Yaddaşın parametrləri
Yaddaşın növü
Yaddaşın, adətən, dörd növünü fərqləndirirlər: Görmə, eşitmə, motor (hərəki) və qarışıq. Öz yaddaşımızın növünü necə təyin edə bilərik? Fərz edək ki, siz öz ixtisasınıza aid olan kitabla işləyərkən sakitcə, ürəyinizdə oxuyan zaman daha yaxşı yadda saxladığmızı hiss edirsiniz. İndicə oxuduqlarınızdan hansısa fikri, formulu, yaxud rəqəmi yadda saxlamağa çalışarkən siz bu formulun kitabın səhifəsinin hansı yerində və hansı şriftlə çap edildiyini əvvəlcədən təsəvvür etməlisiniz. Bir dəfə tanış olmayan otaqda olarkən siz dərhal orada olan əşyaları və onların yerləşməsini yadda saxlayırsınız və sonra da gözlərinizi bağladıqda bu və ya digər yeri aydın təsəvvür edirsinizsə, ehtimal etmək olar ki, sizdə ən çox görmə yaddaşı inkişaf edib. Görmə yaddaş tipinə malik olan insanlara parlaq nümunə kimi şahmatçıları göstərmək olar. Onlar lövhəyə baxmadan eyni anda bir neçə rəqiblə şahmat oynaya bilirlər. Görmə yaddaşına malik olan insan baxışının tutduğu hər şeyi (kitabdakı illüstrasiyaları, çertyojları, sxemləri, diaqramları, formulları, şəkilləri və s.) və özünün oxuduğu və xüsusilə rəngli karandaşla altından xətt çəkdiyi şeyləri yaxşı yadda saxlayır.
Siz qulaq asdıqlarmızı (mühazirə, məruzə, izahat), eləcə də ucadan oxuyarkən oxuduğunuzu yaxşı yadda saxlayırsınızsa, deməli, sizdə eşitmə yaddaşı inkişaf edib.
Əgər yaddaşınız siz bu və ya digər hərəkətləri edərkən və ya yazarkən, şəkil çəkərkən, oxuyarkən materialı daha yaxşı mənimsəyirsə, sizdə yaddaşın hərəki növüdür. Yaddaşın bu növü olduqca geniş yayılıb. Əksər insanlarda qarışıq yaddaş inkişaf edib, daha doğrusu, onlarda bu və ya digər dərəcədə bütün yaddaş növlərinin ünsürləri var. Bu halda az-çox bütün üsullardan: ürəkdə oxudan, yazıdan, dinləmədən, özünə nəqldən bərabər şəkildə istifadə etmək faydalıdır.
Qavrayış psixologiyasının məlumatlarına əsasən istənilən yaddaş növünə malik olan insan materialı yadda saxlamanın üç əsas üsulundan (həm görmə, həm eşitmə, həm də hərəki) istifadə etdikdə yadda saxlamanın yalnız bir, dominant üsulundan (məsələn, görmə) istifadə etdiyindən daha yaxşı mənimsəyir.
Yaddaşın həcmi
Beynin informasiya həcminin potensial imkanları, həqiqətən də, sərhədsizdir. Alimlərin qiymətləndirmələrinə görə, beyinin ümumi informasiya həcmi 2,8x1020 bit informasiya təşkil edir.
Məlum olduğu kimi, bit - hesablama texnikasında istifadə edilən ikili informasiya vahididir. Aydındır ki, belə imkanların olduğu şəraitdə oxu sürətinin 2-3 dəfə artırılması, daha doğrusu, mətndəki informasiyanın qəbul və emal edilməsinə dair əməli qabiliyyətin müvafiq olaraq yüksəldilməsi beyinin informasiya ilə yüklənməsinə gətirib çıxarmır, çünki burada ehtiyatlar var. İnformasiyanın kəmiyyəti - birinci dəfədən göstərilmə ilə insanın yaddaş sistemində təsbit edilir. İnsanın xarici aləmin predmetlərini birinci dəfədən qavrama qabiliyyətinin qiymətləndirilməsi üçün təcrübi kəmiyyət testini ilk dəfə XIX əsrin şotland filosofu Uilyam Hamilton təklif edib. O yazırdı: "Stolun üstünə bir topa diyircək töksəniz, aşkar edərsiniz ki, baxışlarınızla dərhal onların altısından çoxunu, maksimum yeddisini səhvsiz tutmaq çox çətindir".
1871-ci ildə ingilis iqtisadçısı və məntiqçisi Uilyam Stenli Cebons bildirib ki, o, paxlaları yeşiyə atarkən paxlalar üç, yaxud dörd dənə olanda heç vaxt onların sayında səhv etmirdi, onların sayı beş olanda nadir hallarda səhv edirdi, onların sayı on olanda həmin halların yarısında sayı düz təyin edirdi və onların sayı on beşə çatanda həmişə səhv edirdi. Sonralar isə psixofiziklər təkmilləşdirilmiş aparatların və Hamiltonun ehtimallarını təsdiqləyən həssas idarə üsullarının köməyilə onun eksperimentini dəfələrlə təkrarlayıblar; insan eyni anda saymadan yeddiyədək predmeti baxışı ilə səhvsiz qavramağa qadirdir. Bu rəqəm artırıldıqda səhvlərin sayı mütəmadi hal alır.
Bununla da, XIX əsrin sonlarına kimi insan qavrayışının həcminin məhdud qabiliyyətlərinə dair intuitiv ehtimallar yaranıb. Amerika psixoloqu C.Miller özünün "Sehrli yeddi üstə-gəl, yaxud çıx iki rəqəmi. İnformasiyanı emal etmək qabiliyyətimizin bəzi hüdudları haqqında" (1945) adlı məqaləsində bu hadisəni elmi cəhətdən əsaslandırıb. Məqalə belə başlayır: "Məni hər yerdə bir işarə təqib edir. Yeddi ildir ki, bu rəqəm sanki məni qarabaqara izləyir, mən onunla mütləq şəxsi işlərimdə qarşılaşıram, o ən geniş yayılmış jurnallarımızın səhifələrində mənim qarşıma çıxır. Bu rəqəm çoxsaylı şəkil alır, bəzən həmişəkindən bir az çox, bəzən azdır, lakin heç vaxt o dərəcədə dəyişmir ki, onu tanımaq olmasın. Bu rəqəmin məni belə inadkarcasına təqib etməsi adi təsadüfdən artıq bir şey kimi izah edilir. Burada hansısa məqsəd hiss edilir, bütün bunlar hansısa müəyyən bir qanunauyğunluğa tabedir".
Psixofiziki tədqiqatların məntiqi yeddi rəqəminin "sehrinin" materialistcəsinə izahına gətirib çıxarıb. Əbəs yerə bu rəqəmə atalar sözlərində və zərb-məsəllərdə tez-tez rast gəlinmir: Biri adamla, yeddisi qaşıqla; Yeddi dəfə ölç, bir dəfə kəs və s.
Ona rus xalq nağıllarında və dünya xalqlarının nağıllarında da rast gəlmək olur. "Turp" nağılında yeddi personaj var: turp, nənə, baba, nəvə, it, pişik, siçan. 100 rus nağılını tədqiq edən Sovet alimi V.Y.Proppun araşdırmaları göstərib ki, öz süjetinə görə fərqlənsə də, iştirakçıların kəmiyyət və keyfiyyət tərkibinə görə onların hamısı eynicinslidir: onların sayı həmişə yeddidən çox olmur: ziyanverici, bəxşiş verən, köməkçi, şahzadə (və ya onun atası), zəhərləyən, qəhrəman, yalançı qəhrəman. Görünür, folklor incəsənəti də insan qavrayışının ümumi qanunauyğuluqlarına tabe olub.
Dil və təfəkkürün inkişaf qanunauyğunluqlarını araşdıran tədqiqatçılar qeyd edirlər ki, dünyanın bütün dilləri ətraf aləmin strukturunun müxtəlifliyinə deyil, beyinin mexanizmlərinin konkret imkanlarına əsaslanaraq lüğət həcminin optimallaşdırılması tendensiyasına malikdir. C.Miller yazır: "Görünür, orqanizmimiz informasiyanı qavramaq imkanlarını məhdudlaşdıran və öz növbəsində, ya təlim prosesi ilə, ya da sinir sistemimizin qurulmasının özü ilə şərtlənən hansısa sərhədə malikdir".
C. Miller sonrakı təcrübələrində müəyyən edib ki, qavrayış zamanı məhz informasiyanın bəsit bloklarının tərkibi deyil, onların sayı əhəmiyyətə malikdir. Başqa sözlə desək, əməli qavrayışın həcmi öz məğzinə görə məcmu informasiyanın kəmiyyətindən deyil, işarələr bloku qruplaşmalarından, yaxud informasiya "parçalarından" asılıdır. Bu rəqəm də daim 7±2-yə bərabərdir. Bu qayda sürətli oxu üçün də böyük əhəmiyyət kəsb edir. Əslində, birnəfəsə qavranılan informasiya "parçalarının" sayı struktur olaraq daimidirsə, o zaman oxunun effektivliyini artırmaq üçün onların məzmununu daha həcmli etmək lazımdır. İnformasiyanı rəqəmlərlə, sözlərlə, cümlələrlə və hətta mətn və ideyalarla kodlaşdırmaq olar. Aydındır ki, daha böyük informasiya kütləsi ən həcmli və qənaətcil olan ideyalar vasitəsilə ötürülür.
Nəticə etibarilə, oxu zamanı mətnin qavranılmasının və yadda saxlanılmasının effektivliyini artxrmaq üçün oxunan informasiyanı iri informativ-məna bloklarında (söz birləşmələri, cümlələr) birləşdirmək lazımdır. Deməli, sürəti artıraraq oxumaq həm də bu prosesin düzgün təşkili zamanı onun mənimsənilməsinin yüksək keyfiyyətini təmin edir. İzah etdiklərimiz sürətli oxu təlimi üçün metodiki üsullar təklif etməyə imkan verir. Onların məğzi Millerin yuxarıda adı çəkilmiş qanunauyğunluğu da nəzərə alınmaqla əsas mətnin kodlaşdırılmasının rasional üsullarının işlənib hazırlanmasıdır. Burada xatırlamaq lazımdır ki, artıq sürətli oxu metodikasının ilk məşğələlərindən biri bu məsələni həll etməyə imkan verir. Əslində oxu alqoritminin yeddi bloku nəzərdən keçirdiyimiz 7±2 qanunauyğunluğuna əsaslanan oxunan informasiyanın möhkəmləndirilməsinin etibarlı vasitəsindən başqa bir şey deyil.
İndi isə bilavasitə yadda saxlamanın - bizim üçün yeni və əhəmiyyətli olan biliklərin möhkəmlənməsi və daha əvvəl əldə etdiklərimizlə əlaqələndirilməsi ilə nəticələnən yaddaş prosesinin xarakteristikasına keçək. Yadda saxlama fəal müşahidə prosesidir ki, bu proses zamanı yeni və köhnənin müqayisəsi yolu ilə yaddaşda "yatan" biliklərə əlavələr edilir. Yadda saxlama həmişə seçicidir: yaddaşda oxuduqlarımızın heç də hamısı qalmır.
Yadda saxlama ixtiyari qeyri-ixtiyari, mexaniki və mənalı ola bilər. Yadda saxlamanın bu növlərini ətraflı nəzərdən keçirək, çünki bu, oxu prosesi üçün böyük əhəmiyyətə malikdir. İxtiyari yadda saxlama psixi fəaliyyətin xüsusi bir növüdür ki, bunun məqsədi də elə xüsusi vasitə və üsulların köməyilə həyata keçirilən yadda saxlamanın özüdür. Həmin üsullar bunlardır: yadda saxlama mexanizmi, oxunulanın təkrarlanması, plan tərtib edilməsi, müşahidə obrazının generasiyası və s.
Qeyri-ixtiyari yadda saxlama elə bir fəaliyyət növüdür ki, bu zaman fəal qavrama və əməli hərəkətlər təmin edilir. Lakin yadda saxlamanın özü burada məqsəd deyil. Belə hallarda yadda qalan hər şey barəsində belə deyirlər: "Öz-özünə yadımda qalıb". Araşdırmalar göstərir ki, qeyri-ixtiyari yaddasaxlamanın iki növü var. Özlüyündə nə isə qeyri-adi olan, güclü həyəcana səbəb olan şeylər qeyri-ixtiyari olaraq yadda qalır. Lakin oxu prosesi üçün qeyri-ixtiyari yadda saxlamanın ikinci növü daha maraqlıdır. Psixoloqların eksperimentləri göstərib ki, biz təkcə yadda saxlamaq istəyərkən deyil, həm də bu cür niyyətimiz olmayanda, lakin görülən iş fəal, emosional cəhətdən yüksək, yaradıcı xarakter daşıyanda tam, əlaqəli və möhkəm şəkildə yadda saxlayırıq. Oxu üçün bu o deməkdir ki, məsələn, əgər mütəxəssis mühüm bir elmi-texniki problemin öyrənilməsi ilə məşğuldur və onun həlli yolunu tapmaq üçün ədəbiyyat oxuyursa, o, tapdığı materialı yadda saxlamaya bilər. Lazım olan şeylər özü yadda qalır.
Beləliklə, qeyri-ixtiyari yaddasaxlama fəal və tutumlu fəaliyyət üsullarının köməyilə baş verdikdə o, ixtiyaridən daha məhsuldar olur. Sürətli oxu şəraitində əsas təfəkkür prosesləri məhdud xarakter daşıdıqda qeyri-ixtiyari yaddasaxlamanın rolu xüsusilə böyükdür və ondan ibarətdir ki, mətnin emalının əvvəlində çox vaxt yalnız qeyri-ixtiyari yadda saxlamanın köməyilə nəticədə bütün mətni şüurlu və məhsuldar şəkildə yadda saxlamaq olur. Belə hallarda o nəinki arzuolunandır, hətta mütləqdir, çünki ixtiyari yadda saxlamaya vaxtından əvvəl müraciət materialın başa düşülməsinə və yadda saxlanılmasına mənfi təsir göstərir.
Buradan belə nəticə çıxır ki, sürətli oxu təlimi zamanı əsas diqqət qeyri-ixtiyari yadda saxlamanın işə düşdüyü emosional cəhətdən əlverişli şəraitin yaradılmasına yönəldilməlidir. Mexaniki yadda saxlama onun ünsürləri arasında əlaqənin fərqinə varmadan, məsələn, çoxsaylı təkrar yolu ilə baş verir. Onun məhsuldarlığı yüksək deyil. Mənalı yadda saxlama informasiyanın süzgəcdən keçirilməsi nəticəsində onun kəmiyyətinin ixtisarına əsaslanır. Mənalı yadda saxlama daha qənaətcil, həcmli, məhsuldardır. Professor N.A.Rıbnikovun məlumatına görə, mənalı yadda saxlamanın məhsuldarlığı mexanikidən 20 dəfə yüksəkdir.
İzah etdiklərimiz anlama və yadda saxlama proseslərini əhəmiyyətli dərəcədə təyin etməyə imkan verir. Hesab etmək olar ki, oxu prosesində başa düşülmüş material yaddaş tərəfindən daha effektiv şəkildə mənimsəniləcək. Bununla yanaşı bu, əlverişli kodlaşdırmanın oxu prosesində aparıcı rol oynadığını sübut edir. Başa düşülmüş mətnlərin nəql edilməsi zamanı sözlər və qrammatik cümlə quruluşları (xüsusilə də, mürəkkəb) daha asan və ənənəviləri ilə əvəzlənir, lakin məna saxlanılır. Mətni oxuyarkən söz və cümlələrdən daha çox onların sadəcə ifadə etdiyi məna yadda qalır.
Buradan dördüncü nəticə çıxır: oxu zamanı yadda saxlanılan materialın məzmununun öz fikirlərimizin dilinə, daha doğrusu, həyat təcrübəsi nəticəsində daha əvvəl mənimsənilmiş materialın dilinə tərcüməsi yadda saxlamanı yaxşılaşdırır. Bəs informasiyanın insan beynində saxlanmasını hansı proseslər müşayiət edir? Məlum olub ki, qavranılan material sadəcə beyində yatmır, o həm də daim öz şəklini dəyişməyə davam edir. İnformasiyanın saxlanması həm də onun qismən itirilməsi ilə də bağlıdır.
Unutma olduqca mürəkkəb və qeyri-bərabər prosesdir. 1885-ci ildə alman psixoloqu Q.Ebbinhauz öz təcrübələri əsasında unutma əyrisinin çertyojunu çəkmişdi. Bu çertyoja əsasən yeni materialın yadda saxlanılmasından sonrakı ilk saatlarda əyri sürətlə aşağı düşür. Məlum olub ki, mənimsənilən informasiyanın həcmi ilk 10 saat ərzində 100%-dən 35%-dək kəskin şəkildə aşağı düşür. Bununla da əhəmiyyətli materialı onu oxuduqdan dərhal sonra təkrarlamaq daha faydalıdır. Bununla bağlı K.D.Uşinski yazırdı ki, "Bina artıq xarabalığa çevriləndə onu təmir etmək deyil, o hələ yıxılmazdan əvvəl onu möhkəmləndirmək lazımdır".
Bəs oxu başa çatdıqdan dərhal sonra yaddaşın təsirinin kəskin şəkildə aşağı düşməsinin qarşısını necə almalı? Oxunulanın yaddaşda daha yaxşı saxlanması üçün öyrənilmiş materialı oxudan dərhal sonra təkrar etmək lazımdır. Bu zaman məzmunu inteqral alqoritmin bloklarına müvafiq olaraq nəql edərkən oxunulan şərh edilməli və öz fikirlərimizin dilinə tərcümə edilməlidir. Beləliklə, yaddaşın mexanizminin əsas xüsusiyyətlərini açdıq. Belə bir sual ortaya çıxır: Təbii yaddaşı necə inkişaf etdirmək və yaxşılaşdırmaq olar?
Yaddaş haqqında kitablarda verilən məsləhətlər və yaddaşın tərbiyə edilməsinə dair əməli məşğələlər, sözsüz ki, faydalıdır, lakin dörd mütləq şərt əsasında: daim bunda maraqlı olmaq, məşqlərin uğurlu olacağına inam, yaddaşın yaxşılaşdırılmasının vacibliyinə əminlik, müstəqil işləmək bacarığı və yaddaşın ən yaxşı xüsusiyyətlərindən yaradıcı şəkildə istifadə etmək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR