Ola bilər ki, siz artıq bir neçə dəqiqəyə bir qəzeti oxuya bilən və bircə saat ərzində bütün bir kitabı nəzərdən keçirən, eyni zamanda məzmununu da mənimsəyən insanlar tanıyırsnız. Yəqin elə düşünmüsünüz ki, bu insanlar hansısa anadangəlmə qabiliyyətə malikdirlər, sizdə isə bu qabiliyyət yoxdur. Əslində isə sürətli oxu bəzi sadə üsulların tətbiqinin nəticəsidir ki, bu "sirr" və "fokuslara" yiyələnmək üçün lazımi vaxt sərf etmək və cəhd göstərmək istəyən hər kəs bu üsulları mənimsəyə, təkmilləşdirə və onlardan istifadə edə bilər.
İndi bunlar artıq məharət deyil, sürətli və keyfiyyətli oxu haqqında olduqca aydın və müyəssər dərsliklərdir. Sürətli oxu bir çoxları üçün asan və müyəssər bir şeyə çevrilib. Sürətli oxuya keçməzdən əvvəl gəlin, oxunun, ümumiyyətlə, nə olduğunu aydınlaşdıraq.
Oxu prosesinin alimlərin təklif etdiyi təriflərindən biri belədir: Oxu müəllifin mətndə qoyduğu hərfi və gizli mənaların başa düşülməsi üçün gözlərimizdən və şüurumuzdan istifadə edilməsi prosesidir. Bu tərif oxunun bir mürəkkəb psixoloji və əqli proses olaraq hələ bir çox digər tərəflərini əks etdirmir. Onun öyrənilməsi davam edir və görünür ki, dahi alman şairi Höte ilə razılaşmaq olar. O, öz əsərlərindən birində yazırdı: "Bu xeyirxah insanlar heç təsəvvür edə bilməzlər ki, oxumağı öyrənmək nə qədər zəhmət və vaxt tələb edir. Mən özüm buna 80 ilimi sərf etmişəm və hələ də məqsədimə tam çatdığımı deyə bilmərəm".
Oxu təlimin əsas vasitəsi ətraf aləmi dərk etmək alətidir. Yeni kütləvi informasiya vasitələrinin-radio və televiziyanın meydana çıxmasına baxmayaraq, oxunun insanların həyatında əhəmiyyəti hələ də böyükdür.Şahidi olduğumuz informasiya partlayışını alimlər hələ ötən əsrdə proqnozlaşdırıblar. Bizim dövrdə elmi-texniki informasiyanın həcmi böyükdür: o, hər 10-15 ildə ikiqat artır.
Müasir sivilizasiya şəraitində əksər insanlar artıq informasiya axınının bütün növlərini mənimsəmək iqtidarında deyillər. Bununla yanaşı, bu baxımdan baş beyinin ehtiyatları tükənməmişdir. Məsələn, bir çox şeydə insandan üstün olan hesablayıcı maşınların bəzi parametrlərinə görə insana uduzması faktı bununla izah olunur. Bu, "insanla texnika" qarşıdurmasına imkan verən sistemlərdə xüsusilə aydın aşkar edilib.
Elektron hesablayıcı maşın terminalın - nümayişetdirici televiziya qurğusunun ekranına hesablamanın nəticəsini tez bir zamanda çıxarır, insan-operator isə nəticələrin hesablanmasına həddindən çox vaxt sərfedir. Halbuki, bəzən mexanizmlərin və avadanlığın fasiləsiz və qəzasız işləməsi qərarın nə qədər tez qəbul edilməsindən asılı olur.
Son 20 ildə EHM qurğularının yaddaş tutumu 1000 dəfədən çox, onların sürətli işi isə 100 dəfədən çox artıb. Bəs insanın? Alimlərin müşahidələri göstərir ki, əksər insanlar 50 və 100 il əvvəl olduğu sürətlə oxuyurlar: dəqiqədə 600-900 işarə. Məhz buna görə də cəmiyyətimizin hər bir üzvünün oxu sürətinin yüksəldilməsi məsələsi kəskin şəkildə ortaya çıxır.
Oxu texnikasının rolu məktəbdə xüsusilə böyükdür. Xarkov pedoqoji institutunda aparılmış tədqiqatlar göstərib ki, şagirdlərin oxu sürəti ilə müvəffəqiyyəti arasında birbaşa əlaqə mövcuddur.
Belə ki, sürətlə oxuyan şagirdlər arasında "yaxşı" və "əla" oxuyanlar 53%, ləng oxuyanların arasında isə yalnız 4% təşkil edir.
Şagirdlərin oxu sürətinin aşağı olması onların ali məktəbdəki təhsilinə də pis təsir edir.
"İzvestiya"-nın xüsusı müxbiri E.Maksimova və İ.Preslovskaya "Gəmiqayırma institutundan məktublar"-da yazırdılar: "İnstitutdan təxminən hər dörd nəfərdən biri qovulur və bu göstərici artıq neçə ildir dəyişmir. Məktəb uzun müddət eyni bir materialı təkrarlayır, ləng sürət ağlı zəiflədir, ali məktəbdə isə hər dəqiqə yeni informasiyalar ilə doludur. Xüsusilə də ilk iki kursda".
Məlum olduğu kimi orta təhsilinin mükəmməlləşdirilməsinin uzunmüddətli proqramından ibarət olan məktəb islahatı şagirdlərin işinin fəallaşdırılmasını nəzərdə tutur. "İnformatika və hesablayıcı texnikanın əsasları" adlı yeni kursun tətbiqi bu yolda ilk addımdır.
Moskvanın bir sıra məktəblərində oxuyan sinif şagirdlərinə sürətli oxu metodunun öyrədilməsi onların marağına səbəb oldu və bütövlükdə dərs prosesinin fəallaşdırılmasına yaxşı təsir göstərdi.
Sürətli oxudan nə vaxt və harada istifadə edilir?
"...Kitabı oxuyarkən növbəti fəslə kimi oxumağa tələsmə, kitabda və onun sözlərində nədən bəhs edildiyi barədə düşün və eyni fəslə üç dəfə qayıt" - 1076-cı ildə işıq üzü görmüş "Svyatoslavın məcmuəsi"-də belə oxumaq tövsiyə olunurdu. Müasirimiz olan ingilis yumoristi D.Mikeş hekayələrindən birində yazırdı: "...biləndə ki, senator S. yazıçı Ç.Dikkensin "İki şəhərin hekayəti" əsərini otuz dəqiqəyə oxuyub şoka düşdüm. Sən demə, Dümanın "Üç muşketyor"-na senator 16 dəqiqə vaxt sərf edəcək, orta hesabla, hər muşketyora 5 dəqiqə 20 saniyə düşəcək".
Bu, oxuya iki ifrat baxışdır. Bəzi müəlliflər sürətli oxunun problemlərini müzakirə edərkən oxu prosesinin sürətləndirilməsinin, ümumiyyətlə, yolverilməz olması qənaətinə gəlirlər.
Sürətli oxunun tətbiqi sahələri məsələsi bəzi tənqidçilərin etdiyi kimi kəskin şəkildə həll edilməməlidir. Bu gün biz hələ oxunun bütün mexanizmlərinin və onun son imkanlarının dərk edilməsindən çox uzağıq. Buna görə də sürətli oxudan istifadənin sərhədlərindən danışarkən, hər şeydən əvvəl onun konkret oxucuların imkanlarına uyğun olaraq tətbiq edilməsinin məntiqli hüdudlarını nəzərə almaq lazımdır. Hec bir tədqiqatçı bu üsulu bədii ədəbiyyatın oxunması üçün istifadə etməyi təklif etməyib, hərçənd onu sürətli oxu metodu ilə məhsuldar şəkildə oxumaq olar. A.S. Novikov Priboyun xatirələrinə görə, M.Qorki jurnalları belə oxuyurdu: "Aleksey Maksimoviç birinci jurnalı götürdü, onu böldü və onu nə oxuyan kimi oxuyur, nə də vərəqləyən kimi vərəqləyirdi. Qorki oxumurdu, sanki nəzərləri ilə səhifələrdə gəzinirdi, yuxarıdan aşağıya, şaquli xətt boyunca" və Novikov-Priboy düşündü ki, Qorki iki dəfəyə oxuyur və hal-hazırda jurnalın ilkin nəzərdən keçirilməsi mərhələsi olan birinci mərhələni icra edir.
Birinci jurnalı bitirdikdən sonra Qorki ikincisinə başladı və hər şey təkrarlandı: o, səhifəni açırdı, pilləkənlər kimi yuxarıdan aşağıya doğru səhifədə nəzərlərini gəzdirirdi və buna onun bir dəqiqədən də az vaxtı gedirdi, sonra təkrar-təkrar və sonuncu səhifəyə çatırdı. Jurnalı kənara qoyurdu və yenisini götürürdü.
Bunu görən Novikov Priboy jurnallardan birini götürdü, oradan bir hekayə, kiçik povest, şeir silsiləsi, ədəbi-tənqidli məqalə seçdi və diqqətlə onları oxudu (yeri gəlmişkən, buna onun bir neçə saat vaxtı getdi), növbəti gün isə Qorkini bir balaca yoxlamaq istədi. Oxuduqları haqqında təəssüratlarını bölüşdü. Onun gözlədiyi kimi bir qədər sonra Qorki onunla mübahisə etməyə başladı. Novikov Priboyun gözləmədiyi bir şey var idisə, o da Qorkinin ifadələrinin heyrətamiz şəkildə dolğunluğu idi: "Aleksey Maksimoviç təkcə povestin fabulasına, tənqidi məqalənin müəllifinin düşüncə tərzini xatırlamırdı, həm də heyrətamiz şəkildə asanlıqla yadında qalan və müzakirə olunan əsərlərin məzmunundakı metafora, epitet, müqayisə və obrazlardan misal gətirirdi."
Sürətli oxunun tədrisinə dair xarici dərsliklər sürətli oxu metodundan bədii ədəbiyyat üçün istifadə edilməsinə dair tövsiyələr vermir. Məsələn, Hyuston şəhərində (ABŞ) təhsilin inkişafı laboratoriyasının nəticələri belədir: "Yaxşı oxucu oxudan həzz alır və nə oxumasından asılı olaraq dəyişkən sürətlə oxuyur. Şair Miltonu sözbəsöz və sətir-sətir, tarixçi Makoleyi cümlə-cümlə, yazıçı Tekkereyi abzas-abzas, Konan Doylun detektivlərini isə səhifə-səhifə oxumaq lazımdır". Aydındır ki, oxunun seçiciliyi elə məhz sürətli oxunun əsas xüsusiyyətidir ki, bu da həmin metoda yiyələnənlərə müxtəlif janrlarda olan mətnləri müxtəlif sürətlərdə eyni dərəcədə yaxşı mənimsəməyə imkan verəcək.
Əsl oxu incəsənəti oxunun məqsədindən, mətnin vəzifəsindən və xarakterindən asılı olaraq dəyişkən oxu bacarığını özündə ehtiva edir.
Təlim metodikamızın vəzifəsi belə bir bacarığı formalaşdırmaqdır. Sürətli oxu metodundan qəzetlərin, elmi populyar kitabların, jurnal və digər resursların oxunmağında istifadə edilə bilər.
Sizin üçün çətin anlaşılan bədii ədəbiyyatı və bunun kimi istənilən digər mətnləri sürətlə oxumağı tövsiyə etmirik.
XƏBƏR LENTİ
Ölkəmizdə bir günlük istirahətin qiyməti - ARAŞDIRMA
Günün ulduz falı - 14.09.2013
Bakı nə günə düşəcək?
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Hər kəs xəstə atasına qulluq edən 6 yaşlı uşaqdan danışır-FOTO
İlham Əliyev, Putin və Paşinyan arasında görüş başladı - YENİLƏNİB + VİDEO
ABŞ-da müxbir canlı yayıma şalvarsız çıxdı – VİDEO
Yeni il qabağı avtomobillərə qadağa
Yaşadıqca...
Bu sezonun eynək modelləri
Xəstəlik aktyoru tanınmaz hala saldı
Avropada ilk transfer bombası partladı
Direktorlara kurs keçiləcək
Plastik istifadəsini azaltmağın yolları
Ana bətnində mübarizə
İnstagram fenomeninin sirri məlum oldu-FOTO
Səməd Vurğun dünyası rənglərin işığında
DİM 24-25 iyunda keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ
Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər
Paltardan pomidor ləkəsini necə çıxarmalı?
Ermənistana daha bir sarsıdıcı zərbə: Düşmənin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edildi - VİDEO
Bilməkdə fayda var...
Azərbaycan millisi irəlilədi
Maşın bazarında canlanma - QİYMƏTLƏR
Çinlilər “iPhone X”in tam oxşarını yaratdı
Bayram bazarlığı: Əliniz cibinizdə olsun!
Abituriyentlərinin nəzərinə!
Ebola Azərbaycanda yayıla bilər?
Millət vəkili Ramil Səfərovun evində
Azərbaycanda süni mayalanma halları artıb
"Naznaz" peraşkisi (foto resept)
Ən uzaq kosmik cism tədqiq ediləcək
Damarları təmizləyən qidalarla tanış olun!
BAKI 2015: Bu komandamız ən güclü oldu
Hər mövsümün tərzinə çevrilən, ağ şalvarlar
Balıq kotleti (foto resept)
Dünyanın ən iri teleskopu tikilir
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə
DİN Gəncədə məsciddəki əməliyyatla bağlı açıqlama verdi
Klaviaturanın sirləri (Dərs4)
Günün ulduz falı
Suda doğuşun faydaları
Mayli Sayrus xəstəxanalıq oldu-SƏBƏB
Kralın səhər yeməyi pudinqi (foto resept)
Ac qarına bunları etməyin!
Buraxılış imtahanlarının vaxtı bilindi
2013-cü ilin ən uğursuz filmləri
Arvadını öldürdü, koronavirusdan vəfat etdiyini dedi
Cehiz alış-verişi
- ŞƏRHLƏR