Oxu və yaddaş
Yaddaş nədir?
Müasir elm yaddaşa informasiyanın yadda saxlanması və yenidən işə salınması kimi tərif verir. Hələ qədim zamanlarda yaddaş mexanizmini izah etmək cəhdləri edilirdi. Qədim yunan filosofu Aristotel (e.ə. IV əsr) ehtimal edirdi ki, qavrayış zamanı öyrənilən obyektin buraxdığı maddi hissəciklər başa girir və gil, yaxud mum üzərində olduğu kimi beynin yumşaq maddəsində iz qoyur.
Yaddaşın uzun illər tədqiq edilməsinə baxmayaraq, XX əsrin əvvəllərinədək bu hadisənin hansısa ciddi izahı olmayıb. Yaddaşın baş beyinin ən mühüm funksiyasının qanunauyğunluqlarına dair elmi cəhətdən əsaslandırılmış məlumatlar yalnız son onilliklərdə əldə edilib. İnsan beynində məlumatın yadda saxlanılması mexanizmlərinin bir neçə fərziyyəsi mövcuddur. Onlardan bəziləri təcrübi cəhətdən öz təsdiqini tapıb. Fərziyyələrdən biri dövrümüzün biokimya sahəsində ən böyük kəşfinin - genetik informasiyanın saxlanması və gerçəkləşdirilməsində nuklein turşularının nadir rolunun aşkar edilməsinin təsiri altında yaranıb. Bu fərziyyəyə əsasən yadda saxlamanın sirri beyinə daxil olan informasiyanın ribonuklein turşusu (RNT) molekullarının köməyilə kodlaşdırılması ilə, yəni bu molekulların tərkibinə daxil olan "kərpiclərin" - nukleotidlərin düzülməsi ardıcıllığının dəyişməsi ilə əlaqədardır.
Başqa bir fərziyyə isə yadda saxlamanı sinir toxumalarının - sinir hüceyrələrinin (neyronların) törəmələrinin yaşla böyüməsi və beyində çoxneyronlu yaddaş şəbəkələrinin yaranması ilə əlaqələndirir. Bu fərziyyə, həmçinin RNT sintezi proseslərinə, zülallara və sinir hüceyrələrinə xüsusi əhəmiyyət verir, lakin bu, onlarda yaddaşın izinin kodlaşdırıldığına görə deyil. Alimlərin fikrincə, məsələ bundadır ki, orqanizmin bütün digər hüceyrələri kimi sinir hüceyrələrinin intensiv fəaliyyəti də zülalların energetik cəhətdən sərf edilməsi və onların biosintez prosesində bərpa olunması ilə müşayiət olunur. Müəyyən şəraitlərdə zülalların sintezi onların məhv olması üzərində üstünlük qazanmağa, hüceyrə isə böyüməyə başlayır. Bütün canlı hüceyrələr üçün eyni olan qanunauyğunluq sinir hüceyrələrində neyronların törəmələrinin və onların digər sinir hüceyrələrinin törəmələri ilə əlaqəyə girən zərif budaqlarının inkişafı şəklində özünü göstərir.
Bu proses də elə təzəcə formalaşmış gənc sinir şəbəkəsində yaddaş izlərinin yaranmasının əsasında dayanır. Aydındır ki, RNT və zülalın sintezinin zəiflədilməsi, yaxud gücləndirilməsi yaş yaddaşını pisləşdirməli və ya yaxşılaşdırmalıdır, eynilə bu təsirlərin neyron törəmələrinin inkişafını ləngitdiyi, yaxud sürətləndirdiyi kimi.
Beyin mexanizmlərinin işinin aşkar edilməsində bioloji kibernetikanın uğurları təbiətin ən qədim və hələ də sonadək açılmamış sirrini izah edən yeni kəşf və fərziyyələrə gətirib çıxarır. Lakin bu mürəkkəb hadisənin mexanizmini izah edən ciddi və vahid nəzəriyyə hələ mövcud deyil. Professor A.R.Lurinin 1974-cü ildə işıq üzü görmüş və yaddaşın təbiətinə əsas müasir baxışları ümumiləşdirən "Yaddaşın neyropsixologiyası" kitabında deyilir ki, "insanın yaddaşı öz xarakterinə görə fəal, zamanla cərəyan edən, energetik cəhətdən bir sıra potensial halqalara ayrılan və iyerarxik səviyyələr sırası təşkil edən mürəkkəb funksional bir sistem kimi nəzərdən keçirilməlidir". Əgər yaddaş dinamik prosesdirsə, onda aydındır ki, onun keyfiyyət və kəmiyyət göstəriciləri insanın psixi fəaliyyətinin aktivlik dərəcəsi ilə
təyin edilir.
Məşhur ingilis fizioloqu Qrey Uolter özünün "Canlı beyin" kitabında yaddaşa belə tərif verib: "Yaddaş stolun üstünə atılmış qəpik deyil, daim yanan şamdır". Daha qısa belə demək olar: "Yaddaş prosesdir". İnsan doğulandan başlayan və bütün ömür boyu davam edən bir proses. Bununla yanaşı bu tərifdən belə çıxır ki, elə məhz bütün potensial proseslərin aktivləşdirilməsi yaddaşın yüksək keyfiyyətini təmin edir.
Əslində insan fəaldırsa və çox oxuyursa, düşünürsə, qarşısında duran məsələləri yaradıcı şəkildə həll edirsə, onun yaddaşı tonqal kimi yanaraq beyinin ona lazım olan informasiyanın daxil olduğu və möhkəmləndiyi bütün guşələrini işıqlandırır və əksinə, insan tənbəldirsə, heç nə oxumur və özünü düşüncələrlə yormursa, onun yaddaşı sönük kömür parçası kimi közərir, insanın gördüyü, hiss etdiyi, qavradığı heç nə onun beyninin labirintlərində həkk olunmur. Məhz bu cür insanlar haqqında da, adətən, belə deyirlər: "Bir qulağından alır, o biri qulağından buraxır." Yaddaşın məşq etdirilməsi üçün hazırlanmış çoxsaylı məşğələlərin olmasına baxmayaraq, psixoloqların fikrincə, bütün bu məşğələlər təsirsizdir, çünki indiyədək hələ də yaddasaxlama proseslərinin təbiətinin özü naməlumdur.
Buna baxmayaraq yaddaşın məşq etdirilməsi məsələsini müvəffəqiyyətlə həll edən bir məşğələ tapa bildik. Məşğələ budur: (Yadda saxlayın: siz onu yerinə yetirsəniz, unutmağın nə demək olduğunu unudacaqsınız) "Hər gün mümkün qədər çox və sürətlə oxumaq".
Yaddaşın mexanizmləri
İnsanın, eləcə də istənilən digər varlığın təlimi yaddaş sayəsində gerçəkləşdirilir, bu yaddaş isə "rus fiziologiyasnın atası" sayılan İ.M.Seçenovun sözlərinə görə, "Psixi inkişafın təməl daşıdır". İ.M.Seçenova mnemotexnika, yəni yadda saxlama texnikası ilə birbaşa əlaqəli olan başqa bir aforizm də məxsusdur: "Yaddaşın köklü şərtləri haqqında təlim hər əvvəlkini sonrakı ilə birləşdirən, yapışdıran bir qüvvə haqqında təlimdir. Bununla da yaddaşın fəaliyyəti özündə bütün psixi refleksləri ehtiva edir". Beyinin böyük yarımkürələrinin qabığının, demək olar ki, bütün hissələri yaddaş proseslərində iştirak edir. Yaddaş proseslərində beyinin təhtəlşüur fəaliyyətinin əhəmiyyətli roluna diqqət çəkmək istərdik. Şəkil 17-də yaddaşın şərti alqoritmi, daha doğrusu, yadda saxlama prosedurasını təmin edən proseslərin ardıcıllığı göstərilib.
Alqoritmdən belə çıxır ki, yaddaş sinir sisteminin, daha dəqiq desək, baş beyinin bizi əhatə edən həqiqəti qavramaq, onu sinir hüceyrələrinə həkk etmək, qavranılmış məlumatları təəssürat izləri şəklində saxlamaq, daha sonra isə lazım gəldikdə lazım olan məlumatı olduğu kimi, nöqtəbənöqtə, yaxud da öz sözlərimizlə ifadə etmək, yaxud adlandırmaq qabiliyyətidir. Gördüyümüz kimi olduqca mürəkkəb bir sistem alındı. Lakin alqoritmin göstərilmiş dörd blokunun hamısı olmadan belə bir yaddaş mövcud ola bilməz. Yaddaş öz təbiətinə görə çoxtərəflidir: dərkedilən, dərkedilməyən, qısamüddətli, uzunmüddətli, emosional, görmə, eşitmə, şifahi-məntiqi, hərəki. Müxtəlif insanlarda yaddaşın müxtəlif növləri üstün olur. Adətən, rəssamlarda yaddaşın görmə forması, musiqiçilərdə eşitmə forması yaxşı inkişaf edir. İdmançılarda, bir qayda olaraq, hərəki yaddaş, filosoflarda, siyasətçilərdə, diplomatlarda şifahi-məntiqi yaddaş növü dominantdır. Psixologiya və fiziologiyada yaddaşın növlərinin məlumatın saxlanması müddəti əsasında ayrılması hamı tərəfindən qəbul edilmiş hesab edilir. Görmə yaddaşını (bizim üçün o xüsusilə vacibdir) üç növə ayırırlar: ikonik, qısamüddətli və uzunmüddətli. Ümumilikdə, biz bu mürəkkəb sistemlə işləyəcəyik. Norma olaraq ikonik yaddaşda məlumatın saxlanması müddətinin uzunluğu cəmi bir neçə yüz millisaniyədir. Əgər bu müddət başa çatanadək biz əldə olunmuş informasiyadan istifadə edə bilməmişiksə, yəni onu ötürməmişiksə, o, həmişəlik itirilir.
Qısamüddətli yaddaşa daxil olan siqnalların saxlanması daha uzun zaman kəsiyində, 15-30 saniyə ərzində həyata keçirilir. Burada zaman daxil olan informasiyanın növü ilə müəyyən edilir. Bu yaddaşın məzmunu da saxlama zaman kəsiyindən kənarda həmişəlik itir, qavranılan informasiyanın tanınması və onun uzun müddət yadda saxlanması lazım gəldikdə isə artıq uzunmüddətli yaddaş işə düşür, burada isə məlumatlar, demək olar ki, itkisiz saxlana bilir.
Şəkil 17. Yaddaşın alqoritmi
1. Qavrama |
2. Həkk etmə |
3. Saxlama |
4. İdarəetmə |
Tapşırıq. Yaddaşın dörd parametr üzrə yoxlanması:
1. Məna yaddaşının həcmi: a) aşağıda verilmiş mətni bir dəfə diqqətlə oxuyun:
Misir piramidalarının tikilməsi haqqında fərziyyə
Amerika alimlərinin irəli sürdüyü fərziyyəyə əsasən, Misir piramidaları birbaşa tikinti yerində hazırlanan daş bloklardan tikilirdi. Bu, minlərlə insanın nəhəng daşları 80 km məsafəyə daşıdığı barədə fərziyyəyə ziddir. Alimlər Misir allahlarının e.ə. 2750-ci ildə ilk piramidanın tikintisinə rəhbərlik edən firona süni daşlar düzəltməyi söyləməsinə dair heroqlif mətnin şifrəsini açıblar.
İndi mətnin üstünü örtün və onu nəql etməyə çalışın (öz sözlərinizlə danışmağa icazə verilir). Bu mətndə məğzin başa düşülməsi üçün əhəmiyyətli olan 6 məna vahidi var. Beləliklə, 6 məna vahidinin hamısını yadda salmağa və buraxmamağa müvəffəq olmusunuzsa, birinci parametr - məna yaddaşının həcmi üzrə "əla" işarəsi qoyun; 5-7 məna vahidi olduqda - özünüzü "yaxşı" ilə qiymətləndirin, 3 olduqda - "kafi"; daha aşağı isə - "pis".
Keyfiyyət nəticələrinin qiymətləndirilməsini isə düzgün nəql edilmiş məna vahidlərinin sayına əsasən aparın: 3-dən çox məna vahidi - "əla", 3 - "yaxşı", 2 - "kafi", ondan aşağı - "pis";
b) daha bir mətni diqqətlə oxuyun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hava haqqında - 14.08.2013
Azərbaycanın qəhrəmanları
Bu körpəni görənlər gözlərinə inanmır
Bakıda 64 yaşlı qadın əkiz anası oldu-FOTO
"Tikilmiş cins"-li mətn effekti yaratmaq(1-ci hissə)
Kinoteatrlarda Google Glass yasaqlandı
"Son zəng"in vaxtı məlum oldu
Uşaqlar haqda məlumat yayanlar cəzalana bilərlər
Seren Serengil də boşandı
Geyim nümunələri
Noyabrda 3 gün iş olmayacaq
"Miss Universe" iştirakçılarının milli kostyumları
“Amfibiya adam” koronavirusdan öldü
Qəlbini dinlə ümidlərinə sarıl
“Papanin”də metro tikilir
"Bavariya"dan yeni rekord
Hədiyyə paketlərindəki təhlükə - VİDEO - FOTO
Tənbəl heyvanlar
Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir? - RƏSMİ AÇIQLAMA
“Survivor”2020-in ən maraqlı kadrları-FOTO
Bu yerə gedən adamlar ölür-FOTO
Avro tarixi minimumu yeniləyib
Məşhur rəsmlər karantin dövründə çəkilsəydi...
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Soyadın sənədlərdə dəyişilməsi problemi
Pul sevgi hissini möhkəmləndirir?
Ailə qurmaq üçün ideal vaxt
Payızda virusun yayılması gözləniləndir - TƏBİB rəsmisi
WhatsApp-da problem yaranıb
Qapalı paltarlar
Körpələrdə soyuqdəymə
DİQQƏT! Bu ərazilərdə su olmayacaq
Bir kişinin aşiq olduğunu necə başa düşmək olar?
Robert Prosineçki Bakıda!
Venesuelaya meteorit düşdü
Kosmosda tərəvəz yetişdiriləcək
Bu günün hava proqnozu
Demet Özdemir Bakıya gəlir
Buğda salatı (foto-resept)
2018-ci ilin ən yaxşı filmləri bəlli oldu
Dərinizə təbii gözəllik bəxş edin
Kosmosda sement hazırlandı – Şok təcrübə/FOTO
Britaniyanın varisi: anasının yanaqları, atasının saçları...
Maraqlı köynəklər
Dahi azərbaycanlının əziz xatirəsinə
Uçan təhlükə
Sabahın HAVAsı
Azərbaycan və Türkiyə arasında pasport rejimi ləğv edilir
ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib
Məşhur futbolçu bu gün evlənir
- ŞƏRHLƏR