Məlumdur ki, bütün dərketmə məqamlarının bədii əksi psixoloji düşüncədə bu dövrün folklor yaradıcılığının başlanğıc nümunələri olan erkən bədii paradiqmalarda–ruh, röya, eymənmə, ürəyədamma, gözəgörünmə, qarabasma, göstərmə kimi bədii düşüncə modellərində özünü göstərir. Onların sözə, bədii təhkiyəyə çevrilməsi psixoloji dərketmələrin düşüncədə söz yaratma prosesi ilə əlaqədar olub, insanın gərgin silsilə psixoloji durumu, daha konkret desək, real həyat həqiqətlərinə söykənən qorxu, vahimə yaradan ilkin hıçqırıqları, fəryadları, çağırışları,“eheləri, ohoları” və müxtəlif nidaları ilə bağlıdır. Etnopsixoloji düşüncənin belə reallıqları əks etdirən fenomenal paradiqmalarından biri röya-yuxudur. Yuxunun məzmunu yalnız nəql edildikdən, söylənildikdən sonra açıqlanır, müəyyənləşir. Son vaxtlarda yuxunu öyrənən istiqamətlər içərisində folklorşünaslıq ön mövqeyə keçməkdədir. Yuxu uzun müddət folklor yaradıcılığından kənarda qalsa da, özünəməxsus toplanma, yazıya alınma və nəhayət nəşr tarixi vardır. Ancaq Avropada yuxuyozmalar, eləcə də psixoloji dərketmə nümunələri olan digər paradiqmaların folklorşünaslıqla bağlı Р°rР°şdırmalara cəlb edilməsi uğurlu tədqiqat istiРіР°mətlərindən biri kimi çoxdan öyrənilməkdədir. Yuxu uzun yüzilliklər ərzində cəmiyyət içərisində dərkedilməz həqiqət, fövqəlbəşər qüvvənin insana göstərdiyi möcüzə, mahiyyəti anlaşılmayan xülya və s. kimi qəbul edilmişdir. Ancaq yuxuda görünənlərin insan həyatı və məişətində fenomenal görüntüsü üzə çıxdıqca, onun keçmişindəki bir çox xatirələrin təkrarı, yaxud gələcəkdə insan çevrəsində baş verəcək hadisələrlə bağlılığı müəyyənləşdikcə, insanlar yuxunun informatik mahiyyətini dərk etdikcə, onları sistemləşdirib sınaqdan keçirdikcə fenomenal düşüncəyə münasibət dəyişmiş, yuxuları insana uğur və uğursuzluqlar gətirən məlumat toplumları kimi qəbul etmişlər. Ona görə də yuxuları mövzu və məzmun çevrəsinə görə qruplaşdırmış və həftənin günlərini görülən yaxşı və pis yuxulara görə dəyərləndirmişlər.

Yuxu ilə bağlı Aristotelin, Hippokratın və Şərq müdriklərinin də dəyərli fikirləri vardır. Onların fikrincə, bir sıra xəstəliklərin müəyyənləşdirilməsində yuxunun böyük rolu olduğu kimi, onların müalicəsində də yuxunun, xüsusilə hipnozla yuxulatmağın əhəmiyyəti inkaredilməzdir. Hətta sonrakı mərhələlərdə də hipnoz müalicə metodlarından biri kimi təbabətdə geniş tətbiq edilmiş, bu günün özündə belə istifadədən çıxarılmamışdır.
Yuxu həqiqətlərini müəyyən etmək, əslində yuxu fenomenini açmaq istəyi qarşısında aciz insanın Рѕnu daim özünün diqqət mərkəzində saxlamasına səbəb olmuşdur. Yaranıb yüksəldiyi zamandan yuxuya birmənalı münasibət olmamışdır. Bəziləri onu uydurma, xəyal hesab etmiş, bir başqaları isə onu öncəgörməlik, fövqəlbəşər görüşlərlə bağlayıb, peyğəmbərliklə əlaqələndirmiş, yuxunun insanın real həyatı, istəyi, təbiəti, dünyanı dərk etmə prosesləri ilə bağlılığı mülahizələrini təkzib etmişlər. Ancaq bütün bu yanaşmalara baxmayaraq yuxu insan həyatının psixoloji durumunu müəyyən edən bədii düşüncə paradiqmaları kimi folklor yaradıcılığında geniş çalarlarda yaşamış, daha mükəmməl halda folklorlaşıb–butalanmaq, vergilənmək, öncəgörmək modellərini yaratmışdır.
Zaman keçdikcə yuxunu öyrənən elm sahələrinin çevrəsi də genişlənmişdir. Onu təkcə astrologiya, astronomiya, həndəsə, teologiya, ilahiyyat elmləri sinkretizmində öyrənmək yox, həm də mifologiya, etnologiya və müasir mərhələdə isə folklorşünaslığın sinkretizmində araşdırmaq zərurəti meydana çıxmışdır. Ancaq ilkin mərhələdə yuxunun açıqlanmasında mənəvi metodlar öz üstün mövqeyini qoruyub saxlaya bilmişdir. Onlardan bir neçəsini xatırlatmaq yerinə düşər.
Birincisi, əvvəl yuxu yozmaları qədim dünyanın fal kitabları əsasında yozulmuşdur. Bu metoddan qədimlərdə şahların, hökmdarların gördükləri yuxuların yozulmasında daha çox istifadə edilmişdir. Məsələn, bir padşah yuxuda görür ki, ölkədə çoban ailəsində, yaxud saraya yaxın adamların ailəsində bir uşaq dünyaya gəlib böyüyərək onun taxtını əlindən alır, ölkədə hökmdar olur. Padşah uşağın öldürülməsinə fərman verir. Bəzən təsadüf üzündən sağ qalan uşaq qəhrəman kimi böyüyür, həqiqətən, ölkədə taxt-tac sahibi olur. Yaxud Muhəmməd Peyğəmbərə (s.a.s) peyğəmbərlik verilməsi də irəlicədən yuxu vasitəsilə cəmiyyətə ünvanlanmışdır (5, СЃ. 33). Belə yuxular barədə məlumatlara dini kitablarda və risalələrdə, tarix kitablarında, dünya xalqlarının müxtəlif yuxu kataloqlarında, veb səhifələrində tez-tez rast gəlmək mümkündür.
İkincisi, yenə şahların, hökmdarların onları gözləyən təhlükə, qəsd, xəyanətlər barədə yuxuda xəbərdar edilməsi və onların zərərsizləşdirilməsidir. Yaxud şahlar yuxuda dişinin, gözünün çıxarılmasını, qılıncının divarda, ya belində titrədiyini görməsi nəticəsində xəbərdar olub təhlükəni aradan qaldıra bilir. Belə yuxuların yozumunun açılmasına dünya xalqlarının folklorunda, xüsusilə nağıl və dastan yaradıcılığında tez-tez təsadüf edilir.
Üçüncüsü, yuxuda aşiq və məşuqlara buta verilməsi, onların bir-birini axtarmaq üçün yola düşməsidir. Türk xalqlarının məhəbbət dastanlarında bu ənənə xüsusilə geniş yayılmışdır. Belə yuxuların açıqlanmasına qədim yunan eposu və Avropa xalqlarının Рµpik yaradıcılığında da nəzərə çarpır.
Ardı var...
Müəllif: Azad Nəbiyev
Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.
Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları
XƏBƏR LENTİ
Əsgərimiz şəhid oldu, 3 düşmən məhv edildi
Uşaq təhsil mərkəzi - FOTO
iPhone 7 necə olacaq?
BÜRCLƏR bizə nə vəd edir? - 25 APREL
Mehriban Əliyeva yemək bişirdi - FOTO
Quru dəriyə qulluq
Cenner 10 il əvvəlki FOTOsu ilə TƏƏCCÜBLƏNDİRDİ
Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO
Gavalılı piroq (foto resept)
Tərəvəzli plov (foto resept)
Ermənistan Nazirlər Kabineti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan etdi
Əhalinin sayı açıqlandı
Pensiyalar verilməyə başlandı - ARTIM VAR
Azərbaycanda yas mərasimləri ilə bağlı qadağa
Qat-qat xəmirdən çiçək(foto resept)
Azərbaycanda hava yenidən kəskin dəyişəcək
Övladlığa götürülən uşaqlara görə müavinət veriləcək – LAYİHƏ
Stiven Hokinqin pandemiya ilə bağlı DƏHŞƏTLİ PROQNOZU: 1 il ərzində...
Şahzadə və sevgilisi bal ayını Türkiyədə keçirmək istəyir
Məktəblərdə qış tətilinin VAXTI açıqlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı AÇIQLAMA
Toyda çəkilən FOTO hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Əl yazısı sıradan çıxır?
ABŞ-da koronavirus qurbanları maraqlı tərzdə anıldı - VİDEO
“Victoria’s Secret” ənənəvi şousunu ləğv etdi - 25 ildə ilk dəfə
Yeni il axşamı hamilələr ehtiyatlı olsun
Körpənin rahat yatması üçün...
Üzdə çıxan sızanaqların yerinə görə səbəbləri
Ermənilərin Bərdəyə terror hücumu zamanı yaralanan şəxslərin son durumu-VİDEO
Bir insanla ünsiyyət qurmağın rahat yolu
Demi Murun cadulu qalstuku-FOTO
11 ildə evimizdə nələr dəyişdi?
Antibiotiklərin orqanizmdə rolu
Virusun sürətlə yayıldığını sübut edən eksperiment keçirildi – VİDEO
Sarımsaq yeyənlərin ağciyər xərçənginə tutulma riski azdır
Tramvay xətti üçün uyğun yol hansıdır?
Sərhədçi olmaq istəyənlərin diqqətinə
Kibariye hamilə qızı ilə fotosunu paylaşdı - FOTO
Polad Bülbüloğlu Qızıl Orden aldı
Halit Ergenç xəstəxanaya yerləşdirildi-FOTO
Qapalı geyim dəstləri
Oruc tutan adamın çox yatması düzgündürmü?
Dünyadakı ən qısa uçuşlar - CƏMİ 2 DƏQİQƏ...
Bu qışın dəbi: Fəxriyyə Xələfovadan məsləhətlər
Hamilə qadınlarda qinqivit
Bakıda iki nəfərdə koronavirus şübhəsi - Rəsmi
Vafli (foto resept)
Kəşfiyyatçı polkovnikin qəhrəmanlıq DASTANI
Ayaq bilərzikləri-4
Müasir bərbərliyin inkişafı















- ŞƏRHLƏR