Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması Robin Şarma 1965-ci ildə Yeni Şotlandiyada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi çatışmazlıqdan dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayaraq o, şərq müdrikliyi və qərb texnologiyası sintezini yaradaraq yüksək çalışqanlığı ilə öz bacarığını dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir.
Robin Şarmanın "Ferrarisini satmış rahib" kitabını türk dilində istirahətə getdiyim məkanlardan birində oxudum. Kitabın qısa məzmunu belədir ki, uğurlu hüquqşünas Culian dəbdəbəli həyata, tropik adada villaya və hətta qırmızı “Ferrari”-yə sahib olan az insanlardan biridir. Bütün gününü işdə keçirən, özünü işinə sərf edən Culian məhkəmələrin birində qəfldən infarkt keçirir və bununla da bütün həyatı dəyişir. Sağaldıqdan sonra hər şeyini, hətta sevimli "Ferrari"-sini belə satıb Hindistana gedən Culian orada yaşadığı müddətdə müdrik insanlarla tanış olur və müdriklərin ona verdiyi dəyərli məsləhətləri yerinə yetirərək o qədər dəyişir ki, hətta illərdir onu tanıyan dostu Con belə qayıdanda onu tanımır. Əsərin sujet xətti Culian Mentl və Con arasında keçən söhbət Culianın mənəvi inkişaf zamanı öyrəndiklərini dostlu Conla danışması şəklində davam edir.
Kitabı oxumağa başladığım ilk anlardan maraq və həvəs məni bürüdü. Çünki həmin zamanlarda elə özüm də fərdi inkişaf istiqamətində dəyişikliklər etməyi qərara almışdım. Kitabda olan motivasiya və pozitivlik məni də sehirləmiş oldu. Məsələn, "qızılgülün ürəyi motivasiyası"-nı praktik olaraq öyrənmiş oldum və bir neçə müddət əməl də etdim. Bundan başqa insanın özündə müsbət vərdişlərin yaradılması üçün 21 gün məşqləri haqqında məlumatları öyrənmək mümkündür. Kitabın xoşuma gələn cəhəti insanın özü-özü ilə mübarizəsində özünə qalib gələ bilməsi motivasiyasını aşılamasıdır. Bir sözlə iradə gücü ilə özünü idarəni öyrənmək və dünyaya, həyata baxışını dəyişmək mümkündür. Fərdi inkişafa yeni başlayanlar üçün dəyərli bir kitab kimi tövsiyə edirəm.
Xoş qiraətlər!
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR