Sevgi romanları ilə tanınan məşhur yazıçı Jojo Moyes “Səndən öncə mən” romanı ilə yenə oxucularını təsirləndirəcək. İngiltərənin kiçik bir qəsəbəsində yaşayan Luiza sakit və sadə həyat tərzi keçirdən bir qadındır. İşlədiyi kafe bağlandığdan sonra Lounun evdə oturmaq və işsiz qalmaq şansı yoxdur. Hər nə olursa olsun, iş tapmalıdır. Çünki ailəsi pis vəziyyətdədir, bacısı təzədən universitetə qayıtmaq istəyir, balaca bacısı oğluna qayğı lazımdır, anası isə iflic babasına baxdığı üçün işləmir, yaxın vaxtlarda atası da işdən çıxır və Lounun məcburən baxıcılıq işini qəbul etməkdən başqa çarəsi qalmır. Bu fikir öncə ona çox qorxunc gəlir, özünə inamı demək olar ki, olmur. İş görüşməsindən rədd olunacağı ümidi ilə gedir, amma altı aylığına işə qəbul olunur.
Lou xidmətində duracağı adamı yaşlı biri təsəvvür edirdi, gəl ki, qarşısına 25 yaşında cavan və yaraşıqlı bir oğlan çıxır. Will bütün həyatını çox dinamik, şən yaşayarkən qəfil qəza nəticəsində əlil arabasına möhtac qalır. Sadəcə əl barmaqlarından başqa başdan-aşağı bütün bədəni iflic olan Will üçün tək qurtuluş intihardır. Hətta Lou gəlməmişdən öncə də o buna bir neçə dəfə cəhd etmişdir. Məhz bu məqsədlə anası yeni baxıcıya oğlunu 15 dəqiqədən çox tək qoymamağı bərk tapşırır.
Lou ilə Will ilk başlarda yola getmirlər. Fəqət vaxt keçdikcə onlar dostlaşırlar və bir-birlərini daha yaxşı başa düşürlər. Bir gün Lou təsadüfən öyrənir ki, Will və ailəsi sözləşiblər ki, Will altı ay ərzində intihara təşəbbüs etməyəcəyini gözləyəcəklər. Əgər fikri dəyişməsə, altı ay sonra valideynləri onun intiharına razılıq verəcək. Ailəsinin önündə cəmi altı ay var ki, Willi fikrindən daşındırsın.
Lou bunu öyrənəndən sonra işi tərk etmək istəyir, fəqət Will ilk dəfədir ki, kiməsə belə yaxınlaşıb və ailəsi Loudan qalmağını istəyir. Belə olan halda Lou da ailə ilə belə bir razılaşma əldə edir ki, Willə həyatı yenidən sevdirməyə çalışacaq və ailə də bu yolda ona lazımi dəstəyi verəcək.
Lounun planları ilk vaxtlar tam da istədiyi kimi getmir, amma sonralar Willə daha çox yaxınlaşır və daha gözəl vaxt keçirirlər. Aralarındakı yaxınlaşma get-gedə çoxalır və nəticədə bir-birlərinə aşiq olduqlarının fərqinə varırlar.
Lou nə qədər Willin həyatına rəng qatırsa, Will də eyni zamanda Lounun gizli potensialını üzə çıxarır, oxuması, inkişaf etməsi üçün israr edir. Willin sayəsində Lounun özünə inamı yaranır və həyatdan daha çox şeylər əldə etməli olduğunu dərk edir.
Lou hər dəfə Will özünü yaxşı hiss etsin deyə, həyata yenidən marağı yaransın deyə dəridən qabıqdan çıxır. Həm onu, həm özünü çox əyləndirir. Ümid edir ki, cəhdləri və aralarında yaranan dilə gətirmədikləri sevgiləri Willi intihar fikrindən daşındıracaq. Bu arada Lounun idmançı sevgilisi Willi qısqanır və Lou seçim qarşısında qalarkən sağlam, imkanlı sevgilisini deyil şikəst Willi seçir. Willi tanıdıqdan sonra əslində mənəvi cəhətdən Patrikin daha şikəst olduğunu başa düşür və ondan ayrılır. Artıq altı ay tamamlanmaq üzrədir, barmaqla sayılacaq qədər günlər qalıb. Lou və Will Birlikdə tətilə çıxırlar. Məhz bu vaxt Lou qəlbini Willə açır. Lou israr edir ki, onun ikisini də xoşbəxt etməyə gücü çatar.
Amma Will fikrindən dönmür, o, ölməyə qərarlıdır. Lou onu həyatda saxlaya bilmədiyi üçün çox əzab çəkir və getdikcə dərk edir ki, əsl iflic olan Will deyilmiş məhz o özü, onun idmançı dostu və digər öz həyatlarının qədrini bilməyənlərdir. Əslində bir növ Will Lounu ölümdən xilas edirmiş.
Will ölümündən sonra Lou üçün məktub qoyur. Onu həyatdan kifayət qədər zövq almağa, yerində saymamağa, irəliyə getməyə, inkişaf etməyə çağırır. Təzədən universitet oxuması üçün müəyyən miqdarda pul ayırır. Bir sözlə, Will Lounu həyata qaytarır.
Roman əsasında çox maraqlı film də çəkilib.
XƏBƏR LENTİ
Aclıq hissini öldürməklə arıqlamağın yolları
Evdə"şirin" epilyasiya
Ərzaq məhsullarının qiymətləri ucuzlaşıb
Pul sizin üçün nədir?
İrem Derici 40 kq arıqlayıb-FOTO
Yaşıl çay qocalıqda iş qabiliyyətini saxlamağa kömək edir
Türkiyədə çevriliş CƏHDİ: Azərbaycandakı banka 3,6 mlrd.-lıq zərbə
Azərbaycanda qəbul imtahanlarının keçirilmə vaxtları dəyişəcək?
Acı çəkirsinizsə öyrənə bilməzsiniz!
IDEA kampaniyası məktəblilərin diqqətini ətraf mühitin qorunmasına yönəldir
Solğun dərilər üçün maska
İranla sərhədimiz tam açılır
Məşhur müğənni pulsuzluqdan gileyləndi
Hindistanın 70 illik müstəqilliyi münasibətilə Bakıda möhtəşəm Bollivud gecəsi keçiriləcək - FOTO
Rəqəmli yayımın analoq yayımdan hansı üstünlükləri var?
Günün ulduz falı
Megan qısa geyimi ilə diqqət çəkdi-FOTO
"İstanbuldakı terror aktını Suriya vətəndaşı törədib"
Onlar bizi belə aldadırlar
Xərçəng şişlərini məhv edən dərman hazırlandı
Günün ulduz falı
Yeni ildə nə geyinəcəksiniz?
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
İlham Əliyev fəxri adlar verdi
Unudulmaz tərz sahibi: Farah Fawcett
Mehmet Ali Erbilin 61 yaşı qeyd ediləcək
Sulu qar, qar yağacaq - Sabahın HAVAsı
Məmməd Arazın yubileyi münasibəti ilə tədbir keçirilib
10 sentlik sikkə 1,32 milyon dollara satıldı
Mövqelərimiz atəşə tutulub
Bu il məhsuldarlıq aşağı ola bilər
Duyğusal yemə ilə necə başa çıxmalı?
İŞİD Bağdada girdi: 1000 ölü
İslanmış mobil telefonu xilas etməyin yolları
Müdafiə Nazirliyi: “Düşmən Ağbəndi atəşə tutur”
Trampın malikanəsi satılır - FOTO
Günün ulduz falı
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
Bu günün hava proqnozu
Çimərlikdəkiləri heyran qoydular
Yağan aramsız yağışlar daşqınlara səbəb olub
Sürətli oxu - 7
Dünyaca məşhur şou bağlandı-SƏBƏB
Baxılması lazım olan 15 portret fotosu
Yerkökünün faydaları
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir
Cehiz alış-verişi
İquain almanlara meydan oxudu
Alexa Chungın dəbli donları
Qəbul imtahanından az bal toplayan abituriyentlərin nəzərinə
- ŞƏRHLƏR