İnsanlar haqqında həddindən artıq maraqlanan Kreton başqa planetdəndir. Müəlliminin iradəsinə zidd olaraq o, insanları öyrənmək üçün Yer planetinə baş çəkir. Adi bir ailədə qonaq və gəlmə statusu qazanan Kreton qısa müddətdən sonra müəlliminə verdiyi "insanların həyatına qarışmamaq" sözünü pozur. İnsanların həyatına qarışan Kreton insan olmağı həmişə primitiv və vəhşi hesab etsə də, onların hisslərinin olduğunun fərqinə varır. Kədər, paxıllıq, kin-küdurət, şöhrətpərəstlik, qorxu və s. Onun bir xüsusiyyəti isə həm ona, həm də ətrafındakı insanlara çox mənfi təsir göstərir. Bu fikirləri oxumaqdır. O, bu bacarığı sayəsində bütün dünyada siyasi hakimiyyəti ələ keçirməyə nail olur. Hakimiyyəti ələ keçirən Kreton deyir ki, insanlara onların istədiyini verəcək. İnsanların istədiyi isə bir-birilərini əzmək, öldürmək, qanlı rəqabət aparmaq, bir sözlə müharibədir.
Qor Vidal
Qor Vidal 3 oktyabr 1925-ci ildə Nyu York ştatı, Uest Poynt şəhərində anadan olmuşdur. Uşaqlıq və gənclik illərini Vaşinqtonda keçirmişdir. Onun ilk debüt əsəri "Uillivo" Berinq dənizindəki hərbi xidmət illərinin yazılı formasıdır. Kitabın qəhrəmanları soyuq və tufanlı arktik Uillivo küləyindən dəhşətə gəlirlər və bəzi hadisələr yaşayırlar. Yazıçı daha sonra Avropa və Qvamatelaya səyahət edir. Yazıçı amerikan ədəbiyyatında homoseksual mövzuya müraciət edərək əsər yazmış ilk yazıçılardan hesab olunur. Bu səbəbdən bir çox nəşriyyat və jurnallar yazıçı ilə əməkdaşlıqlarını kəsmişdilər. Digər tərəfdən isə bir çox düşünürlər yazıçını cinsi azadlıq müdafiəçisi və klassik məhrumiyyətlərin tənqidçisi kimi qəbul edirlər. Onun bu mövzulara aid kifayət qədər əsərləri vardır. 1950-ci illərdəki əsərləri isə uğurzuluqla nəticələnir. Yazıçının "Mayra Brekenridj" (1968) adlı əsəri isə çox məşhurdur. Əsərdə amerikan arzusu, amerika cəmiyyətinin bütün çalarları və cinsi inqilablar kimi elementlər yer alıb. Yazıçı 2012-ci ildə 86 yaşında vəfat edib. Bioqrafiya və əsərlərinə əsaslanaraq demək olar ki, yazıçı oxunmağa dəyərli amerika ədiblərindəndir.

Biz bir növ anti-militarist bir pyeslə qarşı-qarşıyayıq. Pyesdə 1860-cı illər dəfələrlə təkrarlanır. Çünki cənab Kreton əslində həmin illərə səyahət etmək istəyirdi. Bəli, o zamanda səyahət edir, lakin təsadüf nəticəsində iyirminci əsrə gəlir. 19-cu əsrin 60-cı illəri isə elə-belə qeyd olunmur, çünki o dövrdə ABŞ-da vətəndaş müharibəsinin qızğın illəri idi və bəşər tarixinə qanla yazılmışdır. Ola bilər yazıçı həmin illərin tarixini çox yaxşı bilir və onunla əlaqədar çatdırmaq istədikləri var.
Biz əslində mövzunun bizə çatdırılmasının ideal versiyası ilə qarşı-qarşıyayıq. Siyasi məsələlər məhz başqa planetdən gələn bir insanın timsalında bizlərə çatdırılır. Müharibələr, siyasi oyun və terrorlar, insanların günahsız öldürülməsi, böyük pulların səbəb olduğu böyük itkilər kimi məsələlər heç bir bir dini, siyasi, milli kimliyi olmayan obrazın timsalında cəmlənib. O, nə amerikalıdır, nə frasnsızdır, nə də fars. O, sadəcə başqa planetdən gəlmiş gəlmədir və özünün də dediyi kimi öz hobbisi ilə məşğul olmaq istəyir. Hobbisi ilə insan həyatı ilə oynamaqdır. Onun qəlbində çoxdandır ki, nə sevgi var, nə də nifrət. Onun emosiyaları yoxdur. Bu, bəlkə də, təkamülün yeni inkişaf mərhələsidir. O, sadəcə oynamaq istəyir.
Pyesdə cənab Kreton hakimiyyəti ələ keçirib müharibə-müharibə oynamaq istəsə də, vaxtaşırı insanlararası münasibətləri də ifşa edirdi. Məsələn, ərini sevməyən həyat yoldaşı, qızının həyat yoldaşı seçimi ilə razılaşmayan ata və s. Onların fikirlərini oxumaq çox maraqlıdır. Görün, insan görünməyənləri görməyi bacarsa, həyat necə də qəliz olar. Yalan bəzən insan həyatını xilas edə bilir. Buna tam olaraq yalan demək düzgün olmazdı. Əslində isə insan aydınlananda görünməyəni görə bilir. Ona görə də aydınlara həyat digər insanlara görə bir qədər daha çətindir. Kreton isə deyir ki, insan cəmiyyətinin aydınlanmağına hələ 2000 il var. Kifayət qədər sanballı ədəddir.
İbrahim Niftiyev
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şahzadə QƏZAYA Düşdü -FOTO
Tövlədə tapılan maşın 23 milyon dollara satıldı
Civzələr (sızanaqlar)
Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - VİDEO
Karantinin yumşaldılması təhsilə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Tətildə yaranmış günəş ləkələri üçün maska
Bu günün hava proqnozu
Cütlüklər niyə özünü tənha hiss edir?
Kosmosda sərvət tapıldı-FOTO
Ghibli studiyasının personajları təbiət qoynunda
Boyat çörəkdə pizza (foto-resept)
Moskvaya növbəti zərbə
Günün qoroskopu: həyat potensialı yüksəkdir
Ayda su ehtiyatları axtarılacaq
Rusiya Ukrayna üçün qazı ucuzlaşdırdı
"Səndən model olmaz" deyənlərə inad, məşhurlaşdı - FOTO
Nurgül Yeşilçay qardaşına bənzərliyi ilə TƏƏCCÜBLƏNDİRDİ вЂ“ FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Özünü uğura necə kökləyə bilərsən?
Professor koronavirusun bədəndə əbədi qalıb-qalmayacağını açıqladı
Azərbaycanda bu adları sevmirlər?
İlham Əliyev: “Karantin rejimi uzadılacaq” - VİDEO
Moskvada qələbə paradı – CANLI YAYIM
Gözəgörünməz qatilə cavab tapıldı
Qaşları qalın və gözəl edən 3 təbii vasitə
HAVA necə olacaq?-9 Avqust
Ciyərli rulet (foto resept)
Attestat ala bilməyənlərin NƏZƏRİNƏ!
Alçaqdaban ayaqqabılar
Cəlal İsayev: “Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər”
Ronaldonun sevgilisi dekolteli paltarda - FOTO
Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlandı
"Eurovision"da Ukraynanı Maruv təmsil edəcək-FOTO
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Güclü qadınlar niyə sevə bilmir?
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Azərbaycanda qeyri-adi toy - FOTO
Ultra HD-yə tələbat artır
Heydər Əliyev Fondunun dəstəyi ilə IV muğam televiziya müsabiqəsi davam edir
Amerikadan Türkiyəyə dəstək
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Estetik əməliyyat etdirib qayıdan qadınları Çinə buraxmadılar - FOTO
Leranın əl işləri
Seda Sayan Bakıya gəlir
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Çiyələklə gözəlləşin
45 dəqiqədə təmizlik
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]