Amerikalı yazıçı Sarah Jio son dövrlərin ən çox oxunan əsərlərinin müəllifidir. Onun bir-birindən maraqlı romanları (“Yağmur sonrası”, “Mart menekşeleri”, “Son Kamelya”) dünya oxucularına milyonlarla tirajla çap olunmaqla çatır. Xanım yazıçının maraqlı romanlarından biri də “Böyürtkən qışı” əsəridir. Axıcı dili, təsirli hekayələri, təəccübləndirən sonluqları ilə tanınan yazıçı bu əsərində də oxucuların diqqətini çəkməyi bacarmışdır. Bəs sevgini, ümid və ümidsizliyi bir arada canlandıran bu əsərdə söhbət nədən gedir?
Əsərin ilk diqqət çəkən obrazı həyatın hər çətinliyi ilə qarşılaşmağa özünü hazırlayan Vera Raydır. Amma Vera özü də gözləmədiyi bir fəlakətlə qarşılaşanda nə qədər gücsüz olduğunu, olanlarla tək başına mübarizə apara bilməyəcəyini bütün dəhşəti ilə anlayır.
1933-ci ilin may ayında gözlənilmədən qasırğalı qar yağır. Vera hər gecə soyuq evdə uşağını, tək ümidi olan oğlu Danieli evdə tək qoyub otelə xidmətçilik etməyə gedir. O, bunu Danielin qarnını doydurmaq üçün məcburən edir. Amma qarlı may gecəsindən sonra səhərə yaxın yorğun halda işdən evə qayıdan Vera bir an öncə oğlunu bağrına basmaq ümidi ilə onun yatağına baxanda gördükləri qarşısında həyatı alt-üst olur. Yataq boş, 4 yaşlı oğlu isə sirrə qədəm qoymuşdu.
İllər keçir, 80 il sonra eyni ayın eyni günündə eyni qasırğa müşahidə olunur və qar yağır. Artıq 2013-cü ildir. Müxbir Claire bu qeyri-adi hava haqqında məqalə yazmaq üçün keçmişə qayıdır və təsadüfən 80 il əvvəl eyni gündə baş verən uşaq itməsini araşdırmağa başlayır. Claire bilmirdi ki, bu araşdırma onu heç gözləmədiyi yerlərə aparıb çıxaracaq.
Vera kimi Claire də övlad itirməyin nə olduğunu bilir, ona görə də bu hadisəyə çox həssaslıqla yanaşır. Veranın şəxsiyyətini araşdırdıqdan sonra onun özü ilə bir çox cəhətdən oxşar olduğunu qəbul edir.
Vera 1920-ci illərdə rəfiqələri ilə bir evdə qalır. Onların qaldığı ev şəhərin yoxsul məhəlləsindədir. Bir gün xidmətçi işlədikləri oteldəki tədbirə qonaq qismində risk edərək iştirak edirlər və Vera o gecə orada yüksək təbəqədən olan Çarleslə tanış olur. İlk vaxtlar Vera Çarleslə öz aralarında olan təbəqə fərqinə görə ondan qaçır, amma Çarles heç də başqa zənginlər kimi olmadığı üçün Veranın səfilliyini vecinə almadan onunla israrla münasibət qurur. Onlar birlikdə çox xoş aylar keçirirlər. Çarlesin fikri ciddidir və o, Veraya evlənmək təklif edib onu valideyinləri ilə, şəhərin ən zəngin, ən tanınmış ailəsi olan Kensinqtonlarla tanış etməyə aparır. Çarlesin bacısı Josefina Veranı Çarles onunla evlənəcəyi təqdirdə onu bütün mirasdan məhrum edəcəkləri ilə hədələyir. Vera bu pisliyi Çarlesə etmək istəmir və Çarlesin bütün səylərinə baxmayaraq Vera ondan ayrılır və onun hamilə olduğunu Josefinadan başqa heç kim bilmir.
Artıq Danielin 4 yaşı var, Vera onun qaçırılmasından sonra özünə gələ bilmir, işə getmir və işdən də qovulur, polis Veranın dedikləri ilə demək olar ki maraqlanmır. Çünki onlar aşağı təbəqəyə mənsub idilər. Veranın tək əlacı ona uşağını tapacağını vəd edən zəngin Lonla bir gecə keçirtməkdir. Səhər isə aldadıldığını bilən Vera Çarlesin evinə gedib həqiqəti demək istəyir, amma Çarles artıq evlidir, ata olmağa hazırlaşır. Vera bütün dünyadan ümidini üzüb yaxınlığdakı gölə tərəf gedir.
Bəs Verayla Clairenin ortaq cəhətləri nədir? Claire qəzetdə müxbirdir, eyni zamanda qəzetin rəhbəri olan ailənin oğlu Ethanla evlidir. Bir il əvvəl ana olmağa hazırlaşan Claire qaçışla məşğul olarkən onu maşın vurur və o, uşağını itirir. Bundan sonra onunla Ethan arasında soyuqluq başlayır. Əri üzə vurmasa da, bu qəzadə Claireni günahkar bilir və Claire bunu hiss edir. Göz görə-görə ailəsi hər gün bir az daha dağılır. Claire artıq qaçışı tərgidib. Bütün vaxtını araşdırdığı məqaləyə həsr edir. Çox gərgin araşdırmalardan sonra o zaman vəkil işləmiş bir adamın sənədlərini araşdırır və Danielin bibisi Josefina tərəfindən qaçırıldığını, Veranın isə intihar etmədiyini, yenə də Josefina tərəfindən öldürüldüyünü öyrənir. Bütün bunları qəzetdə yerləşdirmək istəyəndə isə o ailənin əri Ethan ilə qohum olduğunu öyrənir və çoxdandır axtardığı Daniyelin əslində öz qaynatası olduğunu bilir. Daha sonra nə baş verir? Claire arası soyuq olan ərinin etirazlarına baxmayaraq bu məqaləni qəzetdə çap etdirəcəkmi? Danielin bu işə münasibəti necə olacaq? Bütün bunlar sizin üçün maraqlıdırsa, o zaman buyurun, romanı oxuyun.
XƏBƏR LENTİ
Pekində yeddi aydan sonra ilk dəfə əhali küçəyə maskasız çıxacaq
Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu
İndoneziyada güclü daşqın baş verdi
Messidən möhtəşəm dönüş
Xəzərin suyu niyə çəkilir?
Demet Akalın restoran açdı
Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi
Günün qoroskopu: ünsiyyət, işlərdə dönüş üçün əlverişlidir
Azərbaycanda dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olanlar ƏDV-dən azad edildilər
Azərbaycanda polisə yeni silah veriləcək
Nuradan yeni fotossesiya - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
Facebook ənənəvi KİV-i sıxışdırır
Müəllimlərin maaşlarının artma cədvəli
Bakıda "Baku World Challenge-2014" qalibləri müəyyənləşib
Teylor Svift "kişi" oldu - VİDEO
Avropanın yeni Qarabağ tələbi
Türkiyədə avtobuslarda internetə pulsuz çıxış olacaq
Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı
Dünyanın ən bahalı nişan üzükləri
Günün ulduz falı
Ronaldonun görməmişliyi
Dekorativ şam modelləri
Obama hücumların sayını artıracaq
70 yaşlı futbolçu-FOTO
"iPhone" işlədənlərə pis xəbər
Azərbaycan klubunun Avropada möhtəşəm uğuru
Çin bunu da etdi: havadan yanacaq hazırlayan texnologiya
Bu media orqanlarında efir ödənişsiz olacaq - SİYAHI
Prezident İlham Əliyev Rene van der Lindeni ordenlə təltif etdi
Skarlet Yohanson üçüncü dəfə evlənir - FOTO
Elmə məlum olmayan dəniz canlısı tapıldı - FOTO
Xətaidə yanan binanın sakinlərinə veriləcək MƏBLƏG
Cəbrayılın işğaldan azad edilmiş daha bir kəndinin görüntüləri - VİDEO
Bu cütlük yenidən toy edəcək
Oyuna geçikən komandaya şok cəza verildi
Külək nə vaxta kimi davam edəcək?
Fanatı JLonun anasını vurdu-FOTO
Közərmiş bibərli toyuq dolma ( foto resept)
Tikrit uğrunda döyüşlər: İŞİD geri çəkilir
Azərbaycanda koronavirusa 1202 nəfər yoluxdu, 18 nəfər vəfat edib
Şəkil çəkdirərkən işlər tərs gedərsə...
Ermənilərə tutarlı cavab
Alimlər qocalığın qarşısını alan üsulu tapdılar - İnanılmaz kəşf
Bu qadın uzunömürlülük rekordunu yenilədi
HAVA necə olacaq?
Alçanın faydaları
“Əsas məqam imtahanın yazılı və ya şifahi olması deyil”
Azərbaycanda işçilərin işdən müxtəlif saatlarda çıxması təklif olunur
- ŞƏRHLƏR