Jojo Moyes “Səndən öncə mən” romanı ilə oxuculara yaxşı tanışdır. İlk romanı ilə hər kəsi özünə heyran buraxan Joje Moyes indi də “Sevgilimdən son məktub" kitabıyla yenidən oxucularının qarşısına romantik eşq hekayəsi ilə gəlir.
Romanın quruluşu da çoxmaraqlıdır. Bir tərəfdə 1960-cı illərdə yaşanan bir hekayə: zəngin bir həyat yaşayan və həyatında istədiyi hər şeyə sahib olan bir qadın və bu qadının həyatı bir gün heç gözləmədiyi halda tərəddüdlərlə dolur, o, ya hər şeyi atıb aşiq olduğu kişiyə qoşulub getməli ya da bu zəngin həyatın içində sevgisiz bir ömür yaşamalıdır, digər tərəfdə isə 2003-cü ildə baş verən bir hekayə ilə qarşılaşır oxucu. Evli bir kişi ilə sevgi macərası yaşayan bir qadın təsadüfən tapdığı məktublarla həyatına bir daha nəzər salır. Bu məktublar 1960-cı illərdən qalan yadigarlardır. İki qadının yolu, bax, beləcə kəsişir. Roman romantik sevgi əhvalatları sevənlər üçün göydəndüşmə bir əsərdir.
1960-cı illərdə Jennifer Stirling və Laurence Stirlingin gözəl evlilikləri vardır. Onlar həddindən artıq zəngindirlər və lüks həyat yaşayırlar. Amma Laurence hər zaman arvadını başqalarının yanında alçaldır, onu təhqir edir. Bu vəziyyət Jenniferi çox narahat edirdi.
Bir gün qəzet müxbiri olan Anthony O’Hare Laurencedən müsahibə almaq üçün onlara gəlir. Qonaq olduğu şam yeməyində Jenniferlə tanış olur. Xoş olmayan ilk təəssürata baxmayaraq onlar bir-birlərinə aşiq olurlar. Mütəmadi olaraq məktublaşırlar. Anthony Jenniferi ərindən boşanmağa israr edir. Amma Jennifer ətrafının nə fikirləşəcəyinə çox önəm verdiyi üçün bu riskə getmir. Anthonyə Nyu-Yorkda iş təklifi gəlir və o, Jenniyə bunun birlikdə həyata başlamaları üçün yeganə şans olduğunu deyir. Jenni bu məktubu alandan sonra onunla getmək qərarı verir və evdən çıxır. Çöldə yağan güclü yağış öz sözünü deyir, Jenni taksi tapa bilmir, Antoninin dostunun maşınına minir və tələsik vağzala yola düşürlər. Filip çox sərxoş olduğundan dəhşətli qəza edir, özü ölür, Jenni isə ağır yaralanır. Antoni isə vağzalda son ana qədər Jennini gözləyib gəlməyəcəyini düşündüyü üçün Nyu-Yorka gedir.
Laurence Jenninin çantasından məktub tapır, arvadının əgər qəzaya düşməsəydi, başqası ilə qaçacağını öyrənir. Həftələrlə xəstəxanada qalan arvadının üzünə heç nəyi vurmur. Bəs Jenni? Jenni isə heç nə xatırlamır, o qəzadan sonra yaddaşını itirib. Evinə gələndən sonra əri, ailəsi, dostları ona çox yad gəlir. Jenni bunun səbəbini bilmir və bu barədə fikirləşmək artıq ona əzab verir. Bir gün bir kitabın arasında Antoninin ona yazdığı məktubu tapır, amma bu məktubun kim tərəfindən yazıldığını bilmir, evi ələk-vələk edib digər məktubları da tapır. Jenninin beynində sanki günəş doğur, bir tərəfdən sevinir ki, belə güclü məhəbbətlə sevib sevilib. Digər tərəfdən sevdiyinin kim olması, aqibətlərinin nə olması sualına cavab tapa bilmədikcə dəliyə dönür. Artıq ərinə qarşı da qəzəblidir, mübahisələrinin birində Laurence onun sevgi macərasını bildiyini söyləyir və aşiqinin həmin qəzada öldüyünü deyir. Təbii ki, Jenni özünü günahkar bilir və vicdan əzabı çəkir.
Bu vəziyyət dörd il çəkir. Buna baxmayaraq həyat davam edir və Jenni artıq anadır. 1964-cü ildə Antoni və Jenni bir ziyafətdə təkrar qarşılaşırlar. Yaddaşını itirməyinə baxmayaraq Antonini görən kimi tanıyır. Başına gələnləri ona danışır, onlar təkrar görüşürlər, Antoni Jennidən yeni eyni şeyi istəyir, ərindən boşansın və onunla gəlsin. Jenni üçün bu mümkünsüzdür, çünki artıq bir qızı var və Laurence uşağı ona heç bir halda verməyəcək. Antoninin artıq əsəbləri davam gətirmir, içkiyə qurşanır, o zaman döyüş meydanı olan Afrikaya gedir.
Laurencenin özü isə katibəsi ilə eşq macərası yaşayır, peşman olub katibəni işdən çıxardır. Bundan qəzəblənən katibə Jenniylə görüşüb ərinin bütün gizli işlərini sənədlər şəklində ona verir. Artıq Jenninin əlində ərini həbsxanaya salmaq üçün ciddi dəlillər var. O, bundan istifadə edir, ərini şantaj edib boşanmağı, qızının himayəsini özünə almağı tələb kimi onun qarşısına qoyur. Laurencenin razı qalmaqdan başqa çarəsi yoxdur.
Jenni sevincəkhalda qızı ilə birlikdə evdən ayrılır. Antoninin qaldığı otelə gedir, əbədi birləşmək üçün. amma Antoni artıq yoxdur. Qadın onu tapmaq ümidi ilə hətta Afrikaya belə gedir, lakin onu bir daha görmür. Hər halda yaxın 40 il müddətdə.
Bəs nə baş verib? Antoni niyə bir anda yoxa çıxıb? Antoninin ilk evliliyindən olan oğlu Filip anasının xəstə olduğunu öyrənib atasına müraciət edir. Antoni oğlunun anasının son günlərində ona dəstək verir. Artıq onun öhdəsində bir uşaq var və Antoni həyata daha məsuliyyətlə yanaşmalıdır. Amma artıq müxbirlik də etmir, "Nation" qəzetinin arxivində işə başlayır, bütün vaxtını oğluna həsr edir. Laurence də xərçəngdən ölür, Jenni qızı ilə birlikdə tək qalır. Onlar bir-birindən xəbərsiz Londonda yaşayırlar.
2003-cü il, romanın digər qadın qəhrəmanı Ellienin evli olan Jon ilə əlaqəsi var. Jon yazıçıdır, Ellie də "Nation" qəzetində müxbirdir və onunla müsahibə alarkən tanış olub. Ellie bu münasibət haqqında çox fikirləşir, ümid edir ki, Jon arvadından ayrılıb onunla evlənəcək. Jonun isə belə bir niyəti yoxdur. Ellie təsadüfən Jenninin Antoniyə göndərdiyi məktubları və digər kağızları tapır, çox təsirlənir və bu hekayəni araşdırmağa qərar verir.
Uzun araşdırmalardan sonra Jenniyə aid olan poçt nömrəsini tapır, ona məktub qoyur, cavabın belə tez gəlməsi onu heyrətləndirir. Axı Jenni hər gün Antonidən məktub alacağı ümidi ilə poçt qutusunu yoxlayır. Ellie Jenni ilə görüşür, Jenni ona bütün hekayəsini danışır.
Digər tərəfdən Ellienin Jona yazdığı mesajları Jonun arvadı görür, Ellie ilə görüşür. Bu qarşılaşmadan sonra Ellie Jondan ayrılmağa qərar verir. Onsuz da Jonun onunla heç bir gələcək düşünmədiyini də başa düşüb.
Ellie axtarışları nəticəsində Antoninin onun öz işlədiyi qəzetin arxivində çalışdığını öyrənir, ona Jennidən bəhs edir, Jenni ilə Antoni bir neçə dəfə məktublaşırlar. Nəhayət, görüşməyə qərar verirlər. Qırx il keçməsinə baxmayaraq onlar hələ də bir-birlərini möhkəm sevirlər və bir daha ayrılmamağa qərar verirlər.
Ellie isə bu araşdırmalar vaxtı ona dəstək olan iş yoldaşı ilə özünə bir şans vermək qərarına gəlir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Mobil nömrələrlə bağlı yenilik
"Barselona" "qızıl dubl"a imza atdı
Ölkədə 12 obyekt bağlandı
İmtahanla bağlı yenilik
Kişilər qadınlardan daha sürətli arıqlayır
Günəş tutulması baş verəcək
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Qısa boğazlı çəkmələr
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
Öləndə molla istəməyən yazıçımız
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
Günün qoroskopu: Mübahisə etməyin!
200 illik tarixi məzarlıq
Mart ayında HAVA necə olacaq?
Üzən şəhər tikiləcək
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
“Koronavirusun sonu yaxında deyil” - ÜST-ün rəhbəri
Kim deyir ki, qadın zəif məxluqdur?
Keratinin faydaları və zərərləri
Badamın inanılmaz faydaları
Körpələr üçün yataq otağı modelləri
Hava haqqında
Günün qoroskopu - 06.11.2013
3D şəkillər
1 milyon avronu 3 saniyəyə qazanan qız
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (2)
Türkiyədən ermənilərə "qırmızı işıq"
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Unikal enerjili avtomobil
Cemli burma (foto resept)
Aslılıq yaradan qidalar
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Dollarda növbəti bahalaşma
Serenay Sarıkaya kökəldi-FOTO
Film festivalında jüri olacaq - FOTO
Əl işim olan xonçalar
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Azərbaycanın daha yeddi kəndi azad olundu
"Baku Fires" Qazaxıstan komandasına qalib gəldi
Kibritdən hazırlanan əşyalar
Saçda kölgələr















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]