Bədii ədəbiyyatı necə oxumalı
Qəti surətdə demək olar ki, bu suala birmənalı cavab hələ də yoxdur. Buna bir neçə fərqli yanaşma mümkündür. Bədii ədəbiyyatı ləng, çox ləng oxumaq lazımdır. "Bu, düzgün deyil", - əvvəlki söhbətlərimizi oxuduqdan sonra belə deyəcəksiniz və sözsüz ki, haqlı olacaqsınız. Bədii ədəbiyyatı çox sürətlə oxumaq lazımdır. "Bu, doğrudur", - deyəcəksiniz və yenə də, sözsüz ki, haqlı olacaqsınız. Bəs bədii ədəbiyyatı necə oxumalı? Bu sualın sadə cavabı var: bədii kimi. Bunun ardınca, aydındır ki, növbəti sual ortaya çıxır: bəs ədəbiyyatın bədiiliyi nə deməkdir. Bu sual sizi maraqlandırırsa, bu anlayışı bütünlüklə açan bir kitabı oxumağınızı tövsiyə edirik: Qey T.K. "Ədəbiyyatın bədiiliyi", 1975.
Bizim kitabımızda isə yalnız bu problemə əsas yanaşmalar şərh ediləcək. Biz bu sualı təsadüfi olaraq nəzərdən keçirmirik, çünki bədii ədəbiyyat adlandırılan, amma daha diqqətlə baxdıqda belə olmayan bir ədəbiyyat də mövcüddür. Fikrimizcə,bundan baş çıxarmaq çox vacibdir. Bilmək lazımdır ki, incəsənət əsərinin dəyəri bir sıra əsas amillərdən asılıdır. Qeyd edək ki, məşhur fransız alimi A.Mol başda olmaqla tədqiqatçılar incəsənətin bir sıra amillərdən aslı olmasını incəsənətin bütün növləri: ədəbiyyat, musiqi, təsviri incəsənət və s. üçün keçərli hesab edirlər.
Bu mətləbi bəyan edən qrafiklərdə göstərildiyi kimi incəsənət əsərləri informasiyanın mürəkkəblik dərəcəsi, yaxud kəmiyyəti ilə xarakterizə olunan bir məlumatdır, özü də bu xarakteristika öz növbəsində həmin çəmiyyətin mədəniyyətindən asılıdır. Qrafiklərdə göstərildiyi kimi əsərin dəyəri onun mürəkkəbliyindən asılı olaraq hansısa maksimum nöqtəsinə doğru əyri üzrə dəyişir. Cəmiyyətin tarixi inkişafı və onun mədəniyyətinin yüksəldilməsi prosesində bu maksimum yeri dəyişir. O, eyni zamanda mədəniyyətin ünsürlərinin daha bərabər şəkildə ayılması nəticəsində aşılanır. Başqa sözlə, incəsənətin ümumi təkamülü daha dəqiq və çətin anlaşılan ünsür birləşmələrinin, daha doğrusu, hər dövrdə anlaşılmaz adlandırılan bir şeyin yaranmasına gətirib çıxarır. Burada Getenin məşhur ifadəsi ilə necə razılaşmamaq olar?!
"Hərə dünyanı bir cür görür,
Hamı da haqlıdır — Onda o qədər məna var ki".
İncəsənət haqqında elm çoxdan və təkidlə bədii yaradıcılığm təbiətinin açılması üzərində çalışır. Hər bir yazıçı sözlərin konkret mənasından çıxış edərək bədii mətn yaradsh və burada sözlərin birləşməsi ixtiyari deyil, tərkib elementlərinin mənasından və əhəmiyyətindən asılı olur. Nəticədə, söz xüsusi, artıq şifahi olmayan, obrazlı məna əldə edir ki, bu da bədii mətni yalnız məntiqə tabe olan elmi mətndən fərqləndirir. Sözün poetik məzmunu bədii aləmdə sonsuz sayda obrazların mövcudluğunu tələb edir. Həqiqətən bədii olan əsərin məğzi onda özünü göstərir ki, burada söz informasiya və ya məlumat vasitəsi kimi deyil, onun obrazını canlandıran aktyor qismində çıxış edir. Yazıçı yazanda ki: "Bir alma var idi. O, yarpaqlar arasında parıldayırdı, yavaşca dönürdü günün hissələrini, bağın maviliyini, pəncərənin çərçivəsinı cəlb edir və çevirirdi". (Y.Oleşa) Bu, obyektlərin sözdə adı deyil, daha çox sözlərin obyektlərə, oxu prosesində oxucunun şüurunda yaranan müşahidə obrazlarına çevrilməsidir. Budur, əsas şeyə yaxınlaşdıq: sürətli oxu bədii ədəbiyyatın qavranılmasına nə verə bilər?
Əsas oxu prosesinin sürətləndirilməsi deyil, oxu prosesində təfəkkürün müşahidə, obrazlı komponentlərinin inkişafı hesabına estetik təsirin dərinləşdirilməsidir. Təsadüfi deyil ki, əksər şagirdlər sürətli oxu kursu başa çatdıqdan sonra oxu prosesinin müşahidə komponentlərinin kəskin şəkildə artdığını qeyd ediblər. "Elə bil heç oxumuram, kitabda təsvir olunan bütün personajların, hadisələrin, peyzajların olduğu maraqlı kinofilmə baxıram" - dinləyicilərimizdən biri belə yazırdı. Kitabın əvvəlində haqqında danışdığımız sürətli oxuya gəldikdə isə, M.Qorki bədii mətnləri məhz ona görə sürətlə oxuyurdu ki, o, qavrayışın parlaq obrazlılığı ilə fərqlənirdi. Alyoşa Peşkov hələ uşaq vaxtı kitabları oxuyarkən oxuduqlarını elə dəqiq təsəvvür edirdi ki, çap olunmuş sətrin sehrli qüvvəsinə heyrətlənirdi və bədii sözdə gizlənən sirri başa düşməyərək səhifələri işığa tutub baxırdı. Bəs bədii əsərlərin oxu alqoritmi mövcuddurmu? Mütəxəssislər bədii mətnin dərinliyinə varmaq, yaxud dalmağın üç səviyyəsini işləyib hazırlayıblar ki, onlar da, bir növ, oxu alqoritmləridir.
Dərinliyə varmağın birinci pilləsi süjet və fabulanı başa düşməkdir. Yazıçı süjetə ona görə müraciət edir ki, qəhrəmanının nə ilə məşğul olduğunu, nə etdiyini, necə hərəkət etdiyini göstərsin. Oxucunun vəzifəsi bütün bunları izləmək, heç nəyi buraxmamaqdır. Bu pilləni "hadisə", yaxud "fabula" pilləsi adlandırmaq olar. Bütün oxucular ona malikdirlər. Tədqiqatçılar müəyyənləşdiriblər ki, qavrayışın bu pilləsində nağıl edərkən əksəriyyət, əsasən, hərəkəti ifadə edən fellərdən istifadə edir. Məsələn, "Yanıma, Muxtar!" filmini nağıl edərkən 175 sözdən 32-si hərəkəti ifadə edən, yalnız 1-i isə vəziyyəti ifadə edən fel olub. Gənc tamaşaçıların 80%-i bu cür qavrayış səviyyəsinə malikdirlər.
Hərəkəti - fabulanı bilmək vacibdirmi? Sözsüz. Əsərin süjetindən və fabulasından yaxşı baş çıxarmaq yazıçının yaradıcılığının, ustalığının psixologiyasını başa düşməyə yaxınlaşmaq deməkdir. Yazıçının "nağıl etmək" incəsənəti təhkiyə zamanı oxucunun marağının daim artmasını tələb edən xüsusi bir incəsənətdir. Dərinliyə varmağın ikinci pilləsi oxucunun özünü personaja oxşatmaq, öz taleyini onun taleyinin gözlənilməz dəyişiklikləri ilə müqayisə etmək bacarığıdır. Qavrayışın bu pilləsində qəhrəmanlar arasında münasibətlərin mürəkkəb strukturundan, onların simpatiya və antipatiyalarının, əməl və davranışlarının motivlərindən - əsərin bədii konfliktindən baş çıxarmaq tələb olunur. Bu pilləni "məna" pilləsi adlandırmaq olar. Oxucu birinci halda olduğu kimi kəskin fabulalı situasiyalara maraq göstərir, lakin onu qəhrəmanların təkcə taleyi deyil, onların duyğuları da narahat edir. O, əsərdə iştirak edən şəxslərin əməlləri ilə əlaqədar öz şəxsi duyğularını da daha kəskin hiss edir. Hər şey yadda qalır: peyzaj da, şərait də, personajların xarici görünüşü də. Oxucu kitab haqqında danışarkən təkcə hərəkətləri (getdi, gəldi, gizləndi) deyil, həm də qəhrəmanların duyğularını (nifrət edir, sevir, şübhə edir) çatdırır.
Bütün bədii yaradıcılığın mərkəzi və çox vaxt yeganə fiquru insandır. Aid olduğu növdən asılı olmayaraq heç bir bədii əsəri qəhrəmansız, iştirak edən şəxslər olmadan təsəvvür etmək mümkün deyil. Lirikada əsas qəhrəman rolunda müəllifin özü, epos və dramda isə mütləq bir və ya bir neçə qəhrəman çıxış edir. Bədii əsəri oxuyarkən, demək olar ki, həqiqi aləmə çox bənzəyən, eyni zamanda, onun bəsit təkrarı olmayan insan aləminin hüdudlarından kənara çıxmırıq. Biz ədəbi obrazların şərtiliyinə şübhə etmirik, lakin bəzən onları o qədər real qəbul edirik ki, onlar bizə həqiqi həyatda mövcud imiş kimi təsir bağışlayırlar.
Dərinliyə varmağın üçüncü pilləsi oxucunun rəssam-müəlliflə eyniləşdirilməsidir. Onu obrazlı-məna pilləsi adlandırırlar. Onun məğzini L.N.Tolstoyun məşhur sözləri ilə ifadə etmək olar. O deyirdi ki, oxucu müəllifin necə insan olduğunu müəyyənləşdirmək, onun qəlbində nələrin olduğuna baxmaq üçün kitabı əlinə alır. Bədii əsərlər həmişə yazıçının şəxsi estetik idrakının səviyyəsini əks etdirir. Yaradıcı idrak hər şeydən əvvəl özünüdərketmədir. Rəssam əsəri yaradarkən bu və ya digər tərzdə dünyanı necə gördüyünü ifadə edir. Bu bir səviyyədir. Onu "kiçik" dünya kimi xarakterizə etmək olar. Yazıçının ətraf aləmə, zəmanəyə, müasirlərinə münasibətini şərti olaraq "orta" dünya adlandırmaq olar. Bu, başqa bir səviyyədir. Böyük rəssam heç vaxt bu iki səviyyədə dayanmır. Onların ikisi də onun üçün böyük dünyanı, makrokosmosu - kainatı, bəşəriyyəti tanımağa aparan yoldur. İdrakın bu səviyyələrini özümüz üçün aydınlaşdıraraq, onların xarakterini müəyyənləşdirərək "müəllifin öz qəhrəmanları ilə vahidliyinin sirrini", şəxsi yaradıcılıq prosesinin sirrini başa düşməyə yaxınlaşacaq, bundan sonra isə yazıçının öz oxucusuna nə demək istədiyini də dəqiq başa düşə biləcəyik. Yazıçının nəyi dərk etdiyini, nədən baş çıxardığını və nəyin onun şüurundan kənarda qaldığını, müxtəlif səbəblərdən dolayı nədən baş çıxara bilmədiyini müəyyənləşdirmək vacibdir.
Bu söhbətin nəticəsi olaraq yoxlama testi kimi hər hansı bir mətni oxuyun. Mümkün qədər sürətlə oxumağa çalışın, amma ən əsası öz şüurunuzda parlaq müşahidə obrazları, müəllifin yazdığı barədə təsəvvür oyadın. Mətni oxuyub qurtardıqdan sonra oturub düşünün, götür-qoy edin. Oxunun inteqral alqoritminin bütün bloklarını yadda saxlayıb-saxlamadığınızı, boşluqların olub-olmadığını yoxlayın. Sizə məlum olan formula əsasən oxunun sürətini hesablayın və nəticəni qrafikə və öz uğurlarınızın cədvəlinə daxil edin.
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR