Evliliyimdən 2 ay sonra hamilə qaldığımı öyrəndim. Hamilə qaldığımı öyrənəndə sevincimdən bilmirdim nə edim. Ən birinci anama dedim. Sonra həmin günün axşamı yoldaşıma dedim. Yoldaşım o qədər sevincli idi ki, məni qucağına alıb fırlanmağa başladı (filmlərdəki kimi). Yoldaşım hamilə olduğuma o qədər sevinmişdi ki, məni heç bir iş görməyə qoymurdu. Hətta paltarları da o yuyurdu. Arada bir anam bizə gəlirdi. Yoldaşım indidən hazırlıqlara başlamışdı. Hətta mənə xəstəxanada lazım olacaq lavazimatları da almışdı. Başa sala bilmirdim ki, hələ doğuma 9 ay var.
Biz uşağın cinsiyyətini öyrənmək üçün həkimə getdikdə sağlam bir qız uşağı dünyaya gətirəcəyimi öyrəndim. Adına indidən qərar verməyə çalışırdıq, amma qərar verə bilmirdik. Ağlımızda o qədər ad var idi ki... Mən hamiləliyimi elə də rahat keçirtmirdim. Balaca dəcəl qızım yerində rahat dayanmırdı. Arada bir keçici sancılarım olurdu və çox gəzə bilmirdim. Ayaqlarım azacıq şişmişdi. Ən pisi də paltarlarımın əynimə olmaması idi. Bəzən elə anlar olurdu ki, heç nəyin üstündə oturub ağlayırdım. Hətta bir dəfə yoldaşımı romantik filmə baxdığı üçün evdən qovmuşdum. Bizi güclə anam barışdırmışdı.
İyunun 25-i idi. Nəhayət, vaxt gəlib çatdı. Düzünü desəm, vaxtı idi, amma sancılar gözləmədiyim anda başladı. Yoldaşımın əli ayağına dolaşdı. Məni tez xəstəxanaya çatdırdı. Mən çox qorxurdum. Həkim yoldaşımın yanımda olmasına icazə verdi. Mən əməliyyat masasına uzandım və saat 15:25-də qızım dünyaya gəldi. Məni sevincimdən ağlamaq tutdu. Həkimlər qızımı qucağıma verdilər. O an özümü dünyanın ən xoşbəxt adamı zənn etdim. Məni 5 gündən sonra evə buraxdılar.
Qızım çox dəcəl idi. Gecələr həm özü yatmır, həm də qoymurdu ki biz yataq. Hələ diş çıxartdığı, xəstələndiyi vaxtları demirəm. Amma bütün çətinliklərə baxmayaraq ana olmaq möcüzəvi bir şeydir.
Allah hamıya ana olmağı nəsib etsin!

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR