Məşğələ: Oxu zamanı yaddaşın məşq etdirilməsi
- Təhlil aparmaq və əvvəlki dərsdə verilmiş tövsiyələrə müvafiq olaraq öz yaddaş tipinizi müəyyənləşdirmək.
- Cədvəl 8-ə müvafiq olaraq "Bir neçə günlük yadda saxlamaq" rejimi üçün oxunulanların təkrar edilməsinin məşqini aparmaq. Bu zaman nəzərə almalısınız ki, təkrar dedikdə biz oxunulanın öz sözlərimizlə əsas mətnə mümkün qədər yaxın olan şəkildə ifadə edilməsini nəzərdə tuturuq. Oxunulana müraciət yalnız lazım olanları 2-3 dəqiqə yaddaş gərginliyi nəticəsində yada salmağın qeyri-mümkün olduğu halda yolveriləndir.
Misal göstərilmiş məşğələlərdə biz F.Lezerin "Yaddaşın məşq etdirilməsi" kitabından götürülmüş tövsiyələr veririk. Onlar oxunulanların iki rejim üçün təkrar edilməsi qaydalarına aiddir: bir neçə günlüyə yadda saxlamaq və uzun müddət yadda saxlamaq.
Birinci rejim imtahanlara hazırlıq dövründə şagird və tələbələr üçün xarakterikdir. Müşahidələr göstərir ki, heç də bütün şagirdlər imtahanlara hazırlaşmaq üçün ayrılan vaxtdan səmərəli istifadə etmirlər. Məsələn, hazırlığa ayrılmış üç gündən götürülmüş bu situasiya səciyyəvidir: iki gün yarımı istirahət edirsiniz, yerdə qalan yarısını və gecə isə imtahana hazırlaşırsınız. Bu cür işin məhsuldarlığı çətin ki, yüksək olsun. Cədvəl 8-də təklif olunan təkrarlama üçün rejim dəfələrlə sınaqdan keçirilib və yaxşı nəticələr verib. Burada iki vəziyyətə diqqət çəkmək istərdik. Birincisi, artıq öyrənilmiş və əvvəllər mənimsənilmişlərin təkrarı nəzərdə tutulur. Bu cür rejimdə prinsipial olaraq yeni, şagirdin şüurunda sistemləşməyən bir material öyrənilirsə, müsbət nəticə gözləmək çətindir.
Cədvəl 8: İmtahandan əvvəl dərs materialının təkrarlanması rejimi
|
Təkrarlar |
Zaman |
|
Birinci İkinci Üçüncü Dördüncü |
Oxu qurtardıqdan dərhal sonra Əvvəlki təkrar bitdikdən 20 d. sonra Sonra 8 saatdan sonra Bir sutkadan sonra (yatmazdan əvvəl daha daha yaxşı olardı)
|
İkincisi, təkrarlama prosesini ciddi şəkildə yuxarıda verilmiş təyinatlara müvafiq olaraq icra etmək lazımdır.
Necə məşğul olmalı?
Fərz edək ki, tarixdən imtahana hazırlaşırsınız. Hazırlaşmağa 4 gün ayrılıb. Dərsliyi, dərs vəsaitlərini, imtahanda düşəcək sualları hazırladınız. Dərsliyi oxumağa başlayın. Necə oxumalı? Artıq qeyd etmişik ki, predmeti ilk dəfə öyrənərkən dərslikləri sürətlə oxumaq olmaz. Lakin bizim eksperimental qrupumuzda bir dəfə "sözə qulaq asmayan" şagirdlər var idi ki, hamısı dərslikləri sürətlə oxuduqlarını dedilər. Aparılmış yoxlama göstərdi ki, bu heç də belə deyil. Onlar, həqiqətən də, sürətlə oxuyurdular, lakin əsas dərsliyi deyil, əlavə ədəbiyyatı və dərs vəsaitlərini. Nəticədə şagirdin, adətən, bir dərsliklə məhdudlaşdığı yerlərdə bizim uşaqlar daha bir neçə kitab da oxuyurdular və buna ümumilikdə əsas dərsliyin oxunmasına sərf edilən müddətdən çox olmayan qədər vaxt sərf edirdilər. Lakin nəticə tamamilə gözlənilməz oldu. Əsas dərslikdəki əksər aydın olmayan və anlaşılmaz təriflər əlavə oxu zamanı aydınlıq və anlaşıqlılıq əldə edirdi. Lakin ən əsası, bu ən çox yadda saxlamaya təsir göstərdi. Ehtimal edirik ki, bu cür oxu rejimində əvvəl haqqında yazdığımız qeyri-ixtiyari yadda saxlama effekti yaranır: lazım olan şeylər öz-özünə, heç bir cəhd göstərilmədən yadda qalır. Bir daha diqqətinizə çatdırmaq istərdik ki, bu, sürətli oxu rejiminin həyata keçirilməsinin nəticəsidir.
Siz əsas dərsliyi oxudunuz. Sürətli oxu metodu ilə əlavə ədəbiyyatı da oxudunuz. Buna bir gün sərf etdiniz. İkinci günün səhəri isə dərsliyin sonuncu bölmələrini oxuyaraq dərhal təkrara keçirsiniz. Təkrarlama, demək olar ki, yoxlama imtahan biletlərində olan suallara cavabdır. Əsas mətnə yalnız o halda müraciət edirsiniz ki, yaddaşınızı 2-3 dəqiqə ərzində gərərək lazım olanı xatırlaya bilmirsiniz. Birinci təkrarı qurtardıqdan sonra 20 dəqiqə istirahət edin və dərhal əvvəlki ilə analoji olaraq yeni təkrara başlayın. İkinci gün axşama qədər növbəti təkrarı bitirdiniz. İstirahət edin. Fiziki məşğələlər edin. Yatmazdan əvvəl gəzintiyə çıxın. Üçüncü gün səhər növbəti, üçüncü təkrara başlayın. Siz onu saat 15-də başa çatdırdınız. Növbəti gün saat 15-ə kimi istirahət edin. Dördüncü gün saat 15-də sonuncu təkrara başlayın. Onu məqsədyönlü şəkildə saat 22-dək başa çatdırın və dərhal yatmağa uzanın. Növbəti səhər imtahandır. Sizi müvəffəqiyyət gözləyir. Buna heç bir şübhə yoxdur. Siz nəinki əsas dərsliyi, həm də əlavə ədəbiyyat oxumusunuz. Adlar, faktlar, soyadlar alqoritminizin bloklarında aydın şəkildə yerləşir. Siz hər tarixi dövrün xüsusiyyətlərini yaxşı təsəvvür edirsiniz. Müəyyən dövrün məzmununu qısa şəkildə, dominanta formasında nəql edə bilərsiniz. Öyrəndiyiniz fənnə münasibətiniz hadisələrin, halların və faktların fəal, tənqidi təhlili ilə fərqlənir. Nəzərdən keçirilmiş imtahana hazırlıq metodikası başqa fənlərdə də: riyaziyyatda, fizikada və s. yaxşı nəticələr verir. Cədvəl 9-a uyğun şəkildə oxunulanın "Uzun müddəl yadda saxlamaq" rejimi üçün təkrarlanmasının məşqini aparmaq. Yadda saxlanılan materialın həcmi 30 min işarədən artıq deyil. Təkrarın növünün müəyyənləşdirilməsi əvvəlki məşğələdə olduğu kimidir.
Dərsin yekununda sürətli oxu texnikasının bütün üsullarından istifadə edərək yoxlama mətni oxuyun. Faktoqrafik informasiyanın təsbitinə və yadda saxlanılmasına xüsusi diqqət yetirin. Oxu sürətinin ölçülməsinin nəticələrini hesablayın və yazm.
Cədvəl 9: "Uzun müddət yadda saxlamaq" rejimi üçün təkrarlama metodikası
|
|
Həftənin günləri |
|
||||
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
|
Birinci təkrar oxu başa çatdıqdan sonra İkinci, ilk təkrardan 20 dəq. sonra |
Yalnız əvvəlkindən 24 saat sonra təkrarlamaq |
İstirahət |
Təkrar |
İstirahət |
Istirahət |
Təkrar |
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA
77 qəpiyə gələn mal Azərbaycanda 20 manata satılır
Ali məktəblərə YENİ QƏBUL QAYDALARI təsdiqləndi
Ermənilər ATƏT-i saymadılar: atəş açıldı
Bolqarıstan kopronavirusa yoluxan turistlərə pul ödəyəcək
Prezident xalqı təbrik etdi - Video
Zökəmi unudun
11-ci siniflərə SEVİNDİRİCİ XƏBƏR - Güzəştlər olacaq
Erməni deputat Azərbaycanı müdafiə etdi
Dünyaca məşhur nəşrdən ermənilərə zərbə: Tərtərə atılan ağ fosfor mərmisinin partladılma anı
Pilates topuyla doğuşu asanlaşdırın
HAVA necə olacaq? 6 İyul
"İstanbullu gəlin" serialı Final edir
Dəri qaşıntılarının altında yatan səbəblər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Alcaqdabanlı rahat ayaqqabılar
WhatsApp-dan daha bir YENİLİK
Uzun fatalı gəlinliklər
Azərbaycanda "yol radiosu" işə düşdü
Yuxu və ölüm arasındakı fərqlər
Məşhur küçəyə logerlər buraxılmayacaq-SƏBƏB
Səmraya səs verən erməni münsifə qarşı kampaniya başladı
Ən balaca heyvanlar
DİN-dən düşmən təxribatı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Ləzzətli salat hazırlamaq üçün məsləhətlər
“WhatsApp”a tətbiqi bloklayan mesajlar gəlməyə başlayıb - XƏBƏRDARLIQ
Elm adamlarını heyrətləndirən HADİSƏ - 9 saat səmada qaldı...
Rusiyada koronavirusa qarşı ƏN GÜCLÜ DƏRMAN istifadəyə verildi - VİDEO
Facebook ənənəvi KİV-i sıxışdırır
Erməni pulemyotları səhərə qədər susmadı
Hamiləlik beyni də dəyişir
Açıq sözlü qadınlar
Elmi işçilərə fərdi təqaüdlər verildi
Bakının bu ərazisində qaz olmayacaq
Bir sıra icazələr ləğv olundu - RƏSMİ
Qışda sağlam və formada qalmaq üçün nə etməli?
Emin Əmrullayevdən yüksək vəzifələrə TƏYİNAT
Sinoptiklərdən xəbərdarlıq
Özünə qəbir qazan cəmiyyət və ona qənim kəsilən hakimiyyət
13 yaşlı uşağın zarafatı ölkəni ayağa qaldırdı-FOTO
Hava haqqında - 13.01.2014
30 min dollarlıq toy təxirə salınarsa...
Uğurlu pəhriz
Ramazan ayının 14-cü gününün duası
Qarabağın yalnız bir həlli yolu var
Yeni güclü antibiotik ixtira edilib
Samsung-dan Galaxy Trend 3
Günün ulduz falı
Anna və Lusiyə bu dəfə də qanun "YOX" dedi-FOTO
Moskva od tutub yanır















- ŞƏRHLƏR