Nə oxumalı? Necə oxumalı?
Qəzetləri necə oxumalı
Qəzetlər müasir dünyada mühüm yer tutur. Fikrimizcə, hər bir şagird gündə iki-üç qəzet oxumalıdır. "Bu qədər vaxtı haradan tapaq", deyəcəksiniz. Əlbəttə, hər qəzeti bir saata, bir saat yarıma oxusanız, vaxt çatmayacaq. Qəzetləri sürətlə və hətta çox sürətlə oxumağı bacarmaq lazımdır.
Psixolinqvistika sahəsində məşhur olan Sovet tədqiqatçısı İ.N.Qorelov belə tövsiyələr verir: "Kim ki müntəzəm olaraq qəzet oxuyur, sürətli oxunun rasional metodikasını asanlıqla öyrənə bilər və bir sütunu nəzərdən keçirməyə bu metodikanı bilməyən birindən 8-10 dəfə az vaxtı gedər".
Hadisələrin gedişatından xəbərdar olan daimi oxucu, əvvəla, adları, coğrafi adları və bir çox digər qəzet terminləri üzərində çox vaxt sərf etmir. İkincisi, o artıq öz mütəşəkkil "məlumat anbarı"-na malikdir və ona əsaslanaraq hadisələrin mümkün inkişafına dair antisipasiya proqramı işləyib hazırlaya bilir. Xatırladaq ki, antisipasiya halını dördüncü söhbətdə ətraflı şərh etmişik. Üçüncüsü, daimi oxucu öz diqqətini onu daha çox maraqlandıran materiallar üzərində cəmləşdirə bilir. Lakin burada da hər şey (nə qədər yeni olsa belə) ona görə başa düşülür ki, burada artıq oxşar olan situasiyalar, hadisələr təsnifatı, işin məğzinə dair biliklər mövcuddur. Təcrübəli publisistlər, felyetonçular, reportaj müəllifləri öz mətnlərini elə təqdim etməyə çalışırlar ki, o, yeni və maraqlı mətn təəssüratı yaratsın.
Əlbəttə, haqqında məlumat verilən faktın özü maraqlı və yeni ola bilər. Lakin onu elə başlıqdan başlayaraq müxtəlif cür təqdim etmək olar. Sovet alimi N.Q.Yedina başlıqların tipologiyasını araşdırıb və aşkar edib ki, onlar istiqamətləndirici (nə? harada? nə vaxt?), aydınlaşdırıcı (niyə?, hansı məqsədlə? və hansı səbəbdən?), təsdiqləyici (ümumiyətlə, nə baş verib?) və s. ola bilər. Digər qruplar arasında istiqamətdən yayındırıcı, yaxud qeyri-müəyyən istiqamətləndirici başlıqlar da maraqlıdır. Məsələn, O.Henrinin "Krallar və kələm" adlı nağıllar toplusu tipik istiqamətdən yayındırıcı başlığa nümunədir, belə ki, oxucu üz qabığının altında heç bir kral və kələm tapmayacaq.
"5000 il" başlığı maraq doğura bilər, lakin mətndə hansısa qədim şəhərin xarabalıqları, mütəxəssis və arxeoloqların fikrincə, başlıqda göstərilmiş yaranma müddətinə aid edilə bilməz. Məlum olur ki, ilkin fərziyyə əsassız olub və əslində ötən əsrə aid olan, heç bir dəyəri olmayan xarabalıq tikili tapılıb. İnformasiya əvvəllər bu fərziyyə və qazıntılar haqqında məlumatı olanlar üçün maraq doğura bilər. Lakin öz müvafiq materialını vaxtında təqdim etməyə macal tapmayan jurnalist istəməyib ki, geri qaytarılan material batsın. Beləliklə, maraq doğurucu başlıq kəşf edilib. "Ötən əsrə aid əhəmiyyət kəsb etməyən anbar aşkar edilib" başlığı altında olan informasiyanı kim oxuyardı axı?
Jurnalistlərin fikrincə, informasiyanı "Arxeoloqun kobud səhvi" adlandırmaq daha yaxşı olardı, çünki insanlar başqalarının səhvləri haqqında oxumağı hər şeydən çox sevirlər. Mətn bir növ mətnaltı mənası olması ilə maraqlıdır. "Sətirarası" oxu, əlbəttə ki, metaforadır. Lakin bu halda mətnaltı məna haradadır? N.Q.Yedina ilə razılaşmaq olar ki, mətnaltı məna oxucudadır, onun psixikasındadır, yalnız oradadır. Adama elə gəlir ki, mətnaltı mənası olmayan mətnlər var: nə yazılıbsa, onu da başa düşmək lazımdır, vəssalam. Lakin qısa informasiyanın başa düşülməsi üçün də mütləq ilkin biliklər lazımdır ki, bu biliklərə də müəllif işarə vurur (ifadə etmir, amma nəzərdə tutur) və onlar oxucuda da "canlanmalıdır", əgər onda əvvəldən olubsa.
Mətni nə cürsə başa düşməyə imkan verən istinad biliklər mətnarxası məna adlandırılır. O ki, qaldı mətnaltı mənaya, o, mətnarxası mənadan onunla fərqlənir ki, təkcə mətnin özünü başa düşməyə kömək etmir, həm də paralel, analoji bir şeyi xatırlamaq üçün mətnin məzmunundan hansısa başqa tərəfə keçməyin lazım olduğuna işarə vurur. Beləliklə də, qəzet oxuyarkən əsas diqqəti informativ, yəni sizin üçün məzmunlu olan mətnlərə ayırmaq lazımdır. Hər gün məşq edin. Məşqin nəticəsi o zaman olacaq ki, məsələn, "Komsomolskaya pravda" qəzetinin oxunmasına 15 dəqiqədən artıq vaxt getməyəcək.
Elmi və elmi-ictimai kitab və jurnalları necə oxumalı?
Yaşadığımız informasiyanın sürətlə sıçrayışı, kosmos və elektronika əsrində elm və texnikanın ən son nailiyyətlərindən xəbərdar olmaq çox vacibdir. İstənilən bilik sahəsində öz ixtisasına aid ədəbiyyat oxumayan bir mütəxəssis təsəvvür etmək çətindir. Bəs şagirdə elmi və ictimai ədəbiyyat lazımdırmı? Əlbəttə, lazımdır. Müasir cəmiyyətdə öz yerini müəyyənləşdirmək, qəlbin daxili tələbatlarına cavab verən bir məşğuliyyət tapmaq üçün çox bilmək, müxtəlif ədəbiyyatlar oxumaq lazımdır. O qədər olub ki, imtahandan keçmiş şagird seçdiyi ixtisasa istəyi və marağı olmadan universitetə qəbul olunub. Sözsüz ki, bu, çətin problemdir və burada hansısa resept ola bilməz. Lakin təcrübəmiz göstərir ki, çox və sürətlə oxuyan şagird gec-tez onun həyatının məqsədinə çevriləcək işini tapacaq. Çoxtərəfli oxu insanın erudisiyasını yüksəldir, bu cür həmsöhbət istənilən mühitdə: musiqi məktəblərinin şagirdləri arasında da, rəssamların əhatəsində də, gənc texniklər stansiyasının divarları arasında da özünü ora aid hiss edir. Biz hər şeyi bilməyə çağırmırıq. İnsanın informasiyanın qavranılması və emalında imkanlarının hüdudları var. Bir görkəmli Sovet alimi erudisiyalı insana belə tərif verib: "Hər şey haqqında bir az və bir az haqqında hər şeyi bilmək lazımdır". Elmi və ictimai kitabla işləyərkən müəyyən bir sistem böyük əhəmiyyətə malikdir, əks təqdirdə siz də A.Fransın qəhrəmanlarından birinin arzuolunmaz taleyini yaşayarsıınz. O yazırdı: "Mən çox vaxt sürətlə oxuyurdum, nəyisə hesablamadan və baş açmadan və tezliklə məlum olanda ki, heç nə bilmirəm - çox təəccübləndim".
Bəs elmi və elmi-ictimai jurnalları necə oxumalı? Onların məzmunu ilə necə yaxşı və dərindən tanış olmaq olar? Bu cür kitabların oxunması müxtəlif cür ola bilər. Bu, nəzərdən keçirmə, seçici oxu, tam oxu və nəhayət, öyrənmə ola bilər. Oxu üsulu məqsəddən asılıdır. Fərz edək ki, kitab haqqında ümumi təsəvvür yaratmaq, onun xarakterini: elmilik dərəcəsini, təhkiyə tərzini, üslubunu və s. müəyyənləşdirmək qərarına gəldiniz. Bunu qaçaraq nəzərdən keçirmə yolu ilə etmək olar. Məsələn, sizi elmin elektronika kimi bir sahəsi maraqlandırdı. Kitabxananın müvafiq bölməsi ilə tanış olaraq aşkar edəcəksiniz ki, bu mövzuya aid kitab çoxdur. Seçim etməlisiniz. Hansı prinsipə görə seçməli? Hansı kitab daha qalındır və ya hansı daha nazikdir? Adına görə hansı daha cəlbedicidir?
Burada digər meyarlan əldə rəhbər tutmaq lazımdır. Kitabın ümumilikdə ilkin qiymətləndirilməsi sistemi mövcuddur. Kitabın nəzərdən keçirilməsi müəyyən vərdişlərə yiyələnməyi və onların tətbiqində məqsədyönlü ardıcıllığa riayət edilməsini tələb edən geniş yayılmış metoddur. Qaçaraq nəzərdən keçirmə səriştəli oxucuya çox şey verə bilər. Kitabla bu ardıcıllığa əsasən tanış olmaq lazımdır:
Birincisi, kitab haqqında əsas məlumatların olduğu titul vərəqəsini diqqətlə oxumaq: ad, müəllif, nəşr olunduğu yer və il, nəşriyyatın adı;
İkincisi, kitabın girişi ilə tanış olaraq, onun hansı fəsillərdən ibarət olduğunu, materialın hansı ardıcıllıqla təqdim edildiyini başa düşməyə çalışmaq; kitabda çertyojların, sxemlərin, şəkillərin, əlavə və izahedici mətnlərin olub-olmamasına diqqət yetirmək;
Üçüncüsü, məzmunu daha yaxşı təsəvvür etməyə, kitabın vəzifəsini və məqsədini başa düşməyə, onu necə oxumağa dair məsləhət almağa kömək edəcək annotasiyanı, ön sözü, girişi, son sözü, nəticəni oxumaq;
Dördüncüsü, kitabın bilavasitə əsas mətni ilə tanış olmaq, bunun üçün ən dəyərli və maraqlı fəsillərdən bəzi səhifələri, abzasları, parçaları oxumaq. Bu, müəllifin üslubu və dili, materialın təhkiyə xüsusiyyətləri, kitabın çətinlik, yaxud müyəssərlik dərəcəsi barədə təsəvvür yaradacaq.
Lazımi kitabların axtarışı, istinad ədəbiyyatın seçilməsi effektiv iş üçün böyük əhəmiyyət daşıyır.
Burada bəzi sadə metod və üsullar faydalı ola bilər. Onların qısa ifadəsi belədir: İlk növbədə, istinad ədəbiyyatını tədqiq etmək və verilən mövzu üzrə öz biblioqrafiyanızı yazmaq lazımdır. Bunun üçün dövri istinad nəşrlərini, kitabxana kataloqlarını, kitab siyahılarını, qeydləri nəzərdən keçirmək lazımdır. Dövri nəşriyyat üzrə resenziya və yeni kitablar haqqında elanlarla tanış olmaq, qəzet və jurnallardan məqalə kəsmək vacibdir. Burada sizə "Kitab təhlili" qəzetini tövsiyə etmək olar. Ondan qeydlər etsəniz və nəzərdən keçirsəniz, həmişə kitab ədəbiyyatı haqqında bütün yeniliklərdən xəbərdar olacaqsınız. Yuxarıda göstərilən proqramı tam əsaslı olaraq elmi və elmi-ictimai ədəbiyyatın axtarışı və oxunması alqoritmi adlandırmaq olar. Bu mətnlərin oxunmasına görkəmli rus kitab xadim P.A.Rubakinin fikrini aid etmək olar. O yazırdı ki, oxu başqa insanların fikirlərindən istifadə etmək yolu ilə öz fikirlərinin yaradılmasıdır. Bunu yadda saxlayın. Əgər elmi, yaxud ictimai kitab oxuduqdan sonra da hansısa ideyalarınız, fikirləriniz, düşüncələriniz yarandısa, siz düzgün oxumusunuz.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Mobil nömrələrlə bağlı yenilik
"Barselona" "qızıl dubl"a imza atdı
Ölkədə 12 obyekt bağlandı
İmtahanla bağlı yenilik
Kişilər qadınlardan daha sürətli arıqlayır
Günəş tutulması baş verəcək
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Qısa boğazlı çəkmələr
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
Öləndə molla istəməyən yazıçımız
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
Günün qoroskopu: Mübahisə etməyin!
200 illik tarixi məzarlıq
Mart ayında HAVA necə olacaq?
Üzən şəhər tikiləcək
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
“Koronavirusun sonu yaxında deyil” - ÜST-ün rəhbəri
Kim deyir ki, qadın zəif məxluqdur?
Keratinin faydaları və zərərləri
Badamın inanılmaz faydaları
Körpələr üçün yataq otağı modelləri
Hava haqqında
Günün qoroskopu - 06.11.2013
3D şəkillər
1 milyon avronu 3 saniyəyə qazanan qız
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (2)
Türkiyədən ermənilərə "qırmızı işıq"
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Unikal enerjili avtomobil
Cemli burma (foto resept)
Aslılıq yaradan qidalar
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Dollarda növbəti bahalaşma
Serenay Sarıkaya kökəldi-FOTO
Film festivalında jüri olacaq - FOTO
Əl işim olan xonçalar
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Azərbaycanın daha yeddi kəndi azad olundu
"Baku Fires" Qazaxıstan komandasına qalib gəldi
Kibritdən hazırlanan əşyalar
Saçda kölgələr















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]