“Mən kitablarımda nəql olunan sehrə inanmıram. Lakin mən inanıram ki, yaxşı kitab oxuduğunuzda, sizin başınıza həqiqətən təsvirolunmaz sehr gəlir.” Con Roulinq Con Roulinqin bu fikri bəlkə də bir çoxuna qeyri-real görünə bilər, amma bu düşüncələr kitabsevər insanlara heç də yad deyil. Əziz xanımlar, mən bu gün sizə kitabların və mütaliə vərdişinin qadınların həyatındakı önəmindən danışmaq istəyirəm. Çünki biz xanımlar cəmiyyətin inkişafında bilavasitə aparıcı qüvvəyik. Biz həm də gələcəyin analarıyıq. Burda dediyim ana kəliməsi təkcə valideyn yox, məhz tərbiyə edən, öyrədən missiyası daşıyır. Toplumun, cəmiyyətin yaxşılığa doğru inkişafı, mədəni və mənəvi dəyərlərin yüksəlməsi üçün bir şeylər etmək istəyiriksə, ilk öncə özümüzü maarifləndirməliyik. Yalnız çağdaş və dünyəvi fikirli, savadlı, mütaliəli, tolerant fərdlər sayəsində gələcəyə ümid bəsləmək olar. Bu nöqteyi nəzərdən kitabsevər valideyin, kitabsevər ana hər bir övlad üçün dəyərli xəzinədir. Mütaliə edən, daim kitablarla ünsiyyətdə olan valideyn uşaq üçün örnək rol modelidir. Ona görə ki, uşaqlar həyatı öyrənməyə ilk olaraq təkrar etməklə başalıyırlar. Anasının ayaqqabılarını geyinib güzgüdə özünə tamaşa edən qızlar, atasının qalstuk və pencəyini geyinib "ata oldum işə gedirəm" deyən oğlan uşaqları hər halda heç birinizə yad mənzərə deyildir. Davamlı mütaliə ilə məşğul olan valideynin uşağın diqqət mərkəzindən yayınması mümkün deyil. O mütləq bunun fərqinə varacaq və bu vərdişi tez bir zamanda olmasa da, zamanla mənimsəyəcəkdir. Kitabxanası olan evdə böyüyən uşaq istər-istəməz kitabla tanış olacaq, yemək-içmək kimi vərdişlərlə yanaşı kitab oxumağın da bir ehtiyac olduğunun fərqinə varacaqdır. Inanın mənə, onlara gecə yatmazdan əvvəl oxuyacağınız və ya oxutduracağınız hər nağıl, hər hekayə onun xəyal dünyasını inşa edən sehrli kərpiclər olacaq.
Belə bir sual da verə bilərsiniz ki, niyə oxumalıyıq? Kitablar bizə nə vəd edir? Bu sualı mütəmadi olaraq kitab oxumayan birinə ünvanlasaq əmin olun ki, o iki və ya üç səbəb göstərərək sizin sualınıza cavab verə biləcək. Lakin bu sualı bir kitabsevərə versəniz ondan konkret cavab ala bilməyəcəksiniz. Çünki kitabların bizə bəxş etdiyi o qədər gözəllik, o qədər dəyər, o qədər önəm var ki, bunları saymaqla bitirmək mümkün deyildir. Bu cavabları bilən insanlar başqalarını da tapdıqları bu xəzinəyə ortaq etmək üçün əllərindən gələni edirlər. Elə bizim kitabsevərlər qrupu olaraq məqsədimiz və niyyətimiz məhz budur. Mən bu yazını da sırf bu səbədən yazıram. Ona görə ki, sizi də kitabların sehrli dünyasında görmək istəyirəm. Onlar ən yaxın dost, ən yaxın sirdaşdırlar. Bəzən ağladıb, bəzən güldürəcək, bəzən dəhşətə gətirəcək, bəzən sevindirəcəklər. Elə anlar olacaq ki, oxuduğunuz sətirlərdə özünüzü, xatirələrinizi tapacaqsınız.Səhifələrə göz yaşlarınızı axıdacaq, yeni bir ümidlə növbəti səhifəni vərəqləyəcəksiniz. Onlar sizə insanlığı, yaxşılığı, mərhəməti, sevgini, vicdanı, dürüstlüyü, humanizmi, cəsarəti, ədaləti öyrədəcək, çətin anlarınızda qaranlığa işiq salan mayak kimi yardımçı olacaq, düzgün olanı göstərəcək. Oxuduğunuz hər yeni kitabla bilmədiyiniz, daha əvvəl heç getmədiyiniz yerlərə səyahət edəcək, heç vaxt tanımadığınız insanların duyğularını hiss edəcək, iztirablarına, sevinclərinə, məğlubiyyətlərinə və qələbələrinə şahid olacaqsınız. Belə bir ifadə var: "Kitab adam yemir". Həmişə məni kitabla görüb qeyri-ciddi yanaşan, yolda kitab oxumağıma ağız büzən tanışlarıma həmişə bu sözü deyirəm. O sizə heç vaxt xələl gətirməz. Etibarlı dost kimi həmişə sizi gözləyər. Siz istəyəndə danışar, siz istəyəndə susar. Kitab oxumaq üçün vaxtım yoxdur deməyin. Kitab oxumaq üçün vaxt yaradın. Gəzintiyə çıxanda, nəqliyyatda yol gedəndə, hər hansı bir yerin gözləmə salonunda, istirahət edəndə, gecə yatağınıza girəndə kitablara vaxt ayırsanız inanın ki, onları həyatınızın vazkeçilməzinə çevirə biləcəksiniz. Gündə ən az yarım saatınızı sərf etməklə həyatınızdakı bir çox şeyi yaxşılığa doğru dəyişə, boş yerə xərclədiyiniz zamanları dəyərli edə bilərsiniz. Özünüzü bu zövqdən məhrum etməyin. Fərqində olmadığınız, uzağında olduğunuz möhtəşəm bir dünya var. Sizə sadəcə o kitabın qapağını açıb, o dünyaya daxil olmaq qalır. Kitabsız toplum həmişə məğlubiyyətə və geriliyə məhkumdur. Dünyanın öndə gələn aparıcı dövlətlərin mənəvi qələbəsinin, elmdə, texnikada, təhsildə, iqtisadiyyatda və.s. sahələrdə inkişaf etməsinin səbəbi həmişə öyrənməyə, oxumağa ac olmaqlarıdır. Həmişə nə isə bir şeylər öyrənməyə çalışan, daim öz üzərində işləyən, yeni şeylər kəşf etmək üçün cəhd edən cəmiyyətin hər bir fərdi o toplumun inkişafında bilavastə iştirak etmiş olur. Bu cür toplumlarda mütaliə vərdişi birmənalı şəkildə mütləqdir. Mütaliəli insanlar bu cür toplumların intelektual səviyyəsini, təfəkkürünü formalaşdırır. Əli Şəriətı deyirdi ki, “Mürəkkəbin axmadığı yerdə qan axar”. Günümüzdə baş verməkdə olan müharibələrin, terror hadisələrinin, cinayətlərin, pedofiliyanın, irqçiliyin, fanatik dindarlığın tək səbəbi cahillikdir. Çünki xurafatla ,şiddətlə bəslənən beyinlər heç vaxt öyrənməklə, elmlə, kitabla tanış olmadığı üçün qətliam etməklə, insan öldürməklə, intihar etməklə, dəhşət saçmaqla özünü ifadə edir. Gəlin bu cahilliyin bir qolu da biz olmayaq. Mütaliə edək, oxuyaq, oxutduraq! Övladlarımızı təhsilli, hümanist, çağdaş və sağlam düşüncəli fərd olaraq yetişdirək. Onları, kitaba, biliyə, elmə səsləyək. Uşaqlar bizim gələcəyimizdirsə, gəlin bu gələcəyi mütaliəni sevən, kitabla dost olan uşaqlarla quraq. Bəlkə onda nağıllarda oxuduğumuz xoşbəxt sonluqlar göydən düşən almalar kimi payımıza düşər.
Fərqində olmadığınız, uzağında olduğunuz möhtəşəm bir dünya var. Sizə sadəcə o kitabın qapağını açıb, o dünyaya daxil olmaq qalır.
Aygün Ələkbərova
XƏBƏR LENTİ
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Sizə yaraşan rəngi tapın
Qaqarinin paltarları, meteoritlər, 4 milyard yaşlı daş
Matryoşka oyuncaqları
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
Mikroelementlər-1
Qan donduran xəbər - 1700 cəsəd...
Hələ doğulmayan övladının adına hesab açdı
Bütün dünyada şagirdlər üçün pulsuz onlayn tədris yaradılır
"Nar Mobile" ən sadiq abunəçilərini mükafatlandırdı
Hande Erçeldən yeni FOTOsessiya
Qrelandiyada buzlar əriyir-XƏBƏRDARLIQ
Türkiyə hökumətində istefa
Payız qarderobunuzda nələr olmalıdır?
1-ci siniflər üçün kiçik summativlər keçirilməlidir?-RƏSMİ CAVAB
Ancelina Coli hər kəsi heyrətləndirdi-FOTO
Musiqili Teatrın solisti beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək
Azərbaycan restoranlarında yenilik
Hamilə qadınlar üçün idman hərəkətləri
"Buraxılış vərəqəsi" verilir
HAVA necə olacaq? 22 MAY
İş rejimi gücləndirilir
Düşmən Tərtər və Ağcabədi rayonlarını atəşə tutur
Ermənistandan Zod qızıl yatağı barədə AÇIQLAMA: “Azərbaycanın nəzarətindədir”
Azərbaycanda ilk - böyrək köçürülən qadın ana oldu
Avatarlar 3-cü hissə
Saç rəngini təbii yolla açan üsul
İki beynimiz var imiş - Alimlərdən KƏŞF
Bu günün tarixi (07.09.2015)
Merilin Monronun "oğlu" Obamanın itini oğurlamaq istədi
Doğuş çantanızda nələr olmalıdır?
Bakıda "məzun gün"ləri dəyişdi
Cənnət alması mürəbbəsi (foto resept)
Ermənistan və Azərbaycan arasında status-kvo partladılır
Türkiyədə oxumaq istəyənlərin NƏZƏRİNƏ
6 yaşlı azərbaycanlının Rusiya telekanalındakı çıxışı hər kəsi heyrətləndirdi -VİDEO
Hadisənin bacısı da Belçikaya köçür-SƏBƏB
Günün qoroskopu: ailə üzvləri ilə fikir ayrılıqları mümkündür
Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO
Azərbaycan əraziləri Ermənistan ordusu tərəfindən atəşə tutulub
Dünyada növbəti soyuq müharibə
Alim Qasımov, qızı və nəvələrindən Azərbaycan himni - VİDEO
Rusiyanın xalq artistləri Bakıya gəlir
Zakir Həsənov: Ermənistan bir təhlükədir
Qısqanc ərin acı intiqamı: illər sonrakı halı ŞOK ETDİ - FOTO
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
Mer süpürgəçi forması geyinib, şəhərin küçələrini yudu - FOTO
Hərbi qulluqçularla bağlı qaydalarda dəyişiklik
Noxudlu salat (foto-resept)
"Emmy" alan ilk türk aktyor
- ŞƏRHLƏR