
Adolf Hitler 1889-cu ilin 20 aprelində Avstriyanın Almaniya ilə sərhədində yerləşən sərhədində gömrük məmuru olan Alois Hitlerin ailəsində dünyaya göz açmışdır. İlk təhsilini doğulduğu qəsəbədə, orta təhsilini isə Linzdə almışdır. Atası da Hitlerin özü kimi məmur olmağını istəsə də, o, bunun əksinə getmiş və rəsm sahəsindəki qabiliyyətinə görə rəssamlıq məktəbində oxumağa başlamışdır. 13 yaşında atasını,19 yaşında isə anasını itirmişdir. Buna görə də gənc yaşlardan fəhlə kimi işləməyə başlamışdır. Almaniyaya olan sevgisi nəticəsində 1912-ci ildə Münihə köçmüşdür. 1919-cu ildə yaradılan Alman Fəhlə Partiyasına üzv olmuş,daha sonra bu partiyanın fəaliyyətində yaxından iştirak etmişdir. Daha sonra Nasional Sosialist Alman Fəhlə Partiyası adlanan bu partiyanın 1921-ci ildə lideri olmuşdur. 1933-cü ilin yanvarında o zamankı Almaniya prezidenti Paul Hindenburq tərəfindən reyxkansler təyin olunmuş, 1934-cü ilin avqustunda Hinderburqun ölümündən sonra Hitler prezident vəzifəsini də icra etməyə başlamış və Almaniyada öz diktaturasını yaratmışdır. 1939-cu ilin 1 sentyabrında Polşaya hücum etməklə II Dünya müharibəsini rəsmən başladan Hitler məğlub olduğunu anladığı zaman 1945-ci ilin 30 aprelində arvadı Eva Braun ilə öz evində intihar edərək həyatına son vermişdir.
“Mənim mübarizəm” (almanca “Mein Kampf”) Hitlerin yazmış olduğu həm avtobioqrafik səciyyəli, həm də siyasi fikirlərini bəyan etdiyi kitabıdır. Əsər əslində 2 hissədən ibarətdir. 1923-cü ilin noyabrında Bavariyada pivəxanaların birində hökumətə qarşı qiyam təşkil etdiyinə görə həbs olunan Hitler 9 ay həbsxanada qaldığı müddətdə bu kitabın birinci hissəsini dostu vasitəsilə yazmağı bacarır və 1925-ci ildə nəşr etdirir. İkinci hissəni isə Hitler həbsdən çıxdıqdan sonra 1926-cı ildə qələmə almışdır.
Kitabı hardasa 1 ay əvvəl oxuyub qurtarsam da, indiyə kimi bu barədə yazmağı gecikdirmişəm. Çünki əsərin həm dili, həm də özü mənə o qədər çətin gəlmişdi ki, əsər haqqında yazmaq da çətin gəlirdi. Əvvəla onu deyim ki, Hitlerin uşaqlığı,atası və anası və gənclik dövrü barədə verdiyi məlumatlar nə qədər sadədirsə, siyasi fikirlərinin o qədər çətin və düşündürücüdür. Kitabı oxumadan əvvəl də Hitler haqqında məlumatlarım variydi, amma kitabı oxuduqdan sonra onu daha yaxından tanımış oldum, onun haqqında bəzi şeyləri səhv bildiyim anladım. Kitabı oxumağa başlayarkən Hitlerə qarşı münasibətim bir az qərəzliydi. Düzdü,yenə də qərəzli olaraq qalıram, çünki yəhudilərə qarşı törətdiyi soyqırımı və İkinci Dünya müharibəsinin baş verməsinin səbəbkarı kimi onu bağışlaya, ona haq qazandıra bilmirəm. Amma Hitlerin elə fikirləri var ki, onlar mənim də ürəyimcə oldu. Bundan əvvəl kimsə mənə Hitlerin hansısa fikrini bəyənəcəyimi desəydi, yəqin ki, inanmazdım.
Hər şeydən əvvəl bu kitab artıq 35 yaşında ikən Hitlerin bir dahi, bir lider olma yolunda möhkəm addımlarla irəlilədiyini göstərir, bunum nəticəsiydi ki, 10 il sonra da o, Almaniyanın idarəçiliyini əlinə almışdı. Hitlerin hadisələri təhlil qabiliyyəti də insanı heyranedici səviyyədədir. Hitlerin hadisələrlə bağlı fikirlərini, təhlillərini oxuyarkən mən də həmin hadisələri təhlil etdim, həmim hadisələrə başqa bir tərəfdən baxmış oldum (ixtisasımla əlaqədar tarixi hadisələri bildiyim üçün). Buna görə də bu kitabın məndə xüsusi bir yeri həmişə olacaq.
Məncə, insanı ailəsi, yaşadığı mühit və başına gələn hadisələr formalaşdırır. Qarşısına qoyduğu məqsədlər isə onun hərəkətlərinə istiqamət vermiş olur. Hitler üçün də bu dediklərim səciyyəvidir. Bəs Hitlerin uğur qazanmasının səbəbi nə idi? Məncə, qarşısına bir məqsəd qoyması və ona çatmaq üçün böyük əzmkarlıqla çalışması, fikrindən dönməzliyi, ağlı və o dövrdəki insanların istəklərinə cavab verən fikirləri.
Hitler, heç şübhəsiz, lideriydi, səhviylə də düzüylə də. Bəlkə də səhvləri daha çox olan bir lider. Amma insanları öz arxasınca aparmağa qadir olan bir lider.
Hitlerlə bağlı məni ən çox düşündürən məsələrdən biri də, heç şübhəsiz, yəhudilərə bağlı siyasəti idi. Hitlerin yəhudilərlə bağlı da çox maraqlı təhlilləri var. Ondan sonra bu məsələdə bəlkə Hitleri anlamaq olar.
Kitabla bağlı nə desəm elə bil ki, onun əhəmiyyətini, dəyərini ifadə etməyəcək. Məncə, ən gözəl sözlərdən birini Çörçill deyib. İkinci Dünya müharibəsi dövründə Böyük Britaniyanın baş naziri olmuş U.Çörçill xatirələrində yazır ki, əgər Hitlerin “Mein kampf”-“Mənim mübarizəm” əsərini ciddiyə alaraq oxusaydıq, İkinci Dünya müharibəsi baş verməzdi.
P.S. Bir də mənim üçün ən maraqlı şeylərdən biri 2-ci şəkildə əks olunan işarənin mənası idi. Onun cavabının da bu kitabda olması çox sevindirdi məni.
Aydan Bayramova
XƏBƏR LENTİ
Qadın güləşi üzrə açıq Azərbaycan Kuboku keçirildi
Ledi Qaqa yenə geyimi ilə təəccübləndirdi-FOTO
Yeni ildə yenə "partapart" gözlənilir
Xəstəliyim yoxdur, amma xəstəyəm...
Bakıda yarış keçiriləcək
Vahid geyim dəyişə bilər
Müğənniyə sürpriz evlilik təklifi - FOTO
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Sabahın HAVAsı
Laçın rayonunun işğaldan azad olunan Güləbürd kəndi - VİDEO
Barak Obamadan qəribə açıqlama
Yayın dəbli geyimləri
Babalı arvadın boynuna… - MÜZAKİRƏ
HAVA necə olacaq?
İstirahət gününün HAVAsı
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi başa çatır
Azərbaycanda zəlzələ oldu
Dəstamaz və ya qüsl əvəzinə əlləri...
Baş Prokurorluq Gəncənin atəşə tutulması ilə bağlı məlumat yaydı
Tələbələr bu halda təhsil haqqı ödəməyəcək - RƏSMİ
Məşhur cütlük hər kəsin içində mübahisə etdi-FOTO
Dünyanın ən yaşlı pişiyi ölüb
Tətildən sonra dəri və saç baxımı
Kakaolu türk paxlavası (foto resept)
Övlad qatili
Vanqadan şok proqnoz: “Müsəlmanlar...”
Meyvəli-qaymaqlı tort (foto resept)
HAVA necə olacaq?
Hadisəyə 500 minlik cərimə
Tayvan eyni cinslilərin nikahına icazə verdi - Asiyada ilk
Günün ulduz falı
60 mindən çox mağaza bağlandı-SƏBƏB
Məktəblərdə yenilik - Jurnal və gündəliklər ləğv oluna bilər
KİV: Tramp beş gün əvvəl İrana zərbə endirməyi planlaşdırıbmış
Tük qadını kor edəcəkdi – FOTO
Azərbaycanda işsizlərin sayı məlum olub
AzTV Şuşada yayımlanmağa başladı - VİDEO
Bu gün Yel çərşənbəsidir
2013-cü ilin rəngi - narıncı
Heydər Əliyevin vəfatından 12 il ötür
İlham Əliyev və Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Sürücülərin diqqətinə!
Hörümçək toruna düşən qarğa və ya özünü hakimiyyətə qurban verən millət
Rihannadan pərəstişkarlarına yeni il "hədiyyə"si - VİDEO
Sərt karantin rejimində ictimai nəqliyyat işləyəcəkmi? - AÇIQLAMA
Uşaqlar üçün: Habil və Qabil
Kardi B boşanır
Günəş allergiyası
Simmetrik çevrələr
Dünyanın yarısı qaranlığa qərq olacaq















- ŞƏRHLƏR