Bob Şou (Bob Shaw) kimdir?: Fantastikanın məşhur və dəyərli təmsilcisi Bob Şou, 1931-ci il 12 dekabrda, Belfastda (Şimali İrlandiya) anadan olmuşdur. Yerli ali texniki məktəbi bitirdikdən sonra aviassiya sənayesində mühəndis olaraq, daha sonra taksi sürücüsü, ictimaiyyətlə əlaqələr (PR) sahəsində və jurnalist kimi çalışmışdır. 1975-ci ildən isə professional yazıçı kimi fəaliyyət göstərmişdir. Əsərlərini həvəskar pressada nəşr etdirməyə çox erkən başlamışdır. 12 fevral 1996-cı ildə isə dünyasını dəyişmişdir. Əsərlərinin siyahısı haqqında daha ətraflı: burada
Qısaca süjet: Hadisələr Kosmik Leqion adlanan hərbi təşkilat və onunla əlaqədar olan insan taleləri ilə əlaqədardır. Bu güclü təşkilatın məqsədi, yer planetinin istehsal etdiyi məhsulları güc yoluyla digər planetlərdə məskunlaşmış yerli və gəlmə əhaliyə satmaqdır. Halbuki onların satdıqları məhsullar zərərli və heç kimə gərəkli olmayan məhsullardır. Bu təşkilata əsgər olaraq qatılmaq üçün, insan gərək 3 aylıq yaddaşından imtina etsin.
Araşdırmalar: Əvvəllər də qeyd etdiyim kimi kitab oxuyub bitirdikdən sonra mütləq onu müxtəlif resenziyaların yazıldığı saytlarda araşdırıram və beləliklə də onu sanki ikinci dəfə kəşf edirəm. Bob Şounun oxuduğum bu kitabı isə mənə çox zövq verdi və son zamanlarda oxuduğum və bəyəndiyim kitablar sırasına daxil etdim. Buna baxmayaraq həm ingilis dilində həm də rus dilində araşdırmalarıma baxmayaraq kitab haqqında resenziyanın çox az olduğunu gördüm ki, bu da məni müəyyən qədər məyus etdi. Bu qədər fantastika sevənlər var, amma bu kitaba resenziya yoxdur. Bu təəssüfverici haldır. Bəlkə də, bilavasitə bu kitaba resenziyanın olmamağının əsas səbəbi, Bob Şounun əsərlərinin yığma formada çap olunmasındadır. Oxucular bir neçəsin birdən oxuyurlar və hamısına birdən fikir bildirirlər.
Təəssüratlarım və nəticə: Kitabın annotasiyasını oxuduqdan sonra əmin oldum ki, bu mənə lazım olan kitabdır. İnsanlar hələ ki, öz yaxın və uzaq qonşularına imperialistcəsinə münasibət bəsləyirlər. Niyə də bu gələcəyin dünyasında digər planetlərə qarşı olmasın? Axı insan elə insandır. Axı insan zaman keçsə də düzəlmir ki düzəlmir. Düzəlməyən bir digər şey isə 3-4 nəfərin məqsədlərindən sarı milyonlarla insan həyatının oyuncaq kimi oynadılmasıdır. Bu xeyir və şər arasında olan mübarizə deyil. Bu sadəcə zavallı kağız məqsədlər üçün aparılan mübarizədir. Bu hal-hazırda baş verir, əvvəllər də baş verib və kitab bizə göstərir ki, gələcəkdə də baş verəcək. Dəyişməyən məsələləri qeyd etdim. Dəyişən isə bu proseslərin formasıdır, prosesi ört-basdır edən yalanlardır.
Sözün düzü 60-70-ci illərdə yaşamış bir yazıçının gələcəyin dünyası, kosmos, hakim qüvvəllər və onların insanların taleyində oynadıqları rol haqqında bu dərəcədə gözəl bir əsər yaratması, yazıçının necə də güclü təxəyyülünün, bədii sənətkarlıq imkanlarının geniş və zəngin olduğunu göstərir. Məncə, maraqlı, mənalı elmi-fantastikaya həvəs göstərənlər Bob Şounun əsərlərinə diqqət yetirməlidirlər.
Simbioz həyat: Bu ifadəni bəlkə də aranızda bilənlər var. Biologiya dərslərini yaxşı oxumusunuzsa bilərsiz. Kitabın ən əsas məsələlərindən birisi də məhz budur. Qısaca buna da toxunum. Belə ki, Aspatra planetində Oskarlar adlanan insana bənzər varlıqlar var. Belə ki, heç kim bilmir onlar necə yaranıblar. Onlar əsasən ədalət keşikçiləri kimi qəbul edilir və qurbanlarını xalça-təyyarəyə adlanan yırtıcı bitkilərə yedizdirirlər. Əsərin sonunda məlum olur ki, xalça-təyyarə formasında olan bitkilər insanlarla simboz təşkil edərək yeni, ali insan yaradırlar ki, bu da Oskar adlanır. Onlara yemək, istilik, su lazım deyil. Onlar güllə və bombadan ölmürlər. Hətta vakkumda da yaşa bilirlər. Ultrasəs səviyyədə ünsiyyət saxlayırlar və digər insanların fikirlərini oxuyurlar. Olduqca maraqlı bir anlayışdır və yaddaşıma həmişəlik həkk olundu.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR