Qadin.NET / Mən bildim...

Mən bildim...

Hörmətli istifadəçilər!
Qadin.Net ilk milli qadın portalı  Xaqan Musa media evinin təşkilatçılığı, Türkiyənin tanınmış elektrikli ev əşyaları istehsalçısı "Arzum" markasının sponsorluğu ilə müsabiqə elan edir.
Bu dəfə iştirak edəcəyiniz müsabiqənin şərtləri olduqca sadədir və müsabiqədə iştirak üçün heç bir xüsusi şərt yoxdur.
Mart ayının 5-i, 6-sı və nəhayət  7-si tarixlərində aşağıda gördüyünüz hissədə, zamanla beş rəqəm nümayiş olunacaq. Son rəqəm 07.03.2013-cü il tarixində, günün sonunadək yayımlanacaqdır. Bütün rəqəmlər nümayiş edildikdən dərhal sonra, sualın cavabını bilən istifadəçilər 08.03.2013-cü il saat 23:59:59 tarixinədək öz cavablarını qeyd edə bilərlər.
Hər bir istifadəçi yalnız bir dəfə cavab yazma hüququna sahibdir. İstifadəçinin digər cavabları keçərsiz sayılaraq silinir.

Müsabiqənin yalnız bir qalibi olacaq!
Bu səbəbdən qalibə "Arzum" elektrikli ev əşyaları kolleksiyasından 3 fərqli hədiyyə,  1 ədəd çörək qızartma sobası, 1 ədəd blender və 1 ədəd saç düzləşdirici makina təqdim ediləcək.

Bütün rəqəmlər nümayiş olunduqdan sonra, sizi maraqlandıracaq sual belə səslənəcək: bu rəqəmlər nəyi ifadə edir?
Suala doğru cavab verəcək şəxs müsabiqənin qalibi olacaq!

P.S. - 8 mart Beynəlxalq qadınlar günü olduğu üçün, xanımlara kiçik bir köməklik etməyi özümüzə borc bilirik: bu rəqəmlərin parça ilə bağlılığı var.

Daha bir köməklik, bu rəqəmlərin məhz 8 mart beynəlxalq qadınlar günü ilə də bağlılığı var.

İştirak edəcək bir hər bir kəsə uğurlar!

Sual:

56978


Bu rəqəmlər nəyi ifadə edir? 


Düzgün cavab:
1857-ci il 8 mart - Nyu-York, tekstil fabrikində çalışan qadınlar, 12 saatlıq günlük çalışma saatına və aşağı maaşa etiraz olaraq nümayiş keçirdilər. Polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıdır. Daha sonralar qadın hüquqları uğrunda nümayiş və etirazlar olsa da, "8 mart - qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü, beynəlxalq qadınlar gününün" yaranması və mütəmadi olaraq qeyd edilməsi məhz bu tarixlə bağlanılır.

Həmin tarixdən, yəni 8 mart 1857-ci ildən bu günə qədər, yəni 8 mart 2013-cü ilədək tam 56978 gün keçmişdir! Qeyd olunan rəqəm məhz bunu ifadə edir.

Qalib: Sabrina xanım

Təbrik edirik!

5 mart 2013
GO BACK