
“Yadların gəmisi” elmi, kosmik, fantasik, dramatik, macəra və psixo-sosial janrın ucu-bucağı görünməyən görünməz sularında üzür. İlıq, əbədi, kosmik küləksə gəminin yelkənini bir uludzdan (limandan) o birisinə istiqamət-ləndirir. Hərdənbir çox güclü tufanlar olur. Yeni limanların kəşfi xatirinə sağ qalmaq lazımdır. Gəmi lövbər salaraq sonzuluğun xəritəsini hazırlamağa çalışır. Topoqrafiq modullar dayanmadan çalışır. Bir-birinə yad heyət üzvlərindən bəziləri çox qısa müddətliyinə bu riskli işlə məşğul olsalar da, artıq veteran olan və böyük hörmət-izzət sahibi, Devid Sercenner, kosmosun əbədiyyəti və rəngarəngliyindən uzaq qalmaq istəmir. Kainatın sonzuluğu bir-birinə yad olanları bir-birinə doğmalaşdırmağa çalışır. Nə qəribədir ki, insan övladı Yer planetini tərk etdiyi andan etibarən hər yerə yaddır. Bəlkə də bu belə deyil. Bəlkə də uzaq və yaxın deyə bir anlayış yoxdur. Əsas məsələ niyyətdir. İnsan xoş niyyətlə kainatın kəşfinə çıxırsa, onun üçün hər yer doğma, müstəmləkə və istismar məqsədiylə axtarışa çıxırsa, yaddır. Yazıçı da məhz “Yadların gəmisi” adından istifadə edib. Romanın adı belə kifayət qədər məlumat ötürürsə, oxuduqdan sonra nələr öyrənmək olar, artıq, onu özünüz fikirləşin. Kosmik heyət üzvləri, eyni zamanda, bir-birilərinə də yaddır. Müvəqqəti məqsədlər onları əbədiyyət qarşısında birləşdirir.
Kosmik və elmi fantastika oxumağı sevirsiniz? Hansı yazıçıdan oxumaq daha yaxşı olardı? Bob Şou bizə nələr vəd edir? Bob Şou bizə kosmik fantastikanın elmini təqdim edir. Onun əsərlərindəki kaloritlik o qədər zəngindir ki, qiraət zamanı təəccüb, həyəcan, qorxu və bir çox hələ kəşf etmədiyimiz başqa hisslər bir-birini əvəz edir. Yazıçının ustalığına heyranam. Sənətkarlıq budur. Bir neçə janrı böyük ustalıqla bir romanda kəsiştirərək ortaya möhtəşəm dəyər qoymaq. Yazıçının təsvir etdiklərinin 50-100 ildən sonra gerçəkləşəciyi labüddür. Cəsarət edib deyərdim ki, çox şey Bob Şou və onun timsalında elmi fantastika müəlliflərinin təsvirləri kimi olacaq. Romanda hər şey əsaslandırılır. Hər bir hadisə və anlayışlar arasında səbəb-nəticə əlaqəsi qurulur. İnsan bu roman sayəsində kosmik hadisələr çərçivəsində düşünməyi öyrənir. Belə yazıçıların sayəsində gecələr ulduzlu səmaya baxıb, qarşımdakı əbədiyyət qarşısında əriyib gedirəm, ona qərq oluram.
“Dayan! Kimdir gələn?!” əsərindən təxəyyülü çox zəngin olan yazıçının üslubuna bələd olmuşdum və bəyənmişdim. İndiyə qədər oxuduğum iki əsərinin ikisi də məndə unudulmaz təəssüratlar buraxıb və həmişə romanlarda yazılanlar haqqında düşünürəm. Uşaq vaxtlarından kosmik maceralara böyük həvəsim olub. O qədər çox həvəsim olub ki, televiziyada yadplanetlilər, planetlər və kainatın sirləri haqqında filmlər və sənədli filmlər veriləndə heç birini qaçırmazdım. Hamısın diqqətlə izləyərdim. Xüsusilə yadplanetli istilaları haqqında olan filmlərdən sonra gecələr mənə rahat yuxu yox idi. Sonradan bu həvəs azalsa da, belə dəyərli əsərlər mənə çox şey qatır.

Kitabda bəzi epizodlar unudulmazdır. Bəzilərini qısaca olaraq qeyd edim:
- Boz insan adlı ali varlıq var. Onun hər hansısa forması yoxdur, amma kainatda forması olan istənilən varlığı ən xırda detalına qədər kopyalaya bilir. Topoqrafik modulları koplayaraq ovlanmaq istəyən bu canlı çox böyük təhlükədir. Lakin onun planları alınmır.
- Topoqrafik modullar Saladin adlı kimsəsiz planetdə hamilə yadplanetli silueti tapıb. Heyət onu əldə etmək üçün həmin koordinatlara gedir. Bu zaman onlar başqa zaman-məkan kəsişməsinə düşərək orientasiyalarını itirirlər.
- Topoqrafik modul heyəti kimsəsiz bir planetdə şüurlu varlıqların hazırladıqları silahlara bənzəyən metal alətlər tapıblar. Heyət üzvü canını çox çətinliklə qurtarır.
- Gəmi heyəti “Beta” fəzaya keçid vaxtı kainatın çox qəribə yerinə gedib çıxır. Sonra məlum olur ki, bu boşluqdur. Bütün kainat artıq yox olub. Daha sonra bütün kainat, kosmik gəmidə qəza nəticəsində həlak olmuş birisinin bədənindən çıxan ruh sayəsində yenidən yaranır. Bu qəribə hadisəyə heç kim ad qoya bilmir.
Gördüyünüz kimi roman eyni obrazların ətrafında cərəyan edən bir neçə maceradan ibarətdir. EZOP adlı süni intellekt gəmi kapitanıdır. Bu gələcəyin dünyasında süni intellektin necə də əhəmiyyət qazanacağını göstərir.
İbrahim Niftiyev
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şahzadə QƏZAYA Düşdü -FOTO
Tövlədə tapılan maşın 23 milyon dollara satıldı
Civzələr (sızanaqlar)
Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - VİDEO
Karantinin yumşaldılması təhsilə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Tətildə yaranmış günəş ləkələri üçün maska
Bu günün hava proqnozu
Cütlüklər niyə özünü tənha hiss edir?
Kosmosda sərvət tapıldı-FOTO
Ghibli studiyasının personajları təbiət qoynunda
Boyat çörəkdə pizza (foto-resept)
Moskvaya növbəti zərbə
Günün qoroskopu: həyat potensialı yüksəkdir
Ayda su ehtiyatları axtarılacaq
Rusiya Ukrayna üçün qazı ucuzlaşdırdı
"Səndən model olmaz" deyənlərə inad, məşhurlaşdı - FOTO
Nurgül Yeşilçay qardaşına bənzərliyi ilə TƏƏCCÜBLƏNDİRDİ вЂ“ FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Özünü uğura necə kökləyə bilərsən?
Professor koronavirusun bədəndə əbədi qalıb-qalmayacağını açıqladı
Azərbaycanda bu adları sevmirlər?
İlham Əliyev: “Karantin rejimi uzadılacaq” - VİDEO
Moskvada qələbə paradı – CANLI YAYIM
Gözəgörünməz qatilə cavab tapıldı
Qaşları qalın və gözəl edən 3 təbii vasitə
HAVA necə olacaq?-9 Avqust
Ciyərli rulet (foto resept)
Attestat ala bilməyənlərin NƏZƏRİNƏ!
Alçaqdaban ayaqqabılar
Cəlal İsayev: “Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər”
Ronaldonun sevgilisi dekolteli paltarda - FOTO
Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlandı
"Eurovision"da Ukraynanı Maruv təmsil edəcək-FOTO
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Güclü qadınlar niyə sevə bilmir?
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Azərbaycanda qeyri-adi toy - FOTO
Ultra HD-yə tələbat artır
Heydər Əliyev Fondunun dəstəyi ilə IV muğam televiziya müsabiqəsi davam edir
Amerikadan Türkiyəyə dəstək
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Estetik əməliyyat etdirib qayıdan qadınları Çinə buraxmadılar - FOTO
Leranın əl işləri
Seda Sayan Bakıya gəlir
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Çiyələklə gözəlləşin
45 dəqiqədə təmizlik
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]