Xəyalə Murad “Xoşbəxtlik həsrəti”
Qısqanclıq hissi daha çox zərərvericidi, yoxsa paxıllıq?
İnsan övladı bir şeyi yaxşı bilməlidi ki, özü üçün nə istəyirsə sadəcə Allahdan istəyə bilər, daha başqasında olanı ala bilməz. Əgər almağı qarşına məqsəd qoymusansa demək itirəcəklərini də gözə almalısan! Xəyalə Muradın “Arifəsi” kimi. Arifə sona qədər anlaya bilmədi ki, əgər insan mənəvi olaraq Sənin deyilsə, onun bütün varlığı, ruhu Səni deyib anmırsa, fiziki Səni istəməyi təhqirdən başqa bir şey deyil.
Gənc yazıçı Xəyalə Muradın “Xoşbəxtlik həsrəti” romanının mövzusu tipik azərbaycanlı ailələrində yaşanılanlardır. Ailə-məişət mövzusu ana xətt kimi götürülsə də, yazıçı saf sevgiyə də müəyyən qədər yer ayırmağa çalışıb. “Rusiyaya gedən və ya işi Rusiyada olan azərbaycanlı kişi” eşidən kimi artıq hadisələrin necə cərəyan edəcəyini bilmək üçün dahi olmağa ehtiyac qalmır.
Kimisi saflığının, kimisi paxıllığının, kimisi də ağılsızlığının qurbanı olur.
Sevinc saflığının, Arifə paxıllığının, Vahid ağılsızlığının qurbanı oldusa, bəs Tərlan nəyin qurbanı oldu?
Bəyəndiyim nüanslar... Əsərin korrektəsinə mükəmməl deyə bilərəm, bir dənə də olsun hərf və ya durğu işarəsi səhvinə rast gəlmədim. Strukturu çox bəyəndim, bir az da Kortasarsayağılıq duydum. Hər fəslin girişindəki fikirlər istər-istəməz oxunulacaq fəsil haqqında mesaj verə bilir və bütün fəsil də məhz ilk yazılmış fikrin ətrafında “fırlanır”. Əsərdəki zaman uzlaşdırılmasını və axıcılığı çox bəyəndim.
Gələk iradlara... Əsas iradım, əsər rəngli deyil. Obrazların simasını heç cür canlandırmaq olmur. Əsas da Arifənin simasını canlandırmaq ümumiyyətlə mümkün deyil. Sevincin nişan donunun təsvirində “krujeva” ifadəsi işlənilir. Düzdü araşdırdıqdan sonra gördüm ki, bu ifadə bizim dilimizdə var, amma Mən “krujeva” yerinə “haşiyə” yazardım. Əsərin adın elə də uğurlu hesab etmirəm. Məncə əsərin adı "Söz verirəm" olsaydı daha yaxşı olardı. Və yazıçının ən böyük ... Xəyalə Murad, yazdığım fikirlə nöqtələrin yerinə lazım olan ifadəni özünüz qoyarsınız. Selincer “Çovdarlıqda uçurumdan qoruyan”ı doqquz ilə yazıb.
Əlavə olaraq, bilmirəm nədəndi mənə elə gəlir ki, əgər kitabda bir roman, iki və ya daha artıq hekayə yer alırsa, o hekayələr nə qədər yaxşı olsa da, sanki kitaba bir yamaq kimi düşür və eyni zamanda romanı cılızlaşdırır. Hekayələrdən ibarət bir toplu çap etmək daha yaxşıdır, nəinki romanın ardından vermək. İstənilən kitabın mündəricatının olmaması heç xoşuma gələn cəhət deyil. Kitabın yazılma qaydası və mütləq olmalı olan nüanslar var ki, bunlardan biri də mündəricatdır. Kitabın mündəricatı mütləq olmalıdır.
Sual: Əsərdə iki Cəmilə var, biri həkim, digəri dayı Cavidin qızı Cəmilə. Əgər Cəmilə Cavidin qızıdırsa, deməli dayıqızı olur, bəs niyə sonra əmiqızı kimi tanıdılır?
Qeyd etdiyim bütün müsbət və mənfi tərəflərə baxmayaraq, əgər əsəri müqayisə tərəzisinə qoysam, mütləq ki, müsbətlər ağır gələcək. Ümumilikdə götürəndə isə əsər, həyəcanlandırdı, təəccübləndirdi, təəssüfləndirdi...
İstənilən halda gənc yazıçımıza, gözəl anamıza uğur dolu günlər arzu edirəm. Daha bəşəri mövzularla əhatələnən əsərlərinizi görməyi oxucu kimi ərkyana tələb edirəm.
Dostlar, gəlin gəncliyimizin dəyərini tam mənasıyla dərk edək, onlara dəstək olmağı özümüzün bir missiyamız kimi qəbul edək.
Əsərin sonunda söylənilməyən, eşidilməyən tək bir cümlə var, onu isə Sizlər yalnız oxuyaraq bilə bilərsiniz. Mütləq oxuyun.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu gün bu şəxslər də pensiyalarını alacaqlar - SİYAHI
Türkiyədə "üzən avtomobil dayanacaqları" yaradılacaq
Ayaq bilərzikləri-2
Evdə frappe (foto resept)
Şahzadə haqda çəkilən film qalmaqala səbəb oldu
Qəhvə fincanında sənət əsəri
Hadisedən gözlənilməz VİDEO
BÜRCLƏR bizə nə vəd edir?-6 Noyabr
Şeyma Subaşının ŞOK TƏLƏBLƏRİ вЂ“ FOTO
Cem Yılmazın xəyanəti Sezen Aksuya ilham oldu – VİDEO
2017-ci ilin ilk 6 ayına olan sosial media trendləri
Milli geyimlərimizi bəyənirsinizmi?
Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib
Yer təkinin titrəməsinin nüvə partlayışı ilə əlaqəsi var?
Dahilərdən gözəl sözlər (14)
Hamiləlik zamanı mədə bulantısının qarşısını necə almalı?
Girov Dilqəm Əsgərovun taleyi Rusiya XİN-in diqqət mərkəzindədir
Günün qoroskopu: qətiyyətli və təşəbbüskar olun
Qəhvəli kurabiyə (foto resept)
Vanqadan 2019-cu ilin PROQNOZU
Qorxu genetik yaddaşla keçir
Hematofobiya
Hava soyuyacaq
Bu ölkədə 100-ə yaxın sakin müalicədən sonra yenidən koronavirusa yoluxdu
Ali məktəblərə qəbul imtahanlarının tarixi dəyişə bilər? - AÇIQLAMA
5G gəlir
Kiçicik etirafım…
"Qocanı öldürməliyik"...
Hər yaşa uyğun makiyaj
Azərbaycan millisi tarix yazdı
İşğal edilən rayonlar Azərbaycana qaytarılır
Qurani Kərim gürcü dilinə tərcümə olundu
Rus dili - РќРЅ
Astroloq koronavirusa yoluxma ehtimalı az olan bürclərdən danışdı
Rusiyada mənzillər ucuzlaşır, bəs Bakıda vəziyyət necədir?
YouTube artıq 85 ölkədə
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
Naringili keks (foto resept)
Bir şəkillə həyatı dəyişən insanlar
Bu günlərdə bəşəriyyətin faciəsi yaşanır
Qarpızın faydaları
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Leyla Əliyevanın ad günüdür!
Bəlkə həyatam mən, bəlkə də ölüm…
Manatın məzənnəsi
2018/2019 Qış gözəllik trendləri
Həcc ziyarətinin qiymətində ciddi DƏYİŞİKLİK
TƏBİB: “Koronavirusdan sağalmış şəxsin təkrar test olunması tələb edilməməlidir”
Qadin.Netlə bağlı ən xoş xatirələrimiz (Son)
ÜST-dən məyusedici peyvənd açıqlaması














