan qadınlar, 12 saatlıq günlük çalışma saatına və aşağı maaşa etiraz olaraq nümayiş keçirdilər. Polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıdır. Daha sonralar qadın hüquqları uğrunda nümayiş və etirazlar olsa da, "8 mart - qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü, beynəlxalq qadınlar gününün" yaranması və mütəmadi olaraq qeyd edilməsi məhz bu tarixlə bağlanılır.
Həmin tarixdən, yəni 8 mart 1857-ci ildən bu günə qədər, yəni 8 mart 2013-cü ilədək tam 56978 gün keçmişdir! Qeyd olunan rəqəm məhz bunu ifadə edir.
Qalib: Sabrina xanım
Təbrik edirik!
XƏBƏR LENTİ
Baş nazir etirazçıların qarşısında ağladı
Dövlət qulluğunda hər vəzifə üzrə 5 ildən bir attestasiya keçiriləcək
Günün qoroskopu: nüfuzlu insanlarla münasibətləri korlamayın
İdman zalları niyə açılmır? - RƏSMİ
Etirazçılar Paşinyanın mənzilinə basqın etdilər - VİDEO
İmtahana qeydiyyat başa çatır
Göygölə 25-30 santimetr qar yağdı
Yeni tədris planı təsdiq edildi
Müqəddəs Ramazan ayının ilk günü məlum oldu
İrem Derici şikayətləndi
Ancelina Coli uzun müddətdən sonra İLK DƏFƏ-FOTO
Evlərə "kupça"nı necə almaq olar?
"Ağlıma da gəlməzdi ki, bunu edəcəm" - Lalə Məmmədova
"Artıqçəkili şəxslər arıqlamaq üçün..."
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
Millimizin Avro-2016-da rəqibləri müəyyənləşdi
Putin ermənilərə "hə" dedi
Azərbaycanda ən çox yayılan endokrinoloji xəstəliklər açıqlandı
Azərbaycanda yeni turizm-kurort zonaları yaradılacaq
Azərbaycanda daha 16 nəfər koronavirusdan öldü: 474 yeni yoluxma
Balaca qızlarımız üçün şərf hazırlayaq
İnstaqramda YENİLİK!
Bu gün Kiyevdə final gecəsidir - “Uşaq Eurovision-2013”
Culia Roberts evini 8 milyona satdı
Yahoo! Vizify-i alır
Moruqlu soyuq tort (foto resept)
Şirvanşah Şahənşah
Dırnaqdakı ağ nöqtələrin sirri açıldı
Qeyri-adi saxsı qablar
Santa Klaus peçenyesi (foto resept)
İlk dəfə Ali məhkəməyə qadın başçılıq edəcək
Maykl Duqlas "Qızıl qlobus" mükafatına layiq görüldü
İkinci Dünya Müharibəsi veteranı Ağababa İsgəndərov, nəhayət, arzusuna çatdı.
Selena Qomes artıq İnstagramda ən məşhur ulduz deyil
Mənim uşaqlıq arzum gerçəkləşdi!
Hava haqqında - 14.09.2013
Buzun fərqli quruluşları
Xanımlar üçün xüsusi qidalanma
Bakının ən ucuz bazarı
Milyonlarla tamaşaçını aldatdı - Qoca kişi sandıqları şəxs əslində
Aslı Enver ilk dəfə şəxsi həyatından danışdı
Android işlədənlərə bəd xəbər
Xoşbəxt olmaq istəyirsiniz?
2014-cü ilin papaq və şərf dəstləri
İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi
Mənzil almaq istəyənlər: sizi aldada bilərlər
Deyirlər ki, Dəccal artıq doğulub...
İşinizə yarayacaq ixtiralar
Səidəmin dünyaya gəlişi
Conni Depp qorxunc etirafı ilə gündəmi zəbt etdi
- ŞƏRHLƏR