Diqqətin davamlılığı
Sürətli oxu müvəffəqiyyət əldə etmək üçün diqqətin cəmləşməsindən əlavə, davamlılığı da böyük əhəmiyyət kəsb edir. Məhz bu xüsusiyyətlər öz işinə aludə olan, əsas qıcıqlandırıcı üçün çoxsaylı kənar qıcıqlandırıcılardan yayınmağı bacaran insanları başqalarından fərqləndirir. Hind nağıllarından birində diqqətin davamlılığından peşəkar seçim məqsədilə necə istifadə edilməsindən danışılır.
Maharaca elan edir ki, şəhərin ətrafındakı divar boyunca əlində ağzınadək südlə dolu olan böyük qabla keçə bilən və bir damla da yerə tökməyən şəxsləri özünə nazir götürəcək. Bir cox adamlar gedirlər, amma yolda onların diqqətini yayındırırlar, qurxudurlar və onlar südü dağıdırlar. “Bunlardan nazir çıxmaz”, - deyə Maharaca deyirdi. Nəhayət, bir nəfər də gəldi. Nə qışqırıqlar, nə atəş səsləri, nə də hiylələr onun diqqətini dolu qabdan yayındıra bilmədi. “Nazir budur”, - Maharaca dedi.
Ancaq mütəmadi diqqət zamanı da qısamüddətli intensivlik dəyişiklikləri diqqətin tərəddüdü olur. Məsələn, otağınızdakı saatın səsi zaman-zaman gah zəif, gah da yüksəkdən "eşidilir", sanki öz səsini dəyişir. Bu, diqqətinizin təbii tərəddüdünə nümunədir. Təcrübi araşdırmalar göstərib ki, diqqətin bu cür ilkin tərəddüdü orta hesabla 10-12 saniyəlik bir müddətdə cərəyan edir. Qeyd etmək lazımdır ki, sizin əqli fəaliyyətiniz də bu cür fasilələrlə tərəddüdə məruz qalsaydı, fəaliyyətiniz sadəcə qeyri-mümkün olardı. İşdə isə diqqətin tərəddüdünün bu cür qısa müddətləri ümumi qanunauyğunluq yaratmır və yalnız bəsit təəssüratlara (saatla olan misalda olduğu kimi) aiddir. Diqqətin tərəddüdünü ikili təsvirlər adlandırılan təsvirlər vasitəsilə asanliqla müşahidə etmək olar.
Tapşırıq: Diqqətin davamlılığının yoxlanması
Təsəvvür edin ki, qarşınızda hazırda oturduğunuz otağın təsviri var və siz bu otağı düzəltməlisiniz: stol, stulları düzməlı, tavandan çilçıraq asmalı, döşəməyə palaz sərməlisiniz və s. Siz bunlarla məşğul olarkən diqqətin tərəddüdü olmayacaq. Bu sadə məşğələdən belə mühüm bir nəticə çıxır: diqqətin davamlılığını saxlamaq üçün şəxsiyyətin xarici və daxilı fəallığı gərəkdir, qarşıya daim yeni məqsədlər qoyulmalıdır.
Tapşırıq: Diqqətin tərəddüdünün idarə edilməsinin, onun davamlılığının artırılmasının məşq etdirilməsi
İki "üzdən" yaranan "güldanı" müşahidə edin və “üz” gördüyünüz vaxt karandaşla döyəcləyin, təsviri "güldan" kimi qəbul etdiyiniz zaman isə sakitliyə riayət edin. Köməkçiniz isə 1 dəqiqə ərzində döyəcləmələrin sayını qeydə alır. Bundan sonra iradi cəhdlə bu və ya digər təsviri diqqət mərkəzində saxlamağa, onun növbələşməsini ləngitməyə və təsvirin dəyişməsi zamanı karandaşla döyəcləməyə çalışın. Döyəcələmələrin sayını məşğələnin icrasının birinci variantı ilə müqayisə edin. Təklif olunan tapşırığı müstəqil və yoxlama-diaqnostik iş üçün məşq kimi də istifadə etmək olar (ilk yarımildə - ayda 1-3 dəfə, sonra isə təxminən ildə 1 dəfə).
Diqqətin bölüşdürülməsi
Diqqətin bölüşdürülməsi fikri eyni anda iki fərqli fəaliyyət növünün üzərində cəmləşdirmək deməkdir. Diqqəti idarə etmək, onu bölüşdürmək bacarığı, xüsusilə, eyni vaxtda iki və daha artıq işi yerinə yetirmək lazım olan hallarda vacibdir. Əksər görkəmli şəxsiyyətlər öz diqqətlərini bölüşdürmək kimi qeyri-adi qabiliyyətləri ilə fərqləniblər. N.A.Semaşkonun xatirələrinə görə, Vladimir İlyiç Lenin eyni vaxtda natiqlərə qulaq asa, iclasa sədrlik edə, materialların dərinliyinə vara və XKŞ-nın üzvlərin ayrı-ayrı məsələlərə dair məktublar yaza bilirdi. Bioqraf A.P.Primakovski N.Q. Çernışevski haqqında yazırdı: "Heyrətamiz əmək qabiliyyəti ona çox vaxt eyni zamanda iki işi yerinə yetirməyə imkan verirdi: tez-tez həmsədr üçün məqalə yazırdı, eyni anda başqa iş də görürdü, məsələn, Şlosserin "Dünya tarixi"-nin alman dilindən tərcüməsini öz katibinə diqtə edirdi". Təbii ki, eyni anda iki fəaliyyət növünü icra etmək onlardan birinin qismən, bəzən isə tamamilə dağılmasına gətirib çıxarır. Beləliklə, əgər insan sadə riyazi əməlləri yerinə yetirir və eyni zamanda sonradan nəql etmək üçün hekayə oxuyursa, bu zaman onun işinin məhsuldarlığı təxminən yarıya aşağı düşür. Adətən, diqqətin bölüşdürülməsini tədqiq edərkən sınağa çəkilən adama ayrı-ayrılıqda və eyni zamanda iki işi icra etmək tapşırılır. Təklif olunan tapşırıqlar eynicinsli, müxtəlifcinsli ola və fərqli mürəkkəblik dərəcəsinə malik ola bilər. Tapşırıqların ayrı-ayrılıqda və eyni vaxtda yerinə yetirilməsinin effektivliyi müqayisə olunur.
Cədvəl
Test: "Korrektura nümunəsi"
[cxkexvxvekneienaekxeknaivkvecv
Cvecnaicanvchxaecxaichaeekhhhi
Kehxhvxakechaikkvckiviexaekvcia
Eaeckçeaikochkexvkvimxakcxeiva
Chaixvixkvkevckchxiachakxxxkxvi
Aehaicxkivxhikichaivechahvechap
Ekhakchicheicaviexkvxehvhakicak
Caehichaihkehvivhaehchviaevaeh
Vikvchaiehekxavixhvixhxexhvich
Aicecxkvaichacavkxcheicxixekac
Hkhkvckvevkhiecaviehevhahehcev
Ivakcveikchavakecvikecikcvkiec
Vichahhavikhchaicvkivkhkekhvichk
Chichaikaehkichaikhekehchahkek
Kahcvekvhhaichhekhichakckvh
neinainnknknkiknekvkicvninaknn]
Tapşırıq: Diqqətin bölüşdürülməsi qabiliyyətin müəyyənləşdirilməsi üçün test
Bu tapşırıq üçün sınaq olaraq cədvəl istifadə edilir. Siz 5 dəqiqə ərzində bu cədvəli diqqətlə nəzərdən keçirərək müxtəlif üsullarla mümkün qədər tez c, k hərflərinini üstündən xətt çəkməli, a hərfini isə dairəyə almalısınız. Məsələn: İş qurtardıqdan sonra onun dəqiqliyini və məhsuldarlığını qiymətləndirmək lazımdır ki, əldə edilən məlumatlardan həm ilkin özünüdiaqnostika, həm də məşğələdən, yaxud müstəqil işdən sonra diqqətinizi bölüşdürmək qabiliyyətinizin inkişafı səviyyəsini qiymətləndirmək üçün istifadə edilsin. İşin dəqiqlik göstəricisi aşağıdakı formulla hesablanır:
A= E/(E+O)
Burada A-işin dəqiqliyi, E-üzərindən düzgün xətt çəkilmiş işlərin sayı, O-səhvlərin sayı. O=0 olduqda A=1, səhvlər olduqda isə A həmişə 1-dən az olur. Məhsuldarlıq göstəricisi M=C*A formuluna əsasən hesablanır, burada M-məhsuldarlıq, C-baxılmış işarələrin sayıdır.
Bu göstəricilər sizin fəaliyyətinizin xüsusiyyətlərini təkcə indiki sınaq vəziyyətində xarakterizə etmir, həm də real dərs prosesi üçün daha geniş əhəmiyyətə malikdir. Məsələn, siz 5 dəqiqə ərzində 1500 işarəni nəzərdən keçirmiş və onlardan 1350-ni düzgün qiymətləndirmisinizsə, bu, diqqətin davamlılığı qabiliyyətinin yüksək səviyyəsi deməkdir.
Diqqətin keçirilməsi
Diqqətin oxu üçün vacib olan xüsusiyyətləri arasında keçirilmə, yaxud keçiriciliyi də xüsusilə fərqləndirmək lazımdır. Keçirilmə dedikdə insanın bir fəaliyyətdən digərinə tez kecmək qabiliyyəti başa düşülür. Keçirilmə diqqətin bir obyektdən başqasına, yaxud situasiyanın bir xüsusiyyətindən, keyfiyyətindən digərinə şüurlu və məntiqli şəkildə keçmək deməkdır. Çoxları bir işdən ayrılıb digərinə keçməkdə çətinliklərini vurğulayırlar.
Aydındır ki, çətin və tez dəyişən vəziyyətlərdə diqqətin keçiriciliyi onlara tez yönəlmək bacarığı deməktdir. İnsanlarda diqqətin keçirilməsinin asanlığı fərqli olur. Bəziləri bir fəaliyyətin icrasından digərinə asanlıqla keçir, başqası üçün isə buna vaxt və müəyyən cəhd göstərmək lazım olur. Qeyd etmək lazımdır ki, keçiricilik bir sıra şərtlərdən asılıdır. Onlara hər şeydən əvvəl, əvvəlki və sonrakı fəaliyyətlərin məzmunu arasındakı qarşılıqlı münasibət, eləcə də onlara münasibət aiddir: əvvəlki fəaliyyət sizin üçün nə qədər əhəmiyyətli və maraqlıdırsa, sonrakı fəaliyyət isə nə qədər az əhəmiyyətli və az maraqlıdırsa, diqqəti keçirmək bir o qədər
çətindir və ya əksinə.
Psixologiyada diqqətin keçirilməsinin tədqiqinin bir neçə metodu var. İlk Şulte metodlarını və onun bütün mümkün şəkildəyişmələrini qeyd etmək lazımdır.
Tapşırıq: Diqqətin daim bir sıra fəaliyyətlərdən başqasına keçirilməsini tələb edən işləri görmək bacarığını tədqiq etmək
Artiq periferik görüş sahəsinin inkişafı zamanı üzərində işlədiyiniz iki Şulte cədvəli götürün. Qarşınıza ardıcıl olaraq gah A cədvəlindən, gah da B cədvəlindən rəqəmlərin axtarılması məqsədi qoyulur. Özü də əgər A cədvəlində rəqəmlərin axtarışı "artan sırada" - 1-dən 25-dək gedirsə, B cədvəlində “azalan sırada" - 25-dən 1-dək gedir. Məsələn: "1, 25; 2, 2-1.."
Bu zaman siz əvvəlki qaydalardan fərqli olaraq səsləndirilən rəqəmləri cədvəldə qələmlə və ya göstərici ilə göstərməli, eləcə də işə sərf olunan vaxtı təyin etməlisiniz. Məşğələnin dinamikasını izləyin. Onun yerinə yetirilmə müddəti daim azalmalıdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Qış üçün 8 milyonluq maşın aldı-FOTO
İnstaqramda yeni funksiya
"Azərbaycanın yaraşıqlı kişi siması-necə olmalıdır?!"
Yunanıstanda 6,7 ballıq zəlzələ
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
Turistlər üçün ən ucuz Avropa şəhərləri
450 min avroluq Mercedes
Azərbaycanda daha 10 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Bahalı rəsm əsərləri
Koronavirus yayda niyə zəifləmədi? - Tanınmış professor açıqladı
Qırmızı banan olduğunu bilirdinizmi?
Sağlam arıqlamaq üçün pəhriz
Onun doğru insan olmadığını göstərən 5 işarə
Kokos yağının möcüzəvi faydaları
Kenan Kalavın acı taleyi
Donmuş mayaklar
Güldürən heyvanlar
Ən böyük brilliant satıldı
Yumşaq robotlar məsafədən idarə olunacaq
Uşaqlarda burun qanaması
Bu gün Azərbaycanda 588 nəfər koronavirusa yoluxub, yeddi nəfər ölüb - VİDEO
İranın Milli İnkişaf Fondu Azərbaycana sərmayə yatırmağa hazırdır.
Günün qoroskopu: bu gün tələsiklik tələb edən işlər alınmayacaq
"İlin qadını" oldu - FOTO
İdman edərək yaddaşınızı gücləndirin.
Optimizm Polyannaçılıq deyildir
Conni Deppin keçmiş xanımından ETİRAF
İrem Derici 20 kq kökəlib-FOTO
Günün qoroskopu: insanlara fikir verin
Blinçikli dadlı qəlyanaltı (foto resept)
Məktəbin yaxınlığında iki metr uzunluğunda piton ələ keçdi – FOTO/VİDEO
Sosiskalı peraşki (foto resept)
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
"Rəhbərlərin xanımları": Stalinin arvadı Bakıda dəfn olunub?
46 dəqiqəyə 3 kiloqram kökələrək rekord qırdı-FOTO
Uşaqların sosial-psixoloji inkişafı-16
Pis hava şəraitinə baxmayaraq axtarışlar davam edəcək!
Kişilər üçün idman tərzi
Dünyanın ən böyük şousu başlandı
Oruc tutanlar - EHTİYATLI OLUN!
Souslu makaron (foto resept)
Paolo Dibala koronavirusa yoluxdu
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR olacaq
Qurbanlıq haqqında ən çox verilən suallar
Estoniya - Azərbaycan oyununun başlanma vaxtı bilindi
Senia Şeyma Subaşını sevindirdi
- ŞƏRHLƏR