Qadin.NET / Jojo Moyes “Səndən öncə mən”

Jojo Moyes “Səndən öncə mən”

Jojo Moyes “Səndən öncə mən”

Sevgi romanları ilə tanınan məşhur yazıçı Jojo Moyes “Səndən öncə mən” romanı ilə yenə oxucularını təsirləndirəcək. İngiltərənin kiçik bir qəsəbəsində yaşayan Luiza sakit və sadə həyat tərzi keçirdən bir qadındır. İşlədiyi kafe bağlandığdan sonra Lounun evdə oturmaq və işsiz qalmaq şansı yoxdur. Hər nə olursa olsun, iş tapmalıdır. Çünki ailəsi pis vəziyyətdədir, bacısı təzədən universitetə qayıtmaq istəyir, balaca bacısı oğluna qayğı lazımdır, anası isə iflic babasına baxdığı üçün işləmir, yaxın vaxtlarda atası da işdən çıxır və Lounun məcburən baxıcılıq işini qəbul etməkdən başqa çarəsi qalmır. Bu fikir öncə ona çox qorxunc gəlir, özünə inamı demək olar ki, olmur. İş görüşməsindən rədd olunacağı ümidi ilə gedir, amma altı aylığına işə qəbul olunur.

Lou xidmətində duracağı adamı yaşlı biri təsəvvür edirdi, gəl ki, qarşısına 25 yaşında cavan və yaraşıqlı bir oğlan çıxır. Will bütün həyatını çox dinamik, şən yaşayarkən qəfil qəza nəticəsində əlil arabasına möhtac qalır. Sadəcə əl barmaqlarından başqa başdan-aşağı bütün bədəni iflic olan Will üçün tək qurtuluş intihardır. Hətta Lou gəlməmişdən öncə də o buna bir neçə dəfə cəhd etmişdir. Məhz bu məqsədlə anası yeni baxıcıya oğlunu 15 dəqiqədən çox tək qoymamağı bərk tapşırır.

Lou ilə Will ilk başlarda yola getmirlər. Fəqət vaxt keçdikcə onlar dostlaşırlar və bir-birlərini daha yaxşı başa düşürlər. Bir gün Lou təsadüfən öyrənir ki, Will və ailəsi sözləşiblər ki, Will altı ay ərzində intihara təşəbbüs etməyəcəyini gözləyəcəklər. Əgər fikri dəyişməsə, altı ay sonra valideynləri onun intiharına razılıq verəcək. Ailəsinin önündə cəmi altı ay var ki, Willi fikrindən daşındırsın.

Lou bunu öyrənəndən sonra işi tərk etmək istəyir, fəqət Will ilk dəfədir ki, kiməsə belə yaxınlaşıb və ailəsi Loudan qalmağını istəyir. Belə olan halda Lou da ailə ilə belə bir razılaşma əldə edir ki, Willə həyatı yenidən sevdirməyə çalışacaq və ailə də bu yolda ona lazımi dəstəyi verəcək.

Lounun planları ilk vaxtlar tam da istədiyi kimi getmir, amma sonralar Willə daha çox yaxınlaşır və daha gözəl vaxt keçirirlər. Aralarındakı yaxınlaşma get-gedə çoxalır və nəticədə bir-birlərinə aşiq olduqlarının fərqinə varırlar.

Jojo Moyes “Səndən öncə mən”

Lou nə qədər Willin həyatına rəng qatırsa, Will də eyni zamanda Lounun gizli potensialını üzə çıxarır, oxuması, inkişaf etməsi üçün israr edir. Willin sayəsində Lounun özünə inamı yaranır və həyatdan daha çox şeylər əldə etməli olduğunu dərk edir.

Lou hər dəfə Will özünü yaxşı hiss etsin deyə, həyata yenidən marağı yaransın deyə dəridən qabıqdan çıxır. Həm onu, həm özünü çox əyləndirir. Ümid edir ki, cəhdləri və aralarında yaranan dilə gətirmədikləri sevgiləri Willi intihar fikrindən daşındıracaq. Bu arada Lounun idmançı sevgilisi Willi qısqanır və Lou seçim qarşısında qalarkən sağlam, imkanlı sevgilisini deyil şikəst Willi seçir. Willi tanıdıqdan sonra əslində mənəvi cəhətdən Patrikin daha şikəst olduğunu başa düşür və ondan ayrılır. Artıq altı ay tamamlanmaq üzrədir, barmaqla sayılacaq qədər günlər qalıb. Lou və Will  Birlikdə tətilə çıxırlar. Məhz bu vaxt Lou qəlbini Willə açır. Lou israr edir ki, onun ikisini də xoşbəxt etməyə gücü çatar.

Amma Will fikrindən dönmür, o, ölməyə qərarlıdır. Lou onu həyatda saxlaya bilmədiyi üçün çox əzab çəkir və getdikcə dərk edir ki, əsl iflic olan Will deyilmiş məhz o özü, onun idmançı dostu və digər öz həyatlarının qədrini bilməyənlərdir. Əslində bir növ Will Lounu ölümdən xilas edirmiş.

Will ölümündən sonra Lou üçün məktub qoyur. Onu həyatdan kifayət qədər zövq almağa, yerində saymamağa, irəliyə getməyə, inkişaf etməyə çağırır. Təzədən universitet oxuması üçün müəyyən miqdarda pul ayırır. Bir sözlə, Will Lounu həyata qaytarır.

Jojo Moyes “Səndən öncə mən”

Roman əsasında çox maraqlı film də çəkilib.

 Yüklə 

9 noyabr 2014
GO BACK