Xəyalə Murad– 1986- cı il, noyabrın 25- də anadan olub. Ailəlidir, 2 övladı var.
Ədəbiyyata hələ uşaqlıqdan həvəsi olan Xəyalə, ilk şeirini 10 yaşında, ilk hekayəsini isə 14 yaşında yazdığını deyir.
“Əlim qələm tutanadək fərqli-fərqli musiqilər uydurur, utopiyalarda “səyahət” edər, ağız dolusu danışardım. İlk dəfə 10 yaşımda şeir yazdım və kimliyindən asılı olmayaraq hər kəsə oxuyurdum. Bu şeirlərin sayı artdıqca böyüyür və onları bəyənməyərək cırıb atardım. 14 yaşımda ilk dəfə hekayə yazdım. Hekayəm “Ailə” qəzetində dərc edilmişdi. Orta məktəbdə fərqli mövzularda hekayələr, şeirlər yazsam da heç birini gələcək üçün saxlamırdım. Oxucu kütləsinə təqdim etdiyim bütün nəsr nümunələri 2007-ci ildən bu günədək yazdıqlarımdır” deyən gənc yazıçı indiyədək 3 roman, xeyli hekayə, pyes, bir neçə povest müəllifidir. Oxucularına təqdim etdiyi ilk kitab, 2013- cü ildə çap olunmuş “Görünməyən həqiqət” kitabıdır.
İlk milli qadın portalı olan Qadın.Net saytının redaktoru, həvəskar tərcüməçidir.
Kitabsevərlər qrupunun ərsəyə gətirdiyi “Həyatın qanunu” və “Gəlincik evi” adlı hekayələr toplusu olan kitablarda bir neçə uğurla tərcümə etdiyi hekayələr dərc edilib.
Teziklə Xəyalə xanım növbəti – “Bir yarpağın arzusu” – adlı kitabını oxucularına təqdim edəcək. Kitabda 3 hekayə və bir roman yer alıb. Bir gəncin mənəvi faciəsindən bəhs edən bu roman, sevgi, ailə- məişət mövzusunda qələmə alınıb.
Bir neçə həftədən sonra, oktyabrın 25- də saat 13- 00- dan 16- 00- dək Bakumoz Kitab Mərkəzində baş tutacaq olan təqdimatı, facebook sosial şəbəkəsindəki ən böyük kitab qruplarından olan Kitabsevərlər qrupu və bu qrupun gənclərinin toplaşaraq qurduğu “Kitabsevərlər Hərəkatı” nın fəalları təşkil edəcək. Kitabın, mütaliənin təbliğində xeyli işlərə imza atmış olan Kitabsevərlər qrupunun fəalları, gənc istedadlara kömək etməyi də qarşılarına məqsəd qoyaraq, indiyədək bu sahədə də bir neçə layihəni uğurla ərsəyə gətirməyə nail olublar. Gənc yazarların hekayələrindən ibarət olan “İz” kitabı, ardıyca gənc yazar Səbuhi Şahmursoyun hekayələr toplusu olan “Sükutun səsi” kitabı, sonra isə gənc şairlərin şeirlərindən ibarət olan “Bir nəfəsə sığışmaq” adlı seirlər antologiyası məhz “Kitabsevərlər Hərəkatı”nın zəhməti sayəsində işıq üzü görüb. Xəyalə xanımın kitabının təqdimatını da üzərlərinə götürən qrup fəalları, bu sahədə işlərini yenə də davam etdirəcəklərini, tezliklə daha bir gənc yazarın kitabını ərsəyə gətirəcəklərini xəbər verirlər.
Bütün kitabsevərləri oktyabrın 25- də, Bakumoz Kitab Mərkəzində baş tutacaq “Bir yarpağın arzusu” kitabının təqdimatına gələrək gənc istedadımıza dəstək olmağa səsləyirik.
XƏBƏR LENTİ
Evlilik məsləhətləri
Barmaqlarımız haqqımızda nə deyir?
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
Bir az da əylənək
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Bel hissənizdəki yağları əridəcək içkilər
Günün ulduz falı
Bel və kürək piyləri ilə mübarizə
Günün ulduz falı
"Jara" festivalına o da gəlir-VİDEO
Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
52 yaşlı ulduz görənləri TƏƏCCÜBLƏNDİRİR
5 kiloqram arıqladan kök pəhrizi.
HAVA necə olacaq?
Sızanaq izləri üçün maska
Quran və elmi kəşflər
Ərdoğandan bütün qadınlara qeyri adi təbrik -Video
Hindlilərin xoşbəxtlik məsləhətləri
Hava haqqında - 20.01.2014
Kitab qadağası
Sevdiyiniz şəxsə söylənilən ləqəblər
Yay kimi gərilən insan...
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
YouTube artıq çatdırmır
Məşhur cütlük yenidən barışdı
Mavi ayaqqabılar
Bu, milyon ildə bir olur
Toyuq ətli, kartoflu piroq (foto resept)
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Boğazında qaşıq qalmış gənc-FOTO
Tərtərdə nə baş verir?
40 yaşından sonra evlənən məşhurlar
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR
Bayramda neçə gün iş olmayacaq?
O, mənə xəyanət edir!
Ana dilimizə sahib çıxaq
Dolu yağacaq
Günorta yaranan baş ağrılarının səbəbləri
Nokia Lumia 1520-ni göstərəcək
Nə üçün əsgər paltarları xaki rəngdədir?
Diş ağrısını azaldan üsullar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda artan əməliyyat - mədə kiçiltmə
Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?
Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?
Küləkli hava Şəkini işıqsız qoydu
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Dəbli kostyumlar (1)
Pilot sükan arxasında yatdı
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
- ŞƏRHLƏR