Bəşəriyyəti xilas edə biləcək sevgi, məhv edə biləcək müharibə…
Hər ikisi bir insan həyatında baş verir. Bilmirsən bu xoşbəxtlik, yoxsa bədbəxtlikdir? Bir tərəfdə saf məhəbbət, bir tərəfdə şöhrət, bir tərəfdə isə alov, dağıntılar, parçalanmış insan həyatı..
Una..
Selincer..
Çaplin..
- Selincer inkişaf etmiş dünyada insanları xəyallara daldıran uşaq fantazminin banisi idi. Onunla danışmağı, çay süfrəsində mərcləşməyi kim istəməzdi ki? Bizə qocalmağı həmişəlik qadağan edən romanın – “Çovdarlıqda uçurumdan qoruyan”ın imzası ona məxsus deyildimi? Özü çox az vaxtlarda üzündə təbəssüm yaratsa da, yazdığı hekayə, novella və tək romanında oxucuların ürəyinə məhz təbəssümlərdən yol tapmışdı. Elə Unanın ürəyinə də.
- Una O’nil məşhur dramaturq və Nobelçi Yucin O’nilin qızı idi. Balacalıqdan demək olar ki, valideyn qayğısından məhrum olaraq böyüyən Una məşhur olmaq arzusu ilə yaşayırdı. Çox vaxt avara həyat tərzi keçirirdi. Selincer onun həyatında ilk insan idi ki, bir-birilərini sözsüz, toxunmadan öyrənirdilər.. Səssiz, küysüz..
- Una Selincerlə Nyu Cersidə qarşılaşmışdı. Anası ağlayırdı, Una isə ətəyinə qısılmışdı.. Bu ilk rastlaşmadan sonra Selincer ömrü boyu, hətta müharibənin ən qızğın vaxtında belə, onun üsyankar bir şəkildə batan yanaqlarını, məharətlə oynatdığı göz qapaqlarını, uşaq çöhrəsindəki təbəssümü heç vaxt unuda bilmədi..
Selincer Una O’nili ilk dəfə görəndə keçirdiyi hissləri “Bədbəxt hekayətin ürəyi” novellasında yazmışdı. 10 ildən sonra qələmə aldığı “Çovdarlıqda Uçurumdan Qoruyan” romanının dəsti – xəttini birinci dəfə bu novellada yaradıb.. O, Unanı uçurumdan qorumaq istəyirdi..
“Cerom hər dəfə onunla yanaşı gələndə düşünürdü,
- Əlindən tutub onu buradan uzaqlara aparmaq üçün nəyi gözləyirəm? Unudulmaz olmaq üçün bir – birimizə nəyi deməliyik? Sonra Unaya baxırdı, yenə düşünürdü, göz yaşlarının altından necə gözəl gülümsəyir!”
Lakin Unada hər şey süni alınırdı. Qəzəbi, darıxmağı, sevməyi, nazlanmağı belə.. 21 yaşlı Cerom 14 yaşlı Unanın nəyinə vurulmuşdu?, özü də bilmirdi.. Lakin bəlli idi, müharibəyə getməmiş artıq müharibə içində idi..
- Cerom orduya yazılır. Müharibə yaxınlaşırdı. O, nasist öldürmək üçün təlimlərə başladı. Yəhudilərə verilən əzablar onun qürüruna toxunurdu. Son dəfə Una ilə görüşərkən düşünmürdü ki, onu gözləyən olmayacaq. Qayıtdığı zaman xəstə və kimsəsiz olacaq. Necə deyərlər, lələ köçüb yurdu qalıb.. Cerom könüllü gedirdi, lakin Una artıq bir şeylərin bitdiyini bilirdi..
- Müharibə..
Qarpız kimi partlayan başlar..
Dağılan sifətlər, axtarılan qollar, ayaqlar..
Yanan insan dərilərinin ömür boyu buruna çökmüş iyi..
Dəri altına işləyən çirkab və qulaq deşən mina səsləri..
Kaş, Ceromun xatırladıqları təkcə bunlar olardı.. Halbuki, bu aysberqin su üzündəki hissəsi, fotolardakı görüntülərdən başqa bir şey deyildi. Ikitərəfli döyüş içində olan Selincer, yazdığı məktubları gah Unanın hədiyyə etdiyi külqabına tökdüyü siqar küllərini izləyərkən, gah səngərdə, gah ölən dostlarını axtararkən düşünürdü. Əslində çox şey düşünürdü, amma yazmağa vaxtı olmurdu..
“-Hansısa yoldaşım məndən nə üçün çantamda portağal və ya viski əvəzinə saxsı külqabı daşıdığımı soruşanda, gözlərimi səmaya qaldırıb cavab verirəm: “Bu külqabıyla ürəyim daha yaxşı sıxılır”.
Ceromun Unaya yazdığı məktublar İsveçrənin Korsye – Sur – Veve kəndində gizli saxlanılır.
-Unanın Los Ancelesdə rəfiqəsinin toyu idi. Və o burada gələcək həyat yoldaşı Çarli Çaplin ilə tanış olur. Əvvəl didişərək başlanılan münasibət sonra evliliyə çevrilir. Onlar arasında 36 yaş fərq var idi.. Çarlı Çaplin dəfələrlə uğursuz münasibətlər yaşamışdı. Maraqlıdır ki, bu əlaqələr yeniyetmə və özündən çox balaca qızlarla olmuşdu. Lakin, Unanın məğrur baxışları, vüqarlı yerişi qarşısında nəfəsi kəsilmiş, bütün hər şeye son qoyaraq, ömrünün son illərini Unaya bağışlamışdı. Onların baxışları toqquşanda sanki elektrik dalğası yayılırdı. Bütün media silkələnib bu münasibəti bitirməyə çalışsa da, Una xoşbəxt qadın oldu. Çaplin isə gözlərini xoşbəxt yumdu..
Münasibətlərini təsadüfən jurnaldan oxuyan Selincer ona hələ də məktub yazmağa, özünü lənətləməyə, fəqət sevməyə davam edirdi. Onu Una öldürmüşdü. Artıq mərminin elə də bir mahiyyəti qalmamışdı.. Gözyaşı və hiddət içində Unaya yazmışdı:
“-Sənə etibar etməməkdə haqlı idim, amma gərək özümə də etibar etməyəydim.. Mənə verdiyin ən gözəl hədiyyə gecə klubundan oğurlanmış hədiyyədir.. Saxsı külqabı.. Bu mənim gözlərimi açmalı idi. Sən heç vaxt mənə sənin özünə aid olan heç nə verməmisən, çünki verməyə heç nəyin yox idi, boş idin”.
Lap sonralar Selincer Unanın adaşı tibb bacısı Kolin O’nil ilə evlənəcəkdi.. Aralarında 50 yaş fərq olacaq və hərdən Unanı hər şeyə rəğmən xatırlayacaqdı..
- Cerom müharibədə çox şey itirdi. Sevgisini, gəncliyini, əsəblərini, ürəyini, xəyallarını.. Lakin qazandığı ən gözəl şeylərdən biri Ernest Heminquey ilə olan dostluğu oldu.. O, həmişə qatı Ernest heyranı idi. Əslində bu dava – qırğına elə Heminqueyə oxşamaq üçün baş qoşmuşdu. “Əcəl Zəngi”, “Əlvida Silah” dəfələrlə oxumuşdu. Pivə və kalvadosları birgə bölüşür, Ceromun müharibədə yazdığı novellalarını müzakirə edirdilər. Onlar yazırdılar, bizlər oxuyurduq.. Amma yaşayan və bir daha yaşamaq istəməyən yenə onlar idi.
Cerom müharibənin göbəyində olsa da heç vaxt əsərlərində müharibəyə toxunmadı.. Bunu Ernest ona sual verəndə, demişdi, istəmirəm sətirlərdə belə müharibə oxunsun..Əvvəl müharibədən ilhamlanıb əsər yazmaq istəyən Selincer indi müharibə sözünü belə eşitmək istəmirdi. Çünki, müharibə dözülməz idi. Onun dərisinin altına işləmişdi..Gələcəkdə o, qızı Marqaritə belə deyəcəkdi: ”- Nə qədər sağam, yanmış insan dərisinin iyi heç vaxt burnumdan getməyəcək”.
- Aclıq çəkmiş, işgəncə görmüş, donmuş, qazla zəhərlənmiş, yandırılmış yəhudiləri xilas etmək üçün mübarizə aparmış Cerom, 1940 – cı ildə romantik, 1943 – cü ildə casus, 1945 – ci ildə Bipolyar pozuntulu xəstə, ömrünün axırınacan isə aqrofob və gerontofob oldu. 27 yanvar 2010 – cu ildə bu dünyadan köçdü..
40 ildən sonra psixi sarsıntılar keçirən Una ilə görüşüb, qırılmış kül qabını verən Cerom öz otağında, həmin kül qabını dırnaqları ilə torpağı qazıb, dibçəyin dibinə basdıran Una isə maşınında hıçqırıqlarını boğa bilmirdilər.. Çünki, O, Unaya ömürlük incitmək hüququnu özü bağışlamışdı…
Cerom mənim üçün həmişə çay dəmləmək istədiyim yazıçılardan olub. Onu balacalığımdan çox sevmişəm. Şiddətli gülüşündə belə kədəri hiss etmişəm.. Və haqlı çıxdığım üçün bu kədərin habelə yaranmağında Unanın rolu olduğu üçün kədərliyəm.. Əslində bu kitaba “Una və Selincer” dən çox “Məhəbbət Üçbucağı” adını verərdim. Selincerin saf, ləkəsiz sevgisi.. Unanın hərdəmxəyal məhəbbəti.. Çaplinin həyat eşqi..
İnsan əzab çəkmədiyi zaman ya yüksəlmir, ya da ortaya nə isə dəyərli bir şey çıxara bilmir. Çaplinə xoşbəxtlik və 8 uşaq bəxş edən Una O’nil, eyni zamanda Selinceri öz odunda yandıran həmin Una idi. Şərəfinə nüsxəsi milyonlar satan “Çovdarlıqda uçurumdan qoruyan” adlı roman yazılan yaxud belə deyim, həmin romanın yazılmasına səbəb olan Una Selincerin ömrünün sonuna qədər ürəyinin sahibi oldu..
Kitabı əlimə aldığım zaman tərəddüdlü idim. Frederik Beqbeder yazdıqları ilə məndə zəif təəssürat buraxmışdı. Lakin bu kitab bioqrafiya olduğu və mənim əziz Selincerim haqqında olduğu üçün oxumağa başladım. Oxuduğum zaman sanki hər tərəfdən səs, küy keçirməyən bir qəfəslə əhatələndim. Maraqlısı isə qəfəsdə olmağım vecimə deyildi.. Mən o qəfəsdən çıxmaq istəmirdim.. Kitabı elə dolu – dolu, elə canıyananlıqla oxudum ki.. Frederiki ayaqda alqışladım.
Səadət DADAŞOVA
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)
- ŞƏRHLƏR